Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

KardiologiyaÜrəyi bərpa edən zülal tapılıb

ABŞ-da nəşr olunan “Cell” jurnalında dərc olunan bir məqalədə göstərilir ki, həkimlər siçanlar üzərində apardığı bir tədqiqat zamanı infarkt olmuş siçanlara NRG1 adlı zülal vermişlər və nəticədə zülalın ürək əzələ sistemini və ürəyin fəaliyyətini yaxşılaşdırdığı ortaya çıxmışdır.
Tədqiqatın rəhbəri Bernhard Kuhn zülalın insanlar üzərində də müsbət təsirə malik olacağını lakin tam əmin olmaq üçün təcrübənin başqa canlılar üzərində də aparılmasına ehtiyac olduğunu vurğulamışdır.
NRG1 adlı bu zülalın həmçinin ürək çatışmamazlığı və ya anadangəlmə ürək problemi olan insanlar üzərində də müsbət təsiri olacağına ümüd edilir. Ardı »

KardiologiyaXoşbəxt evlilik infarkt riskini azaldır

"Sevgililər Günü" münasibəti ilə faydalı məsləhətlər verən Dr. Əhməd Özkara, xoşbəxt evliliyin infarkt riskini azaltdığını bildirib.
Onun sözlərinə görə, ürək sadəcə tibbi orqan deyil, eyni zamanda duyğularımızın aynasıdır.
Belə ki, ürəyimiz eşq, sevgi, həyəcan, xoşbəxtlik, kədər, nifrət kimi duyğuları əks etdirir.
Edilən tədqiqatlar sübut edib ki, duyğuların, ürək sağlamlığı üzərində böyük təsiri var. Xoşbəxt evlilik və müsbət düşüncə həm qadınlarda, həm də kişilərdə infarkt riskini azaldır. Stressi yox etmək və xoşbəxt anları artırmaq isə depressiv halları aradan qaldırır. Bu isə, ürək və damar sistemi üzərində mənfi təsirlərin azalmasına yol açır. Qısası duyğu dünyamız, stressi idarə edən əhəmiyyətli faktorlardan biridir. İnsan sahib olduqlarının qiymətini Ardı »

KardiologiyaSiqaret tüstüsü ürəyin formasını dəyişir

Amerikalı alimlərin apardıqları tədqiqatın nəticəsinə görə, siqaret tüstüsü ürəyin formasını dəyişir və onun yığılma ritmində dəyişiklik yaradır.
Amerika bioloqlarının sözlərinə görə, indiyədək siqaret tüstüsünün əsas komponenti olan nikotinin ürək-damar xəstəliyinin yaranmasında rolu qeyri-müəyyən olaraq qalır. Siqaret tüstüsü yalnız nikotindən yox, həm də 4000-dən artıq digər kimyəvi komponentlərdən ibarətdir. Onların rolu hələ də öyrənilməyib.

Çikaqo Universitetinin alimləri siqaret tüstüsünü gəmiricilərin ürəyində tədqiq edib. Beş həftə ərzində heyvanların bir qismi siqaret tüstüsü ilə qarışdırılmış hava, digər hissəsi adi hava ilə nəfəs alıb. Beş həftədən sonra isə gəmiricilərin ürəyi exokardioqrafiya mikroskopiya vasitəsilə tədqiq edilib, eləcə də ürək toxumalarının fermentlərinin tərkibi müəyyənləşdirilib. Məlum olub ki, siqaret Ardı »

KardiologiyaKoronar angioqrafiya nədir və necə icra edilir?

Qan damarlarında daralma, tıxanma, qan axınındakı kimi problemləri araşdıran "angioqrafiya" metodu damarların təsvir olunmasına imkan verən müayinə növüdür.
Bu istiqamətdə göz damarları, beyin damarları, ürək və ayaq damarları adətən tez araşdırılan damar sistemləridir. Angioqrafik üsul bədənin bütün damarlarının müayinə nəticələrinə görə xəstəlik haqqında qərar qəbul etməyə və angioqrafik əməliyyatlar icra etməyə imkan verir.
Məlumata görə dünyada bu əməliyyat qasıq (ümumiyyətlə sağ qasıq) arteriya damarından edilir. Ancaq bilək və ya dirsək xəttində bu əməliyyatların qol arteriya damarlarından edilməsi də məşhurdur. Bu müdaxilə təxminən 20-30 dəqiqə çəkir. Bir çox hallarda ambulator sınaq prosedurası kimi icra edilir. Əməliyyatın ardından arteriya içindəki kateter çəkilir və Ardı »

KardiologiyaEvliliyin ürəyə faydasıEdilən elmi araşdırmalar, mənalı evlilik həyatı keçirənlərin ürək xəstəliklər

Edilən elmi araşdırmalar, mənalı evlilik həyatı keçirənlərin ürək xəstəlikləri riskinin subaylara görə az olduğunu müəyyən edib.
3.5 milyon adam üzərində aparılan tədqiqatlar, kişi və qadınlarda evliliyin ürək sağlamlığı üçün yaxşı olduğunu üzə çıxarıb.

