Kardiologiya → İşdəki stress ürəyi xəstələndirir
Yeni bir elmi tədqiqatda göstərilir ki, iş yerində keçirilən stress və əsəbilik 50 yaşına qədər qadınlarda ürək xəstəlikləri risqini artırır.
Tədqiqatda iştirak edən 12 min həkim və sanitar qadınların müayinəsi nəticəsində belə bir nəticə çıxarılıb ki, işdəki stress 50 və ya 60 yaşlarında olan qadınlardan daha daha çox gənc yaşlı qadınlara mənfi təsir göstərir.
İş yerində stressin kişilərdə ürək xəstəliyi yarada bildiyinə dair istənilən qədər sübutlar var. Lakin qadınlara bu amilin nə kimi təsir göstərdiyi o qədər də araşdırılmamışdır.
Danimarka alimləri 15 il ərzində qadın sanitarları müşahidə edərək iş yerində stressin onların sağlamlığına təsir dərəcəsini öyrənməyə çalışıblar.
Siqaret çəkmə kimi bir sıra digər risk faktorlarını Ardı »