Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

KardiologiyaYüksək təzyiqə qarşı qırmızı çuğundur suyu

Qırmızı çuğundur suyu yüksək təzyiqi normal səviyyəyə endirməyə kömək edirmiş.
Məlumata görə İngiltərədəki Barts və London Tibb Fakültəsinin bir sıra elm adamları araşdırma aparıblar.
Həmin araşdırma, gündə bir stəkan çuğundur suyu (250 ml) içənlərin yüksək təzyiqinin normal səviyyəyə endiyini göstərib.
Qırmızı çuğundur suyunun təsirinin çoxlu içildikdən sonra 3-6 saat müddətində görüldüyü qeyd edilir.
Araşdırmaçılar, çuğundurda olan nitratın qan damarlarını genişləndirdiyini və beləcə də təzyiqi aşağı saldığını qeyd ediblər.
Elm adamları, çuğundur suyunun sidiyin çəhrayiləşməsinə yol aça biləcəyini də bildiriblər.
"Hypertension" jurnalında nümayiş olunan işə imza atan elm adamları, çuğundur suyunun uzun müddətli təsiri haqqında daha geniş araşdırmaların aparılmasının vacibliyindən bəhs ediblər. Ardı »

KardiologiyaHansı qan qrupunda infarkt riski daha yüksəkdir

ABŞ-da aparılan bir tədqiqata və Diabetes Ratgeber adlı jurnalda nəşr olunan tədqiqatın nəticəsinə görə, AB qan qrupuna sahib olanların infarkt keçirmə riskinin 0 qan qrupuna görə çox daha yüksək olduğu təyin olunub.
A və B qan qruplarına sahib insanlarda da riskin yüksək olduğu lakin çox şiddətli olmadığı ifadə edilib.
Tədqiqat nəticələri "Diabetes Ratgeber" adlı jurnalda yayımlanıb. Jurnalda diabet xəstələrinin sağlam insanlara nisbətən ürək böhranı keçirmə risklərinin daha çox olduğu ifadə edilib. Məsələn Almaniyada yüksək qan şəkəri ya da damar sərtliyi kimi səbəblərdən ildə təxminən 250 min adamın infarkt keçirdiyi bildirilib.
Tibbdəki irəliləyişlər sayəsində ürək böhranı keçirənlərin həyatda qalma nisbətlərində keçən illərdə artım Ardı »

Kardiologiyaİsti havalar infarkt riskini artırır

Yay aylarında isti havalarla bağlı olaraq ürək-qan damar sistemində təzyiqin yüksəlməsi ilə infarkt riski də artır.

Həddindən artıq isti havalar təzyiqin aşağı düşməsinə, damar sıxılmasına və ürəyə gedən qan axını tarazlığının pozulmasına səbəb olur.
Bildiyimiz kimi ürək xəstəlikləri arasında həm kişiləri, həm də qadınları qorxudan infarkt halıdır.

Lakin bu hal ilə bağlı bir çox insan xəstəxanalara çox gec müraciət edir. Ürək xəstəlikləri olan insanlar xüsusi ilə də yay aylarında bəzi normalara riayət etməlidir: tox qarına dənizə girməməli; çox yağlı yeməklər yeməməli, əksinə bol tərəvəz, qaynadılmış və ya yüngül qızardılmış qidalara üstünlük verməlidirlər. Ardı »

KardiologiyaUşaqların ürəyinə nəzarət edən kardioloji futbolkalar hazırlanıb

İtaliyanın Turne şəhərindəki xəstəxananın kardiologiya bölməsinin kiçik yaşlı pasientləri xüsui futbol köynəkləri geyir.
Xarici informasiya vasitələrinin məlumatına görə, həmin geyimin yardımı ilə həkimlər uşaqların ürək fəaliyyətinə nəzarət edirlər.

Yeni texnologiyadan istifadə edən uşaqların xəstəxanaya yerləşdirilməsi vacib deyil.
Futbolkaların yardımı ilə həkimlər onların bədən temperaturunu, tənəffüs tezliyini, ürəyin işləməsi və başqa göstəriciləri uzaqdan izləyə bilirlər.

Hazırda yalnız iki belə köynək var. Gələcəkdə onların sayının 150-ə çatdırılacğı ehtimal olunur.
Mənbə bildirib ki, «kardioloji» futbolkanın ən yaxşı xüsusiyyəti onun adilərdən fərqlənməməsidir. Belə köynəkləri yumaq və məhdudiyyət qoymadan istifadə etmək olar. Ardı »

KardiologiyaAğrıkəsici dərmanlardan çox istifadə infarkt riskini artırır

Oxford Universitetinin alimləri belə bir nəticəyə gəliblər ki, iltihaba qarşı effektə malik diklofenak və ibuprofen kimi ağrıkəsici dərmanların tez-tez qəbulu ürək tutmaları riskini artırır.

