Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qidalanma və DietaGüclü yaddaş üçün alma suyu

Alma suyu tam bir sağlamlıq anbarı hesab olunur.
Bu möcüzəvi içki təkcə yaddaşa kömək etmirmiş, o həm də maddələr mübadiləsinin sürətlənməsində və sidik miqdarının artmasınada əhəmiyyətli hesab olunur.

Tərkibində bol miqdarda dəmir və fosfor olan alma beyin funksiyalarının fəaliyyətinin yaxşılaşmasına və zehni gücü artırmağa kömək edir.
Burada dəmir beyin funksiyalarının fəaliyyətinə, fosfor isə zehni fəaliyyətə təsir göstərir.

Alma və ya alma suyu beyin hüceyrələrindəki toksik maddələrin səbəb olduğu stress və yaşlanmanın təsirlərini azaldır.
Bundan əlavə gündə bir stəkan alma suyu ilə qandakı xolesterin nisbətini tarazlaşdırmaq, ürək və damarların sağlamlığını qorumaq olar. Ardı »

Qidalanma və DietaYemək üçün ən pis vaxt...

Yağlı qidadan zəhərlənməyin mümkünlüyü sirr deyil. Lakin qida qəbulunun vaxtı qidanın özü qədər mühümdür və əhəmiyyət kəsb edir.
Amerikalı həkimlərin dediklərinə görə, axşam saatlarında televizora baxarkən və ya kompüter arxasında işləyərkən yemək yemək izafi çəkinin formalaşmasına çox sürətli təkanlar verir.

"The Daily Mail" bildirir ki, siçanlar üzərində aparılmış eksperiment bunu təsdiqləyib. Gəmiricilərdən bir qrupuna yalnız gündüzlər 8 saat ərzində yemək imkan verilib. Digər qrup isə gecə-gündüz rahat yeyə bilib. Hər iki qrupa eyni miqdarda yemək verilsə də, ikinci qrupdakı siçanlar kökəliblər.

Deməli, çəki artımı "daxili saat"ın sapması nəticəsində baş verib.

ABŞ-ın Kaliforniya ştatındakı Solk Bioloji Tədqiqatlar İnstitutunun professoru, araşdırmanın rəhbəri Satçidanand Pandın dediyinə görə, Ardı »

Qidalanma və DietaŞabalıd balı təbii antibiotikdir

Türkiyəli arıçıların bol miqdarda çıxardığı və satışa təqdim etdiyi şabalıdı bal, meşəlik bölgələrdə şabalıd ağaclarının sıx olduğu yerlərdə yetişdirilir.
Arılar bu balı yeməli şabalıddan və atşabalıdının çiçəklərindən toplayır. Atşabalıdı çiçəklərindən toplanan bal rəngsiz – sulu olur.
Yeməli şabalıd çiçəyindən toplanan bal isə tutqun rəngli – çox duru və acı olduğuna görə ondan yalnız şirniyyat sənayəsində istifadə edilir.
Bu balın özünə xas dadı, qoxusu və rəngi var. Şabalıdı bal, üst tənəffüs yolları infeksiyalarının müalicəsində təbii antibiotik olaraq istifadə edilir.
Bu təbii antibiotik daha çox mədə və bağırsaq narahatlıqlarında, həzmsizlik kimi problemlərin aradan qaldırılmasında, bədən müqavimətinin artırılmasında istifadə edilir. Ardı »

Qidalanma və DietaToyuq dönəri yeyənlərin nəzərinə

Türkiyədə toyuq dönərinin maya dəyərini aşağı salmaq məqsədilə qidanın içinə dəri, içalat kimi məhsullarla yanaşı, inəyin əmcəyinin də qatıldığı məlum olub.

Dönərin vətəni sayılan Türkiyədə Restorançılar Federasiyasının nümayəndəsi Şefik Aslan Anadolu xəbər agentliyinə müsahibəsində bildirib ki, bəzi işbazlar qazanclarını artırmaq məqsədilə müxtəlif hiylələrə əl atır.

Onun sözlərinə görə, içalatdan tutmuş bağırsağa qədər, toyuq dərisindən büzdümünə qədər bir çox artıq maddə toyuq dönərində istifadə edilir.

"Toyuq satılan və kəsilən yerlərdə, zibilə atılmalı olan içalat və xüsusilə toyuq dərisi bəzi işçilər tərəfindən torbalara yığılaraq zibilə atılmaq əvəzinə, dönərçilərə satılır", deyə Ş. Aslan qeyd edib.

Onun sözlərinə görə, dönərin tərkibindəki artıqların dadının bilinməməsi üçün qidaya çoxlu ədviyyat Ardı »

Qidalanma və DietaKokos yaddaşı qaytarmağa kömək edir

Tədqiqatçıların sözlərinə görə, kokos yağının analizi keton kimi tanınan birləşmələri aşkara çıxarıb. Həmin birləşmələrin beyni qidalandırdıqları güman edilir. Doğrudur, mütəxəssislər nəticələrin hələ ilkin olduğunu qeyd edirlər. Lakin bir məsələ dəqiqdir ki, qısamüddətli olsa da demensiyalı xəstələrin vəziyyəti yaxşılaşır.

Dietoloq Piter Klifton bildirir ki, onların Altsheymer xəstəliyindən əziyyət çəkən adamlarla apardıqları araşdırmalar göstərib ki, kokos yağı adamlara onların kim olduqlarını xatırlamaq və əslində normal nitqi saxlamaq imkanı verir. Bu müvəqqəti effekt olsa da valehedicidir.

Alimlər əhvalı yaxşılaşdırmaq üçün hər gün cəmi 30 qram kokos yağı qəbul etməyi tövsiyə edirlər. Digər araşdırmanın nəticələri isə göstərir ki, kokosun tərkibində olan yağlar qara ciyəri toksinlərdən qoruyur, ağciyərlərə, Ardı »

Qidalanma və DietaBu qidalar antibiotik təsirə malikdir

Sarımsağın tərkibində "allicin" maddəsi xəstəliklərə qarşı təsirlidir. Antibiotik təsirə malik bu qida, yaraların infeksiyalaşmasına maneə törədərək, mikrob nəticəsində yaranan qan zəhərlənməsini önləməyə kömək edir. Daha çox bu üsuldan Böyük Vətən müharibələrində yaralanan əsgərlərə yardım məqsədi ilə istifadə edilib.

Sarımsaq kimi soğanda böcək və heyvan dişləmələrində dezinfeksiyaedici olaraq işlədilir.

Antibiotik təsirə malik zəncəfil 200 ildən çox alternativ tibb sahəsində şəfalı hesab olunan əsas maddələrdən biri kimi tanınır. Həmçinin antiimflamatuvar və antibakterial xüsusiyyətləri var. Ürək sağlamlığı, qan dövranı, şəkər tarazlığı kimi sağlamlıq problemlərinə təsirlidir. Ağrı kəsici kimi istifadə edilə bilər.

Faydalı ədviyatlardan olan zərdəçal isə bədəni bakteriyalardan qorumağa kömək edir. Dəri xəstəlikləri ilə birlikdə yüngül kəsikləri Ardı »

Qidalanma və DietaÇox kofe içmək süd vəzisini kiçildir

İsveçdə fəaliyyət göstərən The Local qəzetində dərc olunan bir xəbərə görə: İsveçin şimalında yerləşən Lund Universitetinin professoru onkoloq Helena Jernstrom
apardığı bir araşdırmada həddən artıq çox kofe içən qadınların döşlərinin balacalaşdığını iddia etmişdir. O, bu vəziyyətin yalnız qadınlarda mövcud olan bir genin
təsiri nəticəsində olduğunu söyləyib. Gündə 3 fincan kofenin xərçəng risqini azaltdığını söyləyən Dr. Helena Jernstrom həmçinin kofenin süd vəzi xərçəngi risqinidə azaltdığını lakin bununla yanaşı çox kofe içdikdə döşlərin kiçilməsi ilə nəticələndiyini bildirmişdir.
Onun 270 qadın üzərində aparılan bu araşdırması “British Journal of Cancer” jurnalında dərc olunmuşdur. Ardı »

Qidalanma və DietaÇoxlu meyvə yeyənlərin diqqətinə

Məlumata görə Türkiyədə Erciye universiteti tibb fakültəsinin baş dietoloqu kimi fəaliyyət göstərən Sunay Kütük, çox meyvə istifadəsinin doğru olmadığını ifadə edib.
Yay mövsümündə bədənin su ehtiyacının qarşılanması üçün meyvə qəbulunun faydalı olmasına baxmayaraq həddindən artıq istifadə düzgün deyildir.
Onun sözlərinə görə yay dövründə dəyişən qidalanma vərdişləri sayəsində çoxlu meyvə qəbulu artıq çəkinin formalaşmasına səbəb olur.
Karbohidrat və şəkər baxımından zəngin olan meyvələrin qəbulundan sonra hərəkətsiz qaldıqda yağa çevrilir. Bu da həddindən artıq çəkini özü ilə gətirir.
Eyni şəkildə yayda gecə saatlarında yemək yeyilməsi də artıq çəkiyə təsir edir. Yatmazdan ən az iki saat əvvəl kalorisi aşağı olan qidalar istifadə edilməlidir.
Yeməkdən sonra Ardı »