Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

KardiologiyaÜrək xəstələri isti havalarda nə etməlidir?

Bildiyimiz kimi artıq yavaş-yavaş isti yay günləri özünü göstərir. Mütəxəssislər isti havaların ən çox ürək xəstələrinə mənfi təsir etdiyini bildirir isti hava şəraitində sağlıq müəssələrinə müraciət edənlərin çox hissəsinin ürək xəstələri olduğu bildirilir. Həkimlər ürək xəstələrinin isti hava şəraitində ilkin olaraq qidalanmalarında bəzi dəyişikliklər etməli olduğunu yağlı yeməklərdən uzaq olmağı bunun yerinə isə daha çox meyvə tərəvəz kimi qida məhsullarına üstünlük verməyin faydalı olacağını vurğulayırlar.
Ürək dəqiqədə 60-80 dəfə vuran və gündə 8 - 10 min litr qan dövr edən bir mexanizmə malikdir. Bu mexanizmin normal işləməsi üçün ürək və damar sisteminin açıq olması lazımdır. Bunun üçün isə müntəzəm idman və düzgün Ardı »

Kardiologiyaİnfarktın ilkin əlamətləri

İnfarkt əlamətlərinin fərqliliyinə görə hətta daha əvvəldən infarkt keçirmiş kəslərin belə yeni infarktın fərqinə varmama ehtimalı yüksəkdir. Hamımız infarktı birdən başlayıb, şiddətli seyr edən bir hadisə olaraq düşünürük. Birdən başlayan şiddətli bir sinə ağrısının infarkt olacağından onsuz da kimsənin şübhəsi olmaz. Ancaq infarkt əksəriyyətlə yavaş başlar və yüngül bir ağrı, narahatlıq hissi şəklindədir. Bu əlamətlər bir neçə dəqiqə davam edir, gedir və təkrar geri gəlir. Çoxu adam bu mərhələyə aldanır, həkimə müraciət etmir və ya geç müraciət edir. Başda da söylədiyimiz kimi əlamətlərin kifayət qədər ciddi olmadığını düşünür. Lakin nə qədər erkən müdaxilə edilərsə bir o qədər yaxşıdır.
Bir çox infarkt sinə Ardı »

KardiologiyaLifli qidalar ürəyi qoruyur

Lifli qidalar bir çox xəstəliklərə tutulma riskini azaldır və sağlamlığı gücləndirir.
Məlumata görə lifli qidalar həzmlə bərabər həmdə ürək xəstəliklərinə köməkçi olur. Qan təzyiqini aşağı salır, qandakı xolesterol miqdarını nizamlayır.
10 qram lifin, ürək infarktına olan riski 27% azaltdığı bildirilir. Buğda çörəyi, qəhvəyi düyü, dənli yeməklər kimi düyünlənən liflər mədə, nazik bağırsaqlar və yoğun bağırsaqların işini gücləndirir. Tərkibində olan təbii ekstraktlı qidalara isə balqabaq, əncir, quru ərik və s. aid edilir.
Düyünlənməyən liflər, qandakı ziyanlı xolesterini salır. Alma, arpa, yulaf, paxla və digər quru paxlalılar, meyvə və tərəvəzlər düyünlənməyən lifli qidalar hesab olunur.
Lifli qidalar qan şəkərini birdən yüksəltmək yerinə yavaş yavaş Ardı »

KardiologiyaDamar kirəcləşməsi - Ateroskleroz

Bədəndəki qan damarlarının bir qisiminin və ya hamısının sərtləşməsi nəticəsində, elastikliyini itirməsinə; xalq arasında damar əhənglənməsi tibb dilində isə Arterio Skleroz və ya Atheremo deyilir. Səbəbi, qan damarlarının iç qatlarındaki hüceyrələrin elastikliyini itirib, zəifləməsi və ya qandakı yağlı maddələrin yığın edərək, damarı darlaşdırmasıdır.
Əlamətləri baş gicəllənməsi, baş ağrısı, titrətmə, gedərkən səndəlləmə, düşünmə və öyrənmə gücündə zəifləmə, əsəbilik və ya damarın sərtləşdiyi bölgələrdə ağrılar ilə müşahidə olunur. İlk ifadə olunanlar görüldüyündə tədbir alınacaq olsa, qorxulacaq bir şey yoxdur. Xəstənin sevinc və cəsarətini itirməməsi və həkimin tövsiyələrini yerinə
gətirməsi yaxşılaşmada atılacaq ilk əhəmiyyətli addımdır.
Damar sərtliyi diaqnozu qoyulan kimsə, pəhriz saxlamalı, spirt və siqaret kimi Ardı »

KardiologiyaAğrı kəsicilər ürəyə zərərli ola bilər

Məlumata görə ağrı kəsicilərdən (ibuprofen və diklofenak ) tez-tez, uzun müddət və yüksək dozada istifadə etdikdə ürək narahatlıqlarına səbəb olur.

