Dünya mətbəxi → Göbələkli kartof yuvalar
Yuvalar üçün
1 kq kartof
2 yumurta
1 x.q. kərə yağı
100 ml isti süd
İç üçün:
200 q şampinyon
1 iri baş soğan
Sürtgəcdən keçirilmiş pendir
Duz(zövqə görə)
1 çimdik qara istiot
1 çimdik Provans otları
Hazırlanması
1. Təmizlənmiş kartofu iri doğrayıb qazana yığın, qaynar su və duz əlavə edin, hazır olanadək bişirin.
2.Suyunu süzün, süd, kərə yağı əlavə edib püre hazırlayın, yumurta vuraraq mikserlə çalın.
3. Göbələyi təmizləyib yuyun, saman kimi doğrayın.
4. Soğanı təmizləyib yarımhalqa doğrayın.
5. Göbələyi və soğanı bitki yağında qızılı rəng alanadək qovurun. Azca duz, qara istiot və italyan otları əlavə edin.
6. Kartofu konditer torbasına doldurun.
7. Yağlanmış və perqament Ardı »