Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

KardiologiyaKardiomiopatiyalar

Ürək əzələsinin xəstəliyi olmaqla 3 əsas növü var: dilatasion, hipertrofik, restriktiv. Bunların hər biri sizin ürək əzələnizi zədələyir və qanın bədənə qovulmasını çətinləşdirir. Kardiomiopatiyaların ürək qapaqlarının xəstəliklərindən tutmuş koronar arteriya xəstəliklərinədək bir çox səbəbləri var. Kardiomiopatiyalar müalicə oluna bilən patologiyadır. Müalicənin növü kardiomiopatiyanın növündən asılıdır. Müalicə cərrahi və dərman müalicəsi ola bilər.

Əlamətləri

Xəstəliyin ilkin mərhələlərində əlamətlər üzə çıxmaya bilər. Əlamətlər aşağıdakılardır:

- Tənginəfəslik, hətta sakit halda da
- Ayaqların şişkinliyi
- Qarınboşluğunun maye ilə dolması
- Üzülmə
- Qeyri-requlyar ürək döyünməsi
- Başgicəllənmə, huşun itməsi

Xəstəlik bəzilərində sürətli, digərlərində isə ləng inkişaf edir.

Səbəblər

Bir çox hallarda səbəb aydın deyil. Mümkün səbəblərə daxildir:

- Uzun müddətli yüksək təzyiq
- Ürək-qapaq problemləri
- Ürək əzələsinin Ardı »

KardiologiyaDişini təmizləməyənlərin ürək problemi olur

Britaniya alimləri deyirlər ki, dişləri gündə iki dəfə təmizləməyən adamların ürəyində problemlərin yaranması ehtimalı çox olur.

Şotlandiyada aparılmış araşdırma dişləri təmizləməklə ürək və iflic arasında əlaqəni ilk dəfə ortaya çıxaran tədqiqatdır.

Onun qənaətinə görə, dişlərini gündə bir dəfədən az təmizləyən insanlarda ürək problemləri ehtimalı, gündə dişlərini iki dəfə təmizləyənlərdən 70 faiz çox olur.

Alimlər hesab edirlər ki, ağızda iltihaba səbəb olan bakteriya qanla damarlara gedərək, arteriyalarda tıxacların yaranmasını şiddətləndirir. Ardı »

KardiologiyaÜrək əzələlərinin qocalmasını ləngidən hormon tapılıb

Uzun yaşayıb, cavan ölmək - bu arzudur ya reallıq? Deyəsən, artıq bu mümkün olacaq. Yaşlı insanlar cavanlaşa biləcəklər. Komsomolskaya pravda - nın verdiyi məlumata görə, amerikalı alimlər ürək əzələlərində qocalma prosesini dəyişən maddə tapıblar. Onlar bu hormon sayəsində yaşlı insanların qocalan ürəklərini yenidən cavanlaşdırmaq niyyətindədirlər.

Bəllidir ki, yaş keçdikcə bütün əzələlər kimi ürəyində əzələləri quruluşunu dəyişir, qalınlaşma prosesi gedir. Nəticədə müxtəlif ürək xəstəlikləri - ürək çatışmazlıqları yaranma riski artır.

Harvard tibb məktəbinin mütəxəssisləri iki yaş qrupundan olan siçanlar üzərində yoxlamalar aparıblar. Onlar əməliyyat yolu ilə siçanların qan damar sistemini birləşdiriblər. Bir aydan sonra yaşlı gəmiricinin ürəyinin funksiyaları gənc siçanın ürəyinə bənzəməyə başlayıb. Ürək Ardı »

KardiologiyaGözdəki törəmələr infarkt riskindən xəbər verir

Danimarka alimlərinə görə göz qapağındakı sarımtıl rəngli törəmələr infarkt və digər ürək xəstəlikləri riskinin əlamətidir.

Elmi dildə ksantelazma adlanan bu törəmələr piy əlavələrinin boşluqlara toplanması nəticəsində əmələ gəlir.
BMJ jurnalinda dərc edilmiş elmi tədqiqatın nəticələrinə istinadən gözlərində ksantelazma olan pasiyentlərin infarkt keçirmək riski 48 faiz artır.

Əsasən xolesterindən ibarət ksantelazma vücudda piyləşmə səviyyəsinin yüksək olmasından xəbər verir.
Damarların iç üzünün xolesterin layı ilə örtülməsi onları daraldaraq qan dövriyyəsini çətinləşdirir.
Nəticədə insult və infarkt riski artır.

Tədqiqat müəllifləri ümid edirlər ki, araşdırma nəticələri xəstəliyin erkən müayinəsinə imkan verəcək.
12745 adamın iştirak etdiyi tədqiqat 1970-ci illərdə Kopenhaqen yaxınlığındakı tibbi kompleksdə başlayıb.
Həmin dövr ksantelazma 4.4 faiz xəstədə müəyyən edilmişdir.

