Saglamliq → Bioloji saat
Bizi əhatə edən hər bir şey fasiləsiz surətdə dəyişilir, gündüz axşamla, sonra gecə səhərlə, yay - payızla, sonra qış yazla, külək sakitliklə əvəz olunur ki bunun ardınca da tufan, quru hava, yağış və ya qar gələ bilər. Hələ sosial mühitin neçə dəyişdiyini demirik - gah işdə gah evdə, mağazada və ya konsertdə oluruq. Bütün bu dəyişikliklər arasında nizamlı, ciddi ardıcıllıqla bir-birini əvəz edənlər vardır, ritmik olmayan, qaydasız, bəzən tamamilə gözlənilmədən meydana çıxan dəyişikliklər də vardır. Xarici şəraitin təbii proseslərlə əlaqədar ritmik dəyişiklikləri insanın davranışında əsas rol oynayır. Çox qədim zamanlardan təbii ritmlər insanı müəyyən davranış normalarına və ya, deyildiyi kimi stereotipinə Ardı »