Saglamliq → Qış aylarında soyuqdan qorunmaq üçün təsirli üsullar
Soyuq hava şəraitində ehtiyatsızlıq ucbatından bəzi insanlarda infeksion xəstəliklər baş qaldırır. Bunun əsas səbəblərindən biri sağlamlığa diqqət etməmək, düzgün qidalanmamaq və qalın paltarlara üstünlük verməməkdir. Həmçinin iş, ev və digər mühitlərdə istilik sobalarından düzgün istifadