Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

KardiologiyaNaringi ürək xəstəlikləri üçün faydalıdır

Mandarin təkcə dadlı meyvə, uşaqlığın xatirəsi və Yeni ilin gözləntisi deyil, həm də ürək xəstəliklərindən və diabetdən müdafiə olunmaq üçün gözəl vasitədir.
Bu barədə mail.ru saytı məlumat verir.

Qərbi Ontario Universitetindən olan kanadalı alimlər təəccüblə müəyyən ediblər ki, mandarinin tərkibindəki böyük miqdarda nobitelin maddəsi insanın qanında xolesterinin və insulinin səviyyəsini xeyli azaldır. Bu isə o deməkdir ki, mandarindən istifadə ürək-damar xəstəliklərinin və diabetin qarşısının alınması üçün gözəl üsuldur.

Bundan əlavə, alimlər qeyd edirlər ki, mandarin bizim orqanizmimizi vitaminlərlə zənginləşdirir, iştahanı artırır və həzmi sürətləndirir. Ardı »

KardiologiyaBunlar ürək sağlamlığına faydalıdır

Bildiyimiz kimi yüngül idman məşqləri, düzgün həyat tərzi, faydalı vitamin və mineralların qəbulu ürək sağlamlığına yaxşı təsir göstərir.
Düzgün həyat tərzində balanslı qidalanma vacibdir. Bu baxımdan qida rasionu tərtib olunarkən ürək sağlamlığına faydalı olan vitamin və mineralları mütləq nəzərə almaq lazımdır.
Bunlardan omega 3 yağ turşuları, koenzim Q10, lifli qidalar, maqnezium, fol turşuları, qırmızı mayalı düyü də faydalıdır.
Koenzim Q10 antioksidant kimi olduğundan hüceyrələrin pozulmamasını təmin edir. Bəzi tədqiqatlar bunun təzyiqi yüngülcə saldığını və ürək çatışmazlığını önlədiyini bildirir.
Bir çox tədqiqatlara görə lifli qidalar xolesterolu azaltmağa ürək xəstəlikləri riskini aşağı salmağa kömək edir. Liflər bağırsaqlarda xolesterolla birləşərək orqanizmə kömək edir.
Fol turşusu insanı ürək-damar sistemi Ardı »

Kardiologiyaİnfarkta qarşı peyvənd hazırlandı

İsveçdə tibb aləmində inqilab edə biləcək iki yeni peyvənd təqdim edilib. Biri infarkta, digəri isə soyuqdəyməyə qarşı olan iki peyvənd hazırlanıb. Mütəxəssislər infarkta qarşı olan iynənin ölüm hallarını 1/3 dəfə azaldacağını iddia edirlər.

Karolinska İnstitutunda aparılan araşdırmalardan sonra əldə edilən vaksindən hələlik yalnız siçanlar üzərində təcrübələrdə istifadə edilir. Əgər insanlar üzərində yaxın müddətdə aparılacaq təcrübələr müsbət nəticələr verərsə, 3-5 il ərzində peyvənddən kütləvi şəkildə istifadəyə başlanılacaq.

"Ürək peyvəndi" bədəndəki xolestrolu təsirsiz hala salaraq infarktın qarşısını almaq məqsədi daşıyır. Soyuqdəyməyə qarşı olan peyvənd isə gələn ildən satışa çıxarılmalıdır. Ardı »

KardiologiyaBritaniyalı alimlər ürək üçün xeyirli olan içkiləri müəyyənləşdiriblər

Rusiya mətbuatı xəbər verir ki, bunlardan birincisi sudur. Orqanizmdə kifayət qədər su olmayanda qan qatılaşır. Bu zaman ürək gücə düşür, bu isə ürək xəstəliklərinin yaranması riskini artırır.

Ürək üçün ikinci xeyirli içki isə yaşıl çaydır. Yaşıl çayın tərkibi antioksidantlarla boldur. Bu maddələr iltihablaşma prosesinin və qan-damar sistemindəki onkoloji xəstəliklərin qarşısını alır.

Qırmızı şərab da ürək üçün xeyirlidir. Bu içkidə kifayət qədər kardioprotektorlar var. Bu içki xolesterinləri azaldır, damar tutulmalarının qarşısını alır.

Ürək-damar sistemi üçün digər xeyirli içki isə nar şirəsidir. Bu içkidəki antioksidantların sayı yaşıl çay və qırmızı şərabdan iki dəfə çoxdur.

Çoxsaylı miflərə və şaiyələrə baxmayaraq, kofe də ürək üçün xeyirli içki hesab olunur. Ardı »

Kardiologiyaİdman edərkən ürək sağlamlığınızdan olmayın

Məlumata görə ürək xəstələri, sağlamlıqlarını qorumaq istəyərkən səhv idman fəaliyyətləri üzündən çətin vəziyyətə düşə bilərlər.
Bunu Adnan Menderes Universitetində fəliyyət göstərən Prof. Dr. Ceyhun Ceyhan deyib. Onun sözlərinə görə ürək narahatlığı olan şəxslər idmana başlamazdan əvvəl ilk öncə həkimə müraciət etməlidirlər. Çünkü, idman fəaliyyətləri əsnasında həddindən artıq ehtirasa qapılan, çox efor sərf edən infarkt xəstələri olur. Ürək narahatlığı olanlar, özləri üçün zərərli olan fəaliyyətlərin müəyyənləşdirilməsi və məşqlərin seçimi mövzusunda mütləq lazımi məlumatlara sahib olmalıdırlar. Daha çox yarışma istiqamətli idmanlardan uzaq olmaq məsləhətdir. Onlara gün ərzində 45-60 dəqiqəlik orta templi gedişlər faydalıdır.
Həkimdən icazəli olanlar velosiped, üzmə, tennis və stolüstü tennis kimi templi Ardı »

KardiologiyaÜrək-damar xəstəlikləri üçün yeni formula

ABŞ həkimləri ürək-damar xəstəlikləri və iflicin qarşısının alınması məqsədi ilə amerikalılara xolestirini endirən dərmanlar qəbul etməyi məsləhət görür.

Həkimlər bu yeni məsləhətin 4 qrup insana aid olduğunu deyir. Onlar ürək-damar, 40 yaşdan yuxarı 2-ci növ diabet xəstəliyi, xolesterolu yüksək olanlar və 10 ildən artıq ürək-damar xəstəliyindən əziyyət çəkən 40 yaşdan yuxarı insanlardır. Bu isə o deməkdir ki, amerikalıların 33 faizi, yəni əhalinin üçdə bir hissəsi dərmanları yeni formula əsasında qəbul etməlidir.

Həkimlərin bu yeni açıqlamasında ürək-damar xəstəliklərinin və iflicin qarşısını almaq üçün pəhriz və idmanın da vacib olduğu vurğulanır. Ardı »

KardiologiyaAspirin insulta qarşı heç də ən yaxşı vasitə deyil

Britaniya Sağlamlıq və Qayğı İnstitutu, əksinə elmi adı aritmiya olan nizamsız ürək döyüntülərinə malik xəstələrə başqa dərmanların verilməsini məsləhət görür.
"Warfarin" və ya ona bənzər qan duruldan dərmanların daha yaxşı profilaktika vasitəsi olduğu bildirlir.

BBC-nin elmi müxbirləri yazırlar ki, hazırda aspirin qəbul edən xəstələr onun qəbulunu dayandırıb-dayandırmamaq barədə məsləhəti öz həkimlərindən almalıdırlar.

Aritmiya zamanı ürək normal qaydasında işləyə bilmir ki, bu da damarlarda trombun yaranmasına və nəticə etibarilə iflicə səbəb ola bilər.

İndiyədək aspirin tromb yaranmasının qarşısını alan ən yaxşı vasitə kimi tanınırdı.

Lakin indi alimlər belə hallarda aspirindən daha effektli preparatların mövcud olduğunu bildiriblər.

Britaniya Ürək Fondundan professor Peter Weissberg deyib ki, warfarin və başqa yeni Ardı »

KardiologiyaGün ərzində 2 saatdan çox ekran qarşısında oturmaq infarkt riskini artırır

London Universitetində işləyən Emanuel Stamatakis və qrupunun apardığı araşdırmada, 4512 şotlandiyalı iştirak edib. 4 il ərzində davam edən araşdırmada, iştirakçılardan gündə neçə saat televizor və ya DVD izlədikləri, işdən kənar neçə saat kompüterdən istifadə etdikləri, ya da video oyunu oynadıqları haqda sorğu keçirilib. Türkiyə mediasının verdiyi məlumata görə, 4 il ərzində iştirakçılardan 325 nəfər ürək xəstəliklərindən və infarktından ölüb, 215 nəfər infarkt keçirib.
Bu şəxslərin vərdişlərini araşdıran elm adamları, gündə 4 saatdan çox ekran qarşısında olan (işdən kənar) şəxslərin ölüm ehtimalının, ekran qarşısında 2 saatdan az oturanlarda 48% çox olduğu müşahidə olunub. Stamatakis, işdən gəldikdən sonra bir çoxlarının saatlarla televizor izləmək Ardı »