Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SaglamliqYuxusuzluqdan təbii yolla azad olun

[color=#4866e7]Müasir həyatda yuxusuzluq problemi ilə bir çox insan qarşılaşır. Yatmaq üçün dərman preparatlarından da istifadə etmək olar, lakin təbii yollarda vardır.

Biz sizə yuxusuzluq zamanı nə yemək lazım olduğundan danışacayıq.

Beləki, yatmazdan əvvəl banan yemək xeyirlidir. Banan serotonin və melatonindən başqa maqniy ilə də zəngindir. Maqniy əzələlərin rahatlamasına kömək edir.

Sınanmış qədim üsul – çobanyastığı çayı. Çobanyastığı çayı sakitləşdirici içkilərin başında gəlir. O, yuxu gətirici effektinə malikdir, yaxşı relaksator rolunu oynaya bilir.

İngiltərə və ABŞ-da yatmazdan əvvəl əksər hallarda süd içirlər. Süddə triptofan – aminoturşu var ki, sakitləşdirici xüsusiyyətə malikdir, kalsiy isə beyinə həmin triptofanı həzm eləməyə kömək edir. Bundan əlavə süd həmdə psixikaya təsir Ardı »

SaglamliqMövsümə görə sağlamlıq

[color=#f82e00]Həyatımızı təqvimlərə görə idarə edirik. Tətillərin nə vaxt başlayıb, nə vaxt sona çatacağı, əhəmiyyətli günlər, qısacası gündəlikhəyatımızla əlaqədar hər şeyi təqvimlərdə tapa bilirik. Ancaq bir də sağlamlıq təqviminə ehtiyacımız var. Sizə, ilin 12 ayında sağlamlığınızı qorumaq üçün nələr etməniz lazım olduğunu izah edən bir təqvim!

Yanvar
İlin ilk ayı. Başqa bir deyişlə yeni başlanğıclar etmənin, əhəmiyyətli qərarların tətbiqinə başlamanın tam zamanıdır. Siz də qəti qərarınızı verin və siqaret çəkməkdən imtina edin. Son zamanlarda bütün dünyada siqaretə qarşı təsirli bir kampaniyanın davam etdirildiyini bilirik. Gəlin bu kampaniyaya qulaqlarınızı tıxamayın.

Yanvar ayı, siqareti buraxmaq üçün ilin ən uyğun, ən mənalı dövrüdür. Aparılan araşdırmalar, yanvar ayında Ardı »

Saglamliqİstirahət günü dincəlməyənlər kökəlir

İstirahət günü yetərincə dincəlməyən adamların orqanizmində kökəlmə və piylənmə başlaya bilər.
Rejimdəki hər saat izafi çəki riskini 33 faiz artırır.

Almaniyanın Münhen Universiteti nəzdindəki Tibbi Psixologiya İnstitutunun professoru Till Renebberqin dediyinə görə, həftəsonları çoxları zəngli saatı unudur və daha gec yatır. Nəticədə yuxunun "narahat vaxtı" artır.

WebMD bildirir ki, rejimdəki mənfi dəyişikliklər kofein, spirtli içkilər, tütün və depressiya ilə də birbaşa bağlıdır. Belə nəticələr 65 min insanın səhhətinin araşdırıldığı tədqiqat zamanı əldə olunub.

Adi günlərlə istirahət günlərindəki yuxu sürəyi arasında daha çox fərq edən insanların praktiki olaraq hamısında izafi çəki problemi var.
Üstəlik, yuxu zamanı onların orqanizmlərində "yanan" kalorilər azalıb, metabolizm zəifləyib. Ardı »

SaglamliqTez yatıb tez qalxmaq piylənməyə təsir edir

Avstraliyalı elm adamları yeniyetmələrdə piylənmə xəstəliyinin qarşısını alan cəhətlərdən danışıb. Erkən yatmaq və qalxmaq kimi vərdişlər bir sıra xəstəliklərə təsir edirmiş. "Amerikan Sleep" jurnalında bildirilir ki, Cənubi Avstraliya Universitetindən Carol Maher 9-16 yaş arasında 2200 uşağı tədqiqatlara cəlb edib. Nəticədə gec yatıb gec qalxanların piylənmə ehtimalının digərlərinə nisbətən 1,5 qat çox olduğu üzə çıxıb. Daha çox televiziya, kompüter qarşısında vaxt keçirənlərdə bu hal müşahidə olunub.
Bəzi alimlər belə fikirləşirlər ki, yuxu beynin yorulması nəticəsində yaranır. Gün ərzində düşündüyümüz bir çox fikirlər beyni oyaq saxlayır. Nəticədə insan gec yatır və gec qalxır. Həmin insanlarda piylənmə və kökəlmə xəstəlikləri olur. Bunu üçün yuxuya getməzdən Ardı »

Saglamliqİmmuniteti gücləndirmək yolları

Türkiyəli mütəxəssis "Dr. Alev" yuxusuzluq, stress halları, balanssız qidalanma kimi problemlərin immunitetə mənfi təsirindən danışıb. Həmçinin siqaretin, spirtin, şəkər istifadəsinin təsirini də qeyd edib. Mütəxəssisin sözlərindən aydın olur ki, həmin problemlərin həlli insanı qış xəstəliklərindən uzaqlaşdırmağa kömək edir və orqanizmi möhkəmləndirir.
Ümumi olaraq qeyd etmək lazımdır ki, immuniteti gücləndirmək üçün stressdən uzaq olmaq, düzgün qidalanmaq, zülal və yağ istifadəsinə fikir vermək, təmiz hava gəzintisisində olmaq, məşq etmək, zərərli vərdişləri tərgitmək yetərlidir.
Stressdən uzaq durmaq: İnsan stresdə olduğu zaman orqanizimdən stressi dəf etmək üçün maddələr çıxır. Bu isə tarazlığı pozmaqla immunitetə təsir göstərir. Bu səbəbdən stress keçirən dövrlərdə daha tez xəstələnir və Ardı »

SaglamliqUnutqanlığın ən böyük səbəbi

İnsan orqanizmində B12 vitamininin əskik olması iş və şəxsi həyata mənfi təsir göstərir.
Özünü davamlı yorğun hiss etmə B12 vitamininin əskikliyində ən çox rastlaşılan əlamət hesab olunur. Yuxusuzluq və yorğunluq unutqanlığın səbəblərindən biridir. Digər qarşıya çıxan əlamətlərə isə unutqanlıq, qan azlığı, konsentrasiya problemləri, depressiya, qəbizlik, ürək bulanması, köpmə, əl və ayaqlarda üşümə və s. aid edilir.
Bu problemin həlli zamanı ilk öncə düzgün qidalanmaya fikir vermək lazımdır.
Heyvan mənşəli qidalar B12 vitamini ilə zəngindir. Bura qırmızı ət, toyuq, balıq, dəniz məhsulları, yumurta, pendir, süd, qatıq gündəlik qida rasionunda uyğun miqdarda iştirak etməlidir.
Bişirmə üsulları qidalardakı B12 miqdarını azalda bilər. Ət bişirərkən qızartma və Ardı »

SaglamliqBu arzuya çatmaq çətin deyil

Uzunömürlü olmaq və ya uzun yaşamaqla bağlı bir çox mənbələrdə vacib məsləhətlərlə tanış olur, bu tövsiyyələrin önəmini anlayırıq. Lakin günümüzdə bəzi insanlar var ki, önəmini anladıqlarına baxmayaraq pis vərdişlərdən uzaqlaşa bilmir, artıq çəki ilə mübarizədən qaçır, fəal həyat tərzinə nail ola bilmir, qaçış və idmanla məşğul olmaqda tənbəllik edirlər. Bəzi qrup insanlar da var ki, aydın təfəkkürə malik olmaq əvəzinə lazımsız işlərlərlə məşğul olmağa, yaradıcı fəaliyyətə fikir verməməyə, gülüş və incəsənət sahəsinə biganə qalmağa, orqanizmi xeyirli məhsullarla zənginləşdirmək və gücləndirməyin yerinə siqaret, alkaqol və s. zərərli məhsullardan istifadə etməyə üstünlük verirlər. Bu cür insanlar həqiqətən uzun yaşamaq arzularına çatmaqda günü-gündən öz Ardı »

SaglamliqƏylənərək gündə 500 kalori yandırmaq mümkündür

Əgər sağlam bir şəkildə artıq çəkidən azad olmaq istəyirsinizsə gündə ən az 500 kalori yandırmaq lazımdır.
Yəni bu da normaldan daha çox kalori yandırmaq deməkdir. Buna boş vaxtlarınızı dəyərləndirərək və ya boş vaxtlarınızda əylənərək nail olmaq mümkündür. Sevdiklərinizlə (uşaqlarla və s.) idman və ya əyləncə mərkəzlərində olan imkanlardan yararlanmaq yaxşı nəticələr verir. Həmin mərkəzlərdə boulinqlə məşğul olmaqda pis olmaz. Gəzintidə olarkən isə it gəzdirməyin kalori yandırmağa xeyiri olduğu bildirilir. Hər səhər və axşam gündə 2 dəfə 45 dəqiqə gəzinti kifayətdir.
Qumlu voleybol oyunu da artıq çəkidən azad olmağa və kalori yandırmağa kömək edir.
Günəş vannası qəbul etmək yerinə voleybol oynamaqla da Ardı »