Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünya mətbəxi → Çin börəyi

Tərkibi:
1 ədəd kök
1 ədəd orta boy soğan
10 ədəd təzə paxla
2 diş sarımsaq
1 ədəd şirin qırmızı bibər
1 ədəd bibər
1 ədəd kəvər
1 fincan soya sousu
1 ədəd yumurta
1 ədəd yuxa
Damaq dadınıza görə duz
3 xörək qaşığı duru yağ
Qızartmaq üçün duru yağ

Hazırlanması:
Soğan, təzə paxla, sarımsaq, kök, kəvər və bibərləri incəcik doğrayın. Tavaya 3 xörək qaşığı duru yağ alıb qızdırılır.
Doğradığınız tərəvəzləri tavaya alıb rəngi yüngül dəyişənə qədər qovurun. Duz və soya sousunu əlavə edib az xodda tərəvəzlər suyunu çəkənə qədər bişirməyə davam edin.
Bişən tərəvəzləri ocaqdan götürüb soyuması üçün kənara qoyun. Kövrək düz bir zəminə sərib 12 üçbucaq parçaya ayırın.
Hər bir yuxanın içinə soyumuş tərəvəz Ardı »

Dünya mətbəxi → Zeytunyağlı balqabaq dolması

Tərkibi:
5 ədəd balqabaq
Yarım su stəkanı zeytun yağı
1 şorba qaşığı dolmalıq fıstıq
2 orta boy soğan
1 ədəd bibər
1 su stəkanı düyü
2 ədəd pomidor
1 şorba qaşığı tamat
1 çay qaşığı qara bibər
1 çay qaşığı quru nanə
Duz
Limon suyu

Hazırlanması:
Balqabağın qabıqlarını soyub , yuyun. Sonra balqabağa ortadan ikiyə bölün və içini ovun.
Soğan və bibəri incə incə doğrayın. Pomidorları rəndələyin. Düyünü təmizləyib yuyun.
Bir tavada zeytun yağında fıstığı yüngülcə qovurun .
Üzərinə incə incə qovurduğunuz soğanları və bibəri əlavə edin. azca isdidə yüngül qovurduqdan sonra düyünü əlavə edib , qovurun .
Rəndələnilmiş pomidor , tomat pastası, duz , qara bibər və Ardı »

Dünya mətbəxi → Çiy küftə resepti

Tərkibi:
Dana qiyməsi (bir neçə dəfə çəkilmiş) 250 qr
Bulqur 400 qr
Bibər tomatı 2 x/q
Pomidor tomatı 1 x/q
Baş soğan 2 ədəd
Sarımsaq 5 diş
Duz – istiot
Cəfəri yarım dəstə;
Yaşıl soğan (ancaq yaşıl hissələri) yarım dəstə.

Hazırlanması:
Baş soğanla sarımsaq xırda-xırda doğranılır, üzərinə bibər və pomidor tomatlarını, eləcə də qiyməni töküb, yoğurmağa başlayın.
Bulquru da əlavə edib, arada az miqdarda su tökərək, yoğurmağa davam edin.
Sonra doğranmış cəfəri, yaşıl soğan və duz-istiotunu vurun. Azca su əlavə edib, son dəfə yoğurun.

Qeyd: Çiy küftəni hazırlayan zaman istifadə edəcəyiniz su 2 stəkanı keçməməlidir. Çiy küftələrə forma verərək, süfrəyə təqdim edin.

Nuş olsun! Ardı »

Dünya mətbəxi → Praktik səhər yeməyi

Boyat çörək ya da dilim çörəklərlə edə biləcəyiniz doyurucu və praktik bir tərif!

Vəsaitlər:
1 yumurta
İki dilim çörək

Hazırlanması:
Çörəklərdən birinin ortasını kvadrat kəsin. İstilətdiyiniz tavaya əvvəl çörəyi yerləşdirin. Ardından yumurtanın sarısı əksəriyyətdə olacaq şəkildə yumurta ağının bir qisimini ayırın. İstilənən tavaya və çörəyin tam ortasına yumurtanı yavaşca buraxın. Çörəyin çeperi içində yumurta bişəcək. Ardından digər çörəyi istilədin və yumurtalı qisimlə birləşdirin. Diləsəniz çörəyin içinə holland pendiri, kolbasa ya da başqa vəsaitlər əlavə edə bilərsiniz. Ardı »

Dünya mətbəxi → Prebranas

Tərkibi:
500 q iri ağ lobya
1 kq baş soğan
150 ml bitki yağı
4-5 diş sarımsaq
3 dəfnə yarpağı
duz
istiot
2 ç.q. üyüdülmüş şirin qırmızı istiot (paprika)
1 ç.q. üyüdülmüş acı qırmızı istiot
1 x.q. tomat pastası

Hazırlanması:
Lobyanın üstünə su töküb bir gecə saxlayın.
Sabahı gün suyu süzün, lobyanı yuyun. Üstünə təzə su töküb qaynatmağa qoyun. Qaynayandan sonra bu suyu da süzün və lobyanın üstünə 2 barmaq çıxana qədər qaynar su tökün.
Yumşalınca bişirin. Dəfnə yarpağı və iri doğranmış baş soğan əlavə edin. Lobya bişəndən sonra aşsüzənə tökün, amma suyunu atmayın.
Soğanı yarımhalqa doğrayın (hə, çox görünə bilər, amma belə lazımdır - Ardı »

Dünya mətbəxi → Talış mətbəxti. Sulu ləvəngi.

Tərkibi:
Bir toyuq
300 qr. qoz ləpəsi
2 baş soğan
3 xörək qaşığı turşu
Duz, istiot.

Hazırlanması:
Əvvəlcə toyuq parçalanır. Sonra soğanı maşından çəkirik və ona duz istiot çəkilmiş qoz ləpəsi turşu vurub qatışdırırıq. Sulu ləvəngidə soğanı sıxmırlar. Sonra hazirladığımız ləvəngini qazana yığdığımız toyuqun üstünə töküb çox azda toyuqun üstünə çıxmayana kimi su və yağ töküb vam xodda pişiririk. Ləvənginin suyu azca qalanda yağa düşdükdə yeməyimiz hazırdı. Yeməyi süfrəyə plovla veririk. Əziz xanımlar bu sulu ləvəngi adətən qış aylarında çöl ördəyi ilə və ya çöl quşu ya da həyət ördəyindən hazırlanır. Mən toyuqla hazırlamışam güman edirəm ki, bəyənərsiz. Ardı »

Dünya mətbəxi → Yalançı iskəndər resepti

Tərkibi:
300 q mal əti (bifşteks)
1 x.q. kərə yağı
2 pomidor
bir neçə dilim köhnə çörək
kərə yağı
sarımsaqlı qatıq

Üzərinə:
kərə yağı+pul bibər

Hazırlanması:
Əti nazik dilimləyin. Kərə yağında qazardın. Pomidorları sürtgəcdən keçirib üzərinə əlavə edin. Duz vurun. Başqa bir tavada xırda doğranmış boyat çörəyi kərə yağında qovurun. Qaba çəkin. Üzərinə ətləri düzün. Sarımsaqlı qatığı üzərinə qoyun. Pulbibəri kərə yağında qovurub üzərinə gəzdirin.

Nuş olsun! Ardı »

Dünya mətbəxi → Moldaviya üsulu göbələk yeməyi (Tokana)

Tokana Moldaviyanın məşhur yeməklərindən biridir. Ənənəvi olaraq, tokana mamalıqa adlanan qarğıdalı əzməsi ilə yeyilir, amma kartof əzməsi (püresi) ilə süfrəyə verirləndən daha dadlı olur. Nuş Olsun!

Tərkibi:
700 g göbələk (istədiyiniz növ ola bilər, və ya bir neçə növün qarışığı)
5 xörək qaşığı günəbaxan yağı və yaxud zeytun yağı
bir xörək qaşığı yarım limon suyu
1 ədəd iri soğan - iri-iri doğrayın
1 ədəd qırmızı Bolqar bibəri - kubiklərə doğrayın
3 ədəd iri yetişmiş pomidor - qabığını soyun, dənələrini çıxardın, iri-iri doğrayın
2 diş sarımsaq - doğrayın
1 çay qaşığıl şirin qırmızı bibər tozu (paprika)
bir çay qaşığının ucunda quru kəkliotu
yarım çay qaşığı cirə
2 çay qaşığı un
3/4 stəkan (bir Ardı »