353 min xəstəlik tarixçəsini nəzərdən keçirən tədqiqatçılara əsasən ağrıkəsicilərin istifadəsi hər il 1 min xəstədən üçündə infarkta gətirib çıxarır.
Öz növbəsində bu 3 haldan birində pasienti xilas etmək mümkün olmur.

Lakin alimlər nadir hallarda ağrıkəsici qəbul edənlərin narahatlıq keçirməyə səbəb olmadığını deyiblər.

"Biz apteklərdən reseptsiz aldığınız aşağı dozalardan bəhs etmirik" Oxford Universitetinin Epidemioloji Tədqiqatlər Mərkəzindən pofessor Colin Baigent yeni araşdırmanın nəticələri barədə BBC-nin Today programmına deyib.

Araşdırma nəticələri "Lancet" dərgisində dərc olunub. Ardı »

KardiologiyaKarbon qazı infarkt xəstələrində halusinasiya yarada bilər

Ölümə yaxın olan adamların ürək tutması zamanı keçirdiyi hisslər - yanıb-sönən işıqlar, həyatın göz önündən keçməsi, karbon dioksiddən asılı ola bilər. Bunu araşdırma müəyyən edib.

52 xəstənin müayinəsi göstərib ki, belə hissləri keçirmiş 11-inin bədənlərindəki ifraz qazının səviyyəsi yüksək olub. Bu haqda məqalə Critical Care jurnalında çıxıb.
Sloveniyalı tədqiqatçılar ümid edirlər ki, ürəktutması keçirən xəstələrin niyə belə şeylər görməsi barədə müzakirələr bu tədqiqatın nəticəsi olaraq güclənəcək.

Əvvəllər belə fenomenin səbəbi kimi din və dərmanlar göstərilirdi.
Belə hisslər keçirən xəstələr tunnel, parlaq işıq, müəmmalı məxluqlar və ya tavana yaxın uçmaları kimi "bədəndənkənar" hissləri təsvir edirlər.

Digərləri isə sadə,lakin çox güclü dinclik və sakitlik hissini təsvir edirlər.
Düşünülür ki, Ardı »

KardiologiyaDamar sərtliyini önləməyin asan yolu

Qış fəsli uzun sürən ölkələrdə bəzi insanlar üşüməmək üçün yağlı və ya şəkərli yeməklərə üstünlük verirlər.
Belə yeməklər də ürək-damar xəstəliklərini artırır. Yayı isti keçən ölkələrdə isə problem başqadır.
Belə ki, həmin ölkələrdə yaşayanlar tez-tez tərlədiklərinə görə normadan artıq su içirlər.
Bu da damarlarda axan qanın sürətinin azalmasına və laxtalanmasına gətirib çıxarır.

Son vaxtlar ürək-damar xəstəliklərinin müalicəsi istiqamətində az iş görülməyib. Türkiyəli Prof. Dr. Avcının müsahibəsindən aydın olur ki, orqanlara qan daşıyan atar damarların sərtləşməsi və ya ateroskleroz deyilən xəstəliyin səbəb olduğu, daralma ya da damar tıxanmaları orqanlara zərər edər və xəstəliklərin ortaya çıxmasına səbəb olar. Bu baxımdan sadə üsullardan başlayaraq mütamadi olaraq ürək fəaliyyəti Ardı »

Kardiologiyaİnfarkt riskini azaldan içki

Uzaq şərq ölkələrində yüz illərdir becərilən şəfalı çaylar qan dövranını yaxşılaşdırmaqla, infarkt riskini aşağı salır.
Kaliforniya və Los Anceles universitetinin elm adamları gün içərisində 3 stəkandan çox çay içənlərdə 21% infarkt riskinin aşağı düşdüyünü bildiriblər.
Çay həmçinin qan təzyiqini və xolesterolu da balanslaşdırır.
Yaşıl çay antioksidant xüsusiyyətinə görə bitki çayları arasında xüsusi fərqlənir.
Çay içdikdə maddələrin suya keçməsini sürətləndirən limondan istifadəni unutmayın. Bu immunitet sisteminə yaxşı təsir göstərir. Ardı »