Bundan 33 Ardı »

KardiologiyaArterial hipertenziya ( Yüksək qan təzyiqi)

Arterial hipertenziya (hipertoniya) qan təzyiqinin davamlı olaraq 140/90 mm civə sütunu və ondan yüksək olmasıdır.
Qan təzyiqi - bu qanınızın damarlarda hərəkət sürəti nəticəsində damar divarına göstərdiyi təsir qüvvəsidir .
O nə qədər yüksək olsa, bir o qədər damarlarınıza mənfi təsir edir. Damarlara əlavə təsir onun zədələnməsinə gətirib çıxarır. Birincili və ikincili arterial hipertenziya ayırd edilir.

Birincili hipertenziya damarlarda xolesterin (piy) çökməsi səbəbindən yaranan aterosklerozun nəticəsidir.
İkincili hipertenziya isə böyrək və endokrin xəstəliklərinin bir əlaməti və ya oral (yəni həb şəkilində qəbul edilən) kontraseptivlərin (hamiləliyin qarşısını alan dərmanlar) qəbulunun əlavə təsiri kimi yarana bilər. Birincili olaraq qan təzyiqinin yüksəlməsi ümumi qan təzyiqindən Ardı »

KardiologiyaÇay və qəhvə ürək xəstəliyinə tutulmaq risqini azaldır

Yeni araşdırmanın nəticələrinə görə gündə bir neçə dəfə çay və qəhvə içənlərin ürək xəstəliyinə tutulma şansları daha azdır.

Bu qənaətə 40 min adamı əhatə edən və 13 il ərzində aparılan təhqiqat nəticəsində Hollandiya alimləri gəliblər.
Amerika Ürək Xəstəlikləri Birliyinin məcmuəsində dərc edilən məqalə, çay və qəhvə sevənlər üçün xoş bir məlumatdır.
Yeni araşdırmaya görə gündə 6 fincan çay və yaxud da qəhvə ürək xəstəliyinə tutulma şanslarını 3 dəfə azaltmış olur.

Qəhvə içməyin də müəyyən həddə kimi xeyri var. Gündə 2-dən 4 fincanadək qəhvə ürək xəstəliyi riskini 20 faiz endirmiş olur.
Lakin bu normanı aşandan sonra qəhvə bu keyfiyyətini itirir. Hollandiyada Britaniyadan fərqli olaraq südlü çay daha Ardı »

KardiologiyaQırmızı ətin ürəyə faydası

Məlumata görə qırmızı ət istifadəsi ürək böhranı yaşayanlara və əsəb problemləri olanlara yaxşı təsir göstərir.
Ürək xəstələri həftə ərzində 150 - 200 qram qırmızı ətdən istifadə edə bilərlər.
Bu cür qidalanma həyat keyfiyyətinə və sağlamlığa müsbət təsir göstərir.
Harvard Tibb Məktəbi qırmızı ətin faydası ilə əlaqədar tədqiqatlar aparıb. Araşdırma 120 mindən çox insanın müayinəsinə əsaslanıb.
Nəticədə alimlər müəyyən ediblər ki, balanslaşdırılmış pəhriz çərçivəsində qırmızı ətdən istifadə təhlükəsizdir.
Mütəxəssislərin hesablamalarına əsasən, gündəlik rasiona əlavə miqdarda ətin daxil edilməsi ölüm riskini 13 faiz, ürək-damar xəstəliklərinə tutulma riskini 18 faiz azaldır. Kanadanın "McGill" Universitetinin elm adamları da qırmızı ətin faydaları ilə bağlı tədqiqat aparıb.
Nəticədə qırmızı ətdən bişirilən Ardı »

KardiologiyaÜrək tutulmalarına çarə tapılıb

İtaliyalı kardioloqlar insan orqanizmində ürək tutmalarının qarşısını ala biləcək molekul aşkar ediblər.

İtaliyalı kardioloqlar apardıqları araşdırmalar nəticəsində orqanizmdə arteriya damarlarının tutulması hallarının qarşısını ala biləcək CD31 adlı molekul aşkar ediblər.
Romanın "La Cattolica" Universitetinin yaydığı xəbərə görə, bərkimiş arteriyaları olan insanların qan damarlarında aterosklerotik ərp adlanan maddə toplanır.

Bunun nəticəsində həmin damarlar partlaya bilər, beləliklə ürəyə qan axınında əngəl yaranar və kardiak boğulma baş verə bilər.
Alimlər aşkar ediblər ki, CD31 molekulu həmin ərpin damarı boğmasının qarşısını alır.

Bu molekulun insan orqanizmində mövcud olduğu artıq sübuta yetirilib, tədqiqatçılar orqanizmdə onun necə hərəkət etdiyinə bələddirlər.

Hazırda ürək-damar xəstəlikləri olan insanların müalicəsində bu tədqiqatın nəticələrinin necə istifadə oluna biləcəyi Ardı »