Daha çox periferik damar xəstəlikləri riskini 19 faiz nisbətində, yeni evli olanlarda "serebrovaskulyar damar” xəstəlikləri riskini 9 faiz, ürək-damar xəstəlikləri riskini 5 faiz nisbətində azaldırmış.

Nyu Yorkda NYU Langone Tibb Mərkəzində aparılan araşdırmaya rəhbərlik edən kardioloq Jeffrey Berger də mənalı və gözəl evlilik həyatı olanlarda ürək sağlamlığının daha yaxşı olduğunu bildirib. Ürək xəstəlikləri ilə bərabər piylənmə və s. xəstəliklər daha çox boşanmışlarda və evliliyə qiymət verməyən subaylarda görülüb. Ardı »

KardiologiyaAğır idman məşqləri ürək ritminə təsir edir

Məlumata görə İngiltərənin ürək vəqfi apardığı tədqiqatlarda fitess kimi idman məşqlərinin ürəyin təbii ritminə təsir etdiyini göstərib.
Bildiyimiz kimi ürək aritmiyaları o zaman əmələ gəlir ki, ürək döyüntülərini idarə edən impulsların işi pozulur.
Bu zaman ürək ya çox tez, ya çox gec, ya da nizamsız döyülür. Bu zaman ürək ritmində pozulmalar yaranır.
Siçanlar üzərində edilən tədqiqatlar da ürəyin təbii ritmini nizamlayan hissədə molekulyar dəyişikliklərin olduğunu göstərib.
Məlumatda oda bildirilir ki, həmin prosesdə HCN4 olaraq bilinən və ürək atışlarını təşkil edən zülal azalmağa başlayır. Buda ritm pozulmalarına təsir edir.
Professor Jeremy Pearson, uzun müddət idman edənlərdə ürək quruluşunda dəyişikliklərin meydana gəldiyini və ürək ritmində Ardı »

KardiologiyaSağlam bir ürəyə necə sahib olmaq olar?

Bir çox internet mənbələrində bildirilir ki, sağlam həyat tərzinə malik olmaq və ya sağlam bir ürəyə sahib olmanın ən əhəmiyyətli yollarından biri sağlam qidalanma vərdişləri qazanmaqla bərabər idman, günlük rejim, beyin məşqləri və s. məşğuliyyətlər lazımlıdır. Qidalanmada əlavə olaraq yağlı yeməklərin sayını azaltmaq və ya bitki yağlarından istifadə etməklə sağlam bir ürəyə sahib olmaq olar.
Faydalı qidalar hesab olunan, kök, balqabaq, qara qarağat, itburnu, yaşıl çaydan əlavə ürək sağlamlığınız üçün balıqdan, çovdar, buğda, qarğıdalı unundan hazırlanmış çörəkdən, mümkün qədər çox miqdarda meyvə (alma, portağal, limon, quru ərik, qara gavalı, əncir, xurma və s.) və tərəvəzlərdən, göyərtilərdən, müxtəlif yarmalardan hazırlanan sıyıqlardan, yağsız Ardı »

KardiologiyaHipertoniya xəstələri dərmanları nə vaxt içməlidir?

Ürəkləri normada olmayan insanların dərmanları nə zaman qəbul etmələri çox mühümdür.

"The Globe and Mail" bildirir ki, kanadalı alimlər ürək çatışmazlığı və yüksək qan təzyiqinin müalicəsi üçün istifadə olunan APF ingibitorlarının yatmazdan əvvəl qəbulunu məsləhət bilirlər. Yəni həmin dərmanlar gündüz içilərsə, onların effekti plasebodan artıq olmayacaq.

Təbabətdə "xronoterapiya" anlanan məhfum var. Xronoterapiyaya görə, dərman preparatları insanın təbii ritmlərinə uyğun şəkildə qəbul olunmalıdır. Toronto və Gelf universitetlərinin alimləri də bunu nəzərə alıblar, çünki insanın ürək-damar sistemi də təbii ritmlərə uyğun işləyir. Belə ki, orqanizmdə qan təzyiqini səhər artır, gecələr isə aşağı düşür.

Hipertoniya xəstələrinin çoxunda yüksək təzyiq gecə ilə yanaşı, gündüzlər də müşahidə olunur. Ardı »