Yüksək dərəcədə revmatik xəstəlikləri olan kəslər də ağrıları və iltihablanmanı azaltmaq üçün ağrı kəsici dərmanları istifadə edir.
Bu baxımdan onların da diqqətli olması vacibdir.

Tibb jurnalı Lancet'-də dərc olunduğu bildirilən araşdırmaya görə siqaret çəkən və həddindən artıq çəkisi olan insanlarda riskin daha yüksək olduğu deyilir.
Məlumata görə həddindən artıq dərman istifadəsi, həmçinin ürək böhranı sayını il ərzində artırmağa səbəb olur. Ardı »

KardiologiyaAşağı kalorili pəhrizlər ürəyə ziyandır

Məlumata görə düzgün olmayan pəhrizlər böyrək yükünü artıraraq, ürək-damar sağlamlığına zərər vurur.
Bu baxımdan mütəxəssislər saxlanılan pəhrizlərin insana uyğun olmasını və bu sahədə həkimə müraciət edilməsini vacib sayır.
Pəhrizdə yaş həddi və sağlamlıq vəziyyəti mütləq nəzərə alınmalıdır. Qəbul olunan qidalara da fikir verilməlidir.
Çünki, düzgün seçilməmiş qida ürəklə bərabər saç, dəri və dırnaqların vəziyyətinə təsir göstərir.
Ən populyar pəhrizlər çəki azaltma pəhrizləri hesab olunur. Bədənin çəkisinin sürətlə azaldılması orqanizmi enerji, vitamin və qida maddələrdən məhrum edir.
Bu baxımdan aşağı kalorili və şüursuzca tutulan pəhrizlər uyğun görülmür və təhlükəli hesab olunur.
Xalq arasında həddindən artıq köklük olaraq bilinən piylənmə xəstəliyinin əsas səbəbi nizamsız qidalanmadır. Qidalanmanın qoruyucu Ardı »

KardiologiyaÜrəyi qoruyan qidalar

Təzə bitkilər duzun, yağın və xolesterolun yerini aldıqda digər bir çox yeməkləri də ürək dostu halına gətirərlər.
Bu güclü ləzzətli yeməklər qurudulmuş giləmeyvələrdə, qəhvə ilə birlikdə ürək sağlamlığı cəhətdən universal bir yanaşma təşkil edir.
Ürək xəstəlikləri, enmə, yüksək qan təzyiqi və şəkər ilə döyüşmənin 23 ləzzətli yolu müəyyən olunub. Bu ləzzətli qidalara:
1. Qara paxla
2. Somon adlı super qida
3. Omeqa-3 lə zəngin olan qidalar
4. "Tuna Balığı"
5. Təbii zeytun yağını
6. Qozu
7. Badamı
8. Yaşıl soya paxlasını
9. Kartofu
10. Portağalı
11. Yaban çuğunduru (Pazı yarpağı)
12. Kök
13. Arpa
14. Yulaf
15. Kətan toxumu
16. Az yağlı süd
17. Sterollərlə zənginləşdirilmiş qidalar
18. Qəhvə
19. Alman bibəri
20. Albalı
21. Gilas
22. Mavi çöl bitkisi
23. Ardı »

KardiologiyaMikroçip ilə EKQ dövrü başladı

Döş qəfəsinə yerləşdirilən test cihazı xəstələrin təhlillərini xəstəxanaya getməyə ehtiyac olmadan həkimə çatdıracaq.
Məlumata görə son texnoloji nailiyyətlər sayəsində inkişaf etdirilən və 3 il istifadəyə yararlı olan mikroçiplər, ürək ritimlərini ölçməyə imkan verir.
Bunun sayəsində insanlar xəstəxanaya getmədən həkimləri xəstəliyin gedişatı haqqında məlumatlandıracaq. Mikroçipin dəri altına yerləşdirilməsi isə sadəcə 15 dəqiqə vaxt alır. Onuda qeyd etmək lazımdır ki, bu texnolji üsula 1997-ci ildə də baxılıb. 2013-cü ilə qədər təkmiləşdirilərək mikroçip halına gətirildiyi bildirilir.
Portuqaliya ilə birlikdə bir çox Avropa xəstəxanalarında istifadə edilən bu üsul, yaranan çətinliklər üçün ideal seçimdir.
Daha çox xəstəxanadan 2-3 saat uzaqlıqda yaşayan ürək xəstələrinə sərfəlidir. Kardioloq Vitor Sanfins də bunun haqqında Ardı »