Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SaglamliqMətbəxinizdəki mikroblu təmizləyicilər

Çoxumuz onların təmizlik vasitəsi olduğunu hesab edirik. Amma araşdırmalar nəticəsində məlum olub ki, evimizi gigiyenik baxımdan təmizləyən vasitələrin əksəriyyəti mikrob yuvasıdır. Onların arasında mətbəx taxtasından paltaryuyan maşına qədər bir çox ev əşyası var.

Qab yumaq üçün süngərlər: evimizdə olan ən mikroblu əşya mətbəx süngəridir. Amerika ziraət palatasının araşdırmaları nəticəsində məlum olub ki, ən təsirli dezinfeksiya metodlarından biri mikro dalğalı sobadır. Bu səbəblə də hər axşam mətbəxdə işiniz bitdikdən sonra süngərinizi mikro dalğalı sobada 1 dəqiqə saxlayın.

Mətbəx çanağı (Rakvina): Bu, süngərdən sonra ən mikroblu yerdir. (Hətta tualetdən də çox) Hər istifadədən sonra mətbəx çanağınızı təmizləyici spreylə yuyun, qurulayın və isti su ilə yaxalayın.

Doğrama Ardı »

SaglamliqYuxusuzluq insan ömrünü qısaldır

Amerika alimləri müəyyən etmişlər ki, yuxusuzluq uzun illər düşünüldüyü qədər də zərərsiz deyildir. Yuxusuzluq sağlamlığa pis təsir göstərməklə yanaşı, ölümə də səbəb olur.
Pensilvaniya Tibb Kolleci (ABŞ) və Herşi Sağlamlıq Mərkəzi mütəxəssislərinin araşdırmaları göstərmişdir ki, yuxusuzluqdan əziyyət çəkən tədqiqat iştirakçılarında ölüm riski normal yatan iştirakçılara nisbətən 4,3 dəfə çox olmuşdur.
Maraqlı budur ki, həmin qanunauyğunluq qadınlara şamil olunmur. Zərif cinsin nümayəndələri yuxunun keyfiyyətindən asılı olmayaraq, vaxtsız ölüm riskinə məruz qalmırlar. Ardı »

SaglamliqYuxu

İdeal yuxunun formulu - Normal yuxunu adi qaydada 8-9 saat əvəzinə , 4-6 saat yatanlar genetik mutant adlanırlar. Vaşinqtonun Sen-Lyuise (ştat Missuri) universitetində çalışan amerikalı alimlər belə qənaətə gəlmişlər

Alimlər elə əvvəllər də bilir və təxmin edirdilər ki,az və qısa yatmaq orqanizmin genetik xüsusiyyətlərindən irəli gəlir, bununla belə müəyyən edilmişdir ki, buna görə DEC2 adlı gen cavabdehdir. ”Moskovskiy komsomolets”-in yazdığı kimi belə mutasija hələlikdə iki adamda tapılmışdır(ana və qızda). Onlar yuxuya cəmi altısaatdan bir az artıq vaxt sərf edirlər.


Qohum-əqrrəbası isə səkkiz saat yatırlar. Məhz DE2-nin yuxunun qısa olmasında səbəbkardır elmi fikrini dəqiqləşdirmək üçün eksperiment aparılmış, bu fikir Ardı »

SaglamliqÇox çay içən kişilər ehtiyatlı olun

Alimləri 21-75 yaş arası kişilər üzərində araşdırma aparılıb.
Gün ərzində çox çay içən kişilərdə prostat xərçənginə yaxalanmaq riski artır. Türkiyə mətbuatının verdiyi məlumata görə, Şotlandiyanın Glazqo universitetinin alimləri 21-75 yaş arası kişilər üzərində araşdırma aparıblar.

Eksprementə minlərlə kişi qatılıb. Mütəxəsisslər 37 il ərzində iştirakçılardan çay, qəhvə, spirtli içki və siqaret aulədiçilikləri ilə bağlı anket doldurublar.
Vaxtaşırı bu insanlar xərçəng testindən keçiblər. Nəticələrə görə, gündə 7 fincandan çox çay içən kişilərin prostat xərçənginə yoluxma riski 50 faiz daha çox olub. Ardı »

SaglamliqYaponiyada iddia edirlər ki, xərçəngə kartof ilə qalib gəlmək olar

Yapon alimləri antioksidantla və ən əsası polifenol ilə zəngin olan kartof əldə etməyə nail olublar.

Antioksidantlar bildiyiniz kimi, orqanizmin qocalmasını ləngidir, həmçinin xərçəng hüceyrlərinin yaranmasının qarşısını alır.

