Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

KardiologiyaBu məhsullar ürək sağlamlığına təsir edir

Bildiyimiz kimi, ürək xəstəlikləri səhv qidalanma vərdişlərindən, hərəkətsizliklikdən, ekoloji və digər faktorlardan yaranır.
Adətən səhv qidalanma vərdişlərini nizamlayarkən bəzi hallarda qida rasionunda balıq və balıq yağını, sarımsağı, müxtəlif çərəzləri, şokaladı, yaşıl çayı, qırmızı üzümü, paxla məhsullarını, quru əriyi və s. qidaları nəzərə alırıq. Ancaq ürək sağlamlığına təsir göstərən məhsullar da var. Bunlar aşağıdakılardır:
* Siqaret və spirt istifadəsi
* Müxtəlif yağlar (quyruq yağı, marqarin, qatı yağalar və s.)
* Basdırma, qaraciyər, böyrək, dil, dalaq, beyin və ət məhsulları, sosiska
* Krevet, kürü, squid kimi dəniz məhsulları, qaz əti və s.
* Qızardılmış və qovrulmuş qidalar (ət xəmir işi , tərəvəz)
* Qaymaq, qatılaşdırılmış süd tozu
* Həddindən Ardı »

KardiologiyaÜrəyin ən sadiq dostu

Ev heyvanı olanlar daha sağlam olurlar. Xüsusuilə iti olanlar. Məlumata görə, Amerika Ürək dərnəyinin araşdırmaları belə düşünməyə əsas verir.
Elmi araşdırmaya görə, ev heyvanına sahib olmaq ürək xəstəliklərinə tutulma riskini azaltmağa kömək edir. Eksperimentə 5200-dən çox insan qatılıb.
Belə ki, it sahibləri heyvanları gəzdirmək üçün hər gün yürüyüşə çıxırlar. Nəticədə onlar heyvanı olmayanlarla müqayisədə daha çox fiziki fəallığa malik olurlar.
Bundan əlavə ev heyvanları stresdən uzaqlaşdırır, piylənmə və xolestrin səviyyəsinə təsir edir. Ardı »

KardiologiyaBəzi kişilərin ürək xəstəliyinə tutulma riski daha yüksəkdir

Siqaret, sağlam şəkildə qidalanmamaq, yüksək xolestrol ürək xəstəliklərinin ilk səbəblərindəndir. Bu faktorlar arasında genetik ötürmədə böyük rol oynayır.
Xüsusilə kişilərdə. Ürək xəstəliklərinə görə, kişilər qadınlara nisbətən daha çox risk altındadırlar. İngilis elm adamları belə qənaətdədirlər.
Araşdırmaya görə, "kişi xromosomu" ilə bağlı olaraq ürəklə bağlı problemlər atadan oğula keçə bilər.

Minlərlə kişi üzərində aparılan araşdırmanın nəticəsinə görə, "Haploid I" xromosomu daşıyan kişilərdə xroniki arterial xəstəliklərə yaxalanmaq riski 50 faiz çoxdur. Araşdırmaya görə, 40 yaşındakı hər iki kişidən biri xəstəlik riski daşısada, qadınlarda bu rəqəm 1/3-dür.

Hələlik bu xromosomu daşıyan kişilərdə ürək xəstəliklərindən qaçış yolunu mütəxəssislər sağlam həyat tərzi, düzgün qidalanmada görürlər. Ardı »

KardiologiyaÜrək Dostu

ABŞ-ın Michigan Universitetinin Ürək-Damar Xəstəlikləri Mərkəzinin araşdırmaları nəticəsində müəyyən olunmuşdur ki, üzüm insan orqanizminə xüsusən də ürək-damar sistemi xəstəlikləri üçün çox xeyirlidir.

Laboratoriya şəraitində 18 həftəlik bir müddətdə siçovullar üzərində aparılan araşdırmalarda bir neçə siçovulu duzlu yeməklərlə yemləyərək bir neçəsinə isə yalnız üzüm vermişlər və bir müddət sonra müəyyən olunmuşdur ki, duzlu yeməklərlə qidalanan siçovullarda yüksək qan təzyiqi olduğu halda üzümlə qidalananlarda isə ürəyin funksiyası yaxşıdır və qan təyziqi aşağıdır.

Araşdırmanın rəhbəri Mitchell Seymour media nümayəndələrinə verdiyi müsahibəsində qeyd etmişdir ki, ”Bütun bu araşdırmaların nəticəsində belə bir qənaətə gəlmək olar ki, üzüm qan təzyiqini nizamlayır, ürəyin funksiyasını yaxşılaşdırır. Həmçinin üzümün insan orqanizmi üçün Ardı »

KardiologiyaPomidor ürəkdə olan ağrını azaldırmış

Məlumata görə alimlər pomidorun tərkibində olan likopin maddəsindən dərman hazırlayıblar.
Pomidorda tapılan bu dərman ürəkdə olan ağrını yavaşlatmağa kömək edir.
Alimlərin hazırladıqları bu dərman sayəsində ürək-damar xəstəliklərinin inkişafının qarşısının alınacağını da bildiriblər.
Məlumatda həmçinin bir sıra ekspertlərdən ibarət olan mütəxəssislərin orta yaş qrupu 67 və 72 olan yaşlı kişiləri bu istiqamətdə sınağa cəlb etdiyi deyilir. Ardı »

KardiologiyaTurş albalı insultdan qoruyur

Turş albalı yemək insult riskini əhəmiyyətli dərəcədə azaldır. Məlumata görə, Amerikanın Miçiqan Səhiyyə Universitetinin alimləri hesab edir ki, bu meyvənin qoruyucu xüsusiyyəti heç də dərmandan pis deyil.

Albalının müalicəvi əhəmiyyətini isə onun tərkibi ilə, daha doğrusu meyvəyə qırmızı rəng verən antosian - maddə ilə izah edirlər. Antosian güclü antioksidant təsirə malikdir və orqanizmdəki soyuqdəymə ilə mübarizəyə kömək edir.

Təcrübə üçün alimlər insulta meyilli sınaq siçanlarından istifadə ediblər. Nəticədə bəlli olub ki, giləmeyvə təyziqi tənzimləyir, bədəni vitaminlərlə təmin edirlər.
Ən yaxşı nəticəni isə turşməzə albalı yeyən gəmiricilər göstəriblər. Ardı »

KardiologiyaQış mövsümündə infarkt keçirmə riski digər aylara görə 3 qat artır

Aparılan araşdırmalara görə, qış mövsümündə infarkt keçirmə riski digər aylara görə 3 qat daha çox artır.
Buna səbəb olaraq isə yuxarı tənəffüs yolu infeksiyalarının artması, daha yüksək kalorili olan yeməklərin qəbul edilməsi, qəbul olunanların həzm edilə bilməməsi, hərəkətsizlik və həddindən artıq soyuq havanın təsirindən damar büzüşmələri göstərilir.

Mütəxəssislər ürək böhranlarının qış aylarında daha çox olmasının ən əhəmiyyətli səbəbini soyuq havaların damarlardakı büzülməyə səbəb yaratdığı, spazma və təzyiqyüksəldici təsiri olduğunu qeyd edirlər. Bu təsirlər isə sinə ağrılarına və hətta infarkta səbəb olur. Damar sərtliyi xəstəliyinə isə laqeyd yanaşılmaması məsləhət görülür.

Tövsiyyələr

Həkimlər, qışda səhər saatlarının infarktın ən çox müşahidə edildiyi zaman hissəsi olduğunu qeyd edirlər. Ardı »

KardiologiyaÜrəyinizi soyuqdan qoruyun

Soyuq hava infarktın yaranmasına səbəb olar. Qış mövsümündə hava soyuq olduğuna görə həkimlər xüsusilə bu mövsümdə xəbərdarlıq edərək bildirirlər ki, "soyuq havalarda özünüzə və ürəyinizə diqqət edin!" Çünki soyuq hava, ürək böhranına gətirib çıxarır. Ürək xəstəlikləri ən çox görülən narahatlıqlardan biridir.
Dünyada və ölkəmizdə çox rast gəlinən ölüm səbəblərindən hesab olunur. Ürək xəstəlikləri və ürək böhranının bir çox səbəbi var.
Qış aylarında bu səbəblərə bir də soyuq hava əlavə olunur. Çünki soyuq hava infarkt riskini artırır.
Bu riski aradan qaldırmaq üçün soyuq havalarda daha diqqətli davranmaq lazımdır.
Həkim Hakan Gözalan, "Bu haqqda nə edilə bilər sualına ani dəyişmələrin olmaması lazımdır.
Yəni Ardı »