Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qidalanma və DietaBanan insult riskini azaldır

Alimlər təcrübə nəticəsində belə qənaətə gəliblər.
Gündə 3 ədəd banan yemək insult riskini azaldır. "Daily Mail" qəzetinin verdiyi məlumata görə, bu qənaətə ingilis və italiyalı alimlər gəliblər. Alimlər bananın tərkibində olan kaliumun insan orqanizmində qan təzyiqinin artmasına mane olduğunu müəyyənləşdiriblər.

Jurnal həmçinin Amerika Kardioloqları Kollecinin 200 mindən çox insanın üzərində apardığı 11 beynəlxalq təcrübənin nəticəsini hesabatında dərc edib. Hesabatda alimlər insult riskini 21 faiz azaltmaq üçün insan orqanizminə gün ərzində 1600 milli qram kaliumun daxil olmasının vacibliyini vurğulayıblar. Bir bananda isə 500 milli qram kalium mövcuddur ki, bu da orqanizmdə su balansını qoruyaraq ürək ritmini normallaşdırmağa kömək edir. İnsan orqanizmində kalium metalının çatışmaması Ardı »

Qidalanma və Dietaİnsanda toxluq yaradan bəzi qidalar

Yumurta
Pəhriz tutanlarda insanı tox saxlayan qidalar olduqca vacibdir. Möhtəşəm bir zülal anbarı olan yumurta uzun müddət adamı tox saxlayır. Yumurta xoşlamayanlar qida rasionlarına bir kasa qatıq əlavə edə bilərlər.
Badam
Fındıq və fıstıq növləri arasında insanı uzun müddət tox saxlayan badam çərəzidir. Bu doymamış yağ turşusu həm iştahın yavaşlamasına, həm də ehtiyac duyulan mineralları almağa kömək edir.
Alma
Xüsusilə qabıqları ilə birlikdə istifadə olunması məsləhət görülür. Alma meyvəsi insanı tox saxlayan meyvələr sırasındadır. Tərkibində olan turşu sayəsində həm də dişləri təmizləməyə köməklik göstərir. Ramazan bayramında iftardan sonra mütləq bir alma yeməyi unutmayın.
Qoz
Qoz kimi yağ nisbəti yüksək qidalar yeməklərin Ardı »

Qidalanma və DietaƏt haqqında mif

Bir çoxları, xüsusil də bizim həkimlər ətə qida rasionunun təhlükəli qidası kimi baxırlar. Əslində, ət ləziz qida olmaqla yanaşı, güc, enerji və yaxşı fiziki forma mənbəyidir.

Avropalı alimlər vurğulayırlar ki, əzələlərimizin enerjisi rasionumuzda qoyun və mal ətinin olmasından asılıdır. Qırmızı ət toyuğun ağ ətindən fərqli olaraq daha yüksək enerji verir.

Təbii ki, söhbət dondurulmuş deyil, təzə ətdən gedir. Buğa verilmiş və ya soyutma ətdə çoxlu protein, vitamin və mikroelementlər olur.
Artıq kalori yığmaq istəmirsinizsə, əti həlim qaynadılmış və ya bol göyərti ilə qızardılmış yeyin. Bundan başqa, qaraciyər də faydalıdır.
Qaraciyərdə xolin maddəsi var, o, tonusu və əsəb hüceyrələrinin işini yaxşılaşdırır. Ardı »

Qidalanma və DietaAna südündən hazırlanan dondurmalar ziyanlıdır

Londonda "Baby Gaga" dondurmalarının satışına qadağa qoyulub.

Londonda ana südündən hazırlanan dondurmaların - "Baby Gaga"nın satışı dayandırılıb. "Daily Telegraph"ın məlumatına görə, dondurmanın satışının dayandırılması haqqında qərar şəhər meriyasına daxil olan iki şikayətdən sonra verilib. İngiltərənin qida standartı (Food Standards Agency) və sağlamlığın mühafizəsi üzrə agentliyi (Health Protection Agency) təhlükə barədə xəbərdarlıq edib. "Başqa insanın orqanizmdəki mayedən hazırlanan qida məhsulu onu qəbul edənin orqanizmində virus xəstəliklərinə, o cümlədən hepatitə yoluxmasına gətirib çıxara bilər".

Dondurma satılan kafenin sahibi Mett О'Konnor isə süd verən anaların donor kimi yoxlamadan keçdiyini bildirib.

Qeyd edək ki, "Baby Gaga" dondurması kifayət qədər baha (23 dollar) olsa da, onun dadına baxmaq istəyənlərin Ardı »

Qidalanma və DietaKakao hafizəni gücləndirir

Unutqanlığı dəf etmək, yaddaşı gücləndirmək üçün hər gün müəyyən nisbətdə kakao istifadə etmək olar.
ABŞ-lı mütəxəssislər bildiriblər ki, kakaodan əldə edilən flavanoil adlı maddə yaşlanma ilə bağlı ortaya çıxan yaddaş itkisinə təsirlidir.

Məlumata görə WASHINGTON – da aparılan bir tədqiqat kofeinli çayın da hafizəyə yaxşı təsir göstərdiyini sübut edib.
Bu mövzunu işıqlandırmaq istəyən Mike Yassa və təcrübə yoldaşları apardıqları tədqiqatları sadə şəkildə həyata keçiriblər.

Onlar təcrübədə iştirak edən 160 nəfəri 2 qrupda qruplaşdıraraq, 1-ci qrupa kofein həbləri, digər qrupa isə sadə dərman veriblər.
Daha sonra onların yaddaş və hafizə bacarıqları müşahidə edilib. Nəticədə kofein həbləri qəbul edən qrup daha hafizəli görünüb.

Mike Yassa kofein həbi qəbul edənlərin Ardı »

Qidalanma və DietaƏriyin Möcüzəsi

ABŞ-da nəşr olunan “Heart” jurnalında əriyin bir çox xəstəliyə müsbət təsiri olduğu bildirilmişdir. Əriyi ürəyin dostu adlandıran jurnal onun ürəklə yanaşı həmçinin həzm sisteminə, qaraciyər, xərçəng və böyrəyə xeyirli olduğunu da qeyd etmişdir. 4 ilə yaxın bir müddət ərzində heyvanlar üzərində aparılan təcrübə zamanı heyvanları iki qrupa ayıraraq bir qrupunu ərik digərinə isə başqa qıda məhsulları ilə yemləmişlər. Təcrübənin sonunda əriklə qidalanan heyvanların daha sağlam olduğu müəyyən olunmuşdur.
Ərik qaraciyər piylənməsinin qarşısıni almaqala yanaşı həmdə ərik qurusu qan azlığına faydalıdır.

Əriyin insan sağlamlığına olan faydaları aşağıdakı kimi sıralanır:
• Ürək əzələlərini qüvvətləndirir
• Beynin fəaliyyətini nizamlayır
• Qaraciyərin piylənməsinin qarşısını alır
• Sümükləri möhkəmləndirir
• Qan azlığının qarşısını Ardı »

Qidalanma və DietaQovun sinirləri sakitləşdirir

Qovun qanazlığını aradan qaldırmaqla yanaşı, həm də sinir sisteminidə sakitləşdirir.
Türkiyənin Səlcuq Universitetinin müəllimi, professor Mevlüt Mülayim qovunun son dərəcə yararlı olduğunu önə çəkir. İsti havalarda bol-bol istifadə edilən qovun qanı təmizləyir, böyrəklərdə qum və daşın tökülməsinə kömək edir. Qovun həzmidə asanlanlaşdırır. Qovunun tərkibində su daha çoxdur. Onun tərkibində orqanizm üçün yararlı olan B vitamini, xrom və yod elementləri var. Qovun dərini təravətli saxlayır, karbohidratlarla zəngindir. Ardı »

Qidalanma və DietaMeyvə şirəsi yerinə meyvənin özünü yeyin

Məlumata görə "Appetite" jurnalında dərc olunan məqalədə bildirilir ki, meyvəni yemək və ya suyunu içmək insana eyni kalori verir.
Lakin onu da qeyd etmək lazımdır ki, meyvə orqanizm üçün xüsusi ilə dişlər üçün faydalı hesab olunur. İnternetdə dərc olunan bir sıra məlumatlardan aydın olur ki, "Appetite" jurnalında işıqlandırılan məqalə aktual mövzulardan biridir. Lakin meyvə yeməyin daha təsirli olduğu, gündə 5 boşqab tərəvəz və 3 boşqab meyvədən istifadənin xeyirli olduğu bildirilir. Həmçinin yeməklərinizin yanında salatlardan istifadə də pis olmaz. Bəzi meyvələrin isə çoxlu vitamin, flavonoit və minerallar baxımından zəngin olması onların daha çox diri yeyilməsini, şirəsinin çəkilməməsinə üstünlük verilməsini təmin edir. Ümumiyyətlə Ardı »