Lakin polifenol yalnız qırmızı meyvə-tərəvəzdə çoxlu miqdarda olmaqdadır. Sirr deyil ki, bu meyvə-tərəvəzlər bizim rasionumuzda gündəlik iştirak etmirlər. İndi artıq bu xeyirli elementlər bizim daim istifadə etdiyimiz kartofda var.

Belə polifenol ilə zəngin kartofun alınması olduqca sadə prosedur imiş. Alimlər kartofa 5-10 dəqiqə ərzində elektrik enerjisi və ya ultrasəs şuaları ilə təsir edərək, kartofun tərkibindəki antioksidanların payını 60% qədər artıra biliblər.

Lakin alimlər xəbərdarlıq edir ki, belə kartofun müxtəlif üsullarla bişirilə bilməsi helə də sonadək araşdırılmayıb.
Ardı »

SaglamliqGünəş vannası qəbul edərkən bunlara diqqət edin!

Günəş vannası qəbul etmək insan sağlamlığına yaxşı təsir göstərir. Həmçinin orqanizmə D vitamini verir.
Türkiyəli professor Dr. Bülent Bütünün şərhindən aydın olur ki, bu vitamində olan kalsium maddəsi metabolizm və immunitet sistemi üçün faydalı olduğundan yay fəslində günəşlənmək yaxşıdır. Günəşlənərkən tətbiq edilən lazımi prosedurlardan əlavə günəş losyonlarına fikir vermək də vacibdir.
Məlumata görə bəzi günəş losyonları vücüdun D vitamini çıxarmasına qarşı təsir edir.
Lazımi miqdarda D vitamini ala bilməyən bədən, kalsium ehtiyacını sümüklərdən qarşılamağa çalışır. Əgər alınan kalsiumun yeri bərpa olunmazsa bu vəziyyət sümüklərin zəifləməsinə səbəb ola bilər.
Bu baxımdan bədəni kafi ölçüdə günəşləndirmək belə yetərlidir. Lakin, çoxlu günəşlənmək zərərli hesab olunur. Bu müxtəlif dəri Ardı »

SaglamliqDuzun insan orqanizminə təsirləri

Dünya boyu hətta inkişaf etməkdə olan ölkələrdə belə yüksək qan təzyiqinin əsas faktor olduğu ürək-damar xəstəlikləri insan ölümünün əsas səbəblərindən biridir. Duzdan çox istifadə qan təzyiqinin yüksəlməsinə, insult və ürək xəstəliklərinə səbəb olur.

Keniyadakı Veil Kornel Tibb Mərkəzinin tədqiqatçıları Böyük Səhraaltı ölkələrdə yüksək qan təzyiqi probleminin sürətlə artdığını deyirlər. Bu problem o qədər ciddi şəkil alıb ki, Amerikanın Pan-Amerikan Sağlamlıq Təşkilatı "SaltSmart" proqramına başlayıb. Branka Legetik bu proqramın koordinatorlarındandır:
"Yüksək qan təzyiqi bütün dünyada böyük problemə çevrilib. Yoluxucu olmayan bu xəstəlik bir çox xəstəliyin yaranması üçün başlıca risklərdən biridir."

Legetik deyir ki, insanların çoxu tərkibində kimyəvi maddələr və soda olan duzdan istifadə etdiklərini bilmir. Ardı »

SaglamliqBu yağ insan orqanizminə təsirlidir

Bir sıra tədqiqatçılar insan bədəninə faydalı hesab olunan yağ haqda məlumat veriblər.
"Yaxşı yağ" adı verilən bu maddə şəkər xəstəliyindən əziyyət çəkən insanlara kömək edə bilər.

Həmçinin qeyd etmək lazımdır ki, bu məhsulda balıqlarda olan omeqa 3 yağ turşuları və hidroksid yağ turşusu deyilən bir turşu var.
"FAHFA" adı kimi də adlandırılan turşularda belə həmin yağı tapmaq olar.

Beth İsrael Deaconnes Tibb Mərkəzindən verilən məlumatlardan aydın olur ki, bu molekul tamamilə fərqlidir.
İltihabı xəstəliklərə olan riski aşağı salmağa təsirlidir. Onun köməkliyi ilə hüceyrələri testlərlə ölçüb bədəndə artmasını təmin etmək olar.

Salk İnstitutundan Prof. Alan qeyd edib ki, "FAHFA' - ları faydalı yağlar kateqoriyasına əlavə edilə bilər.
Bu yağ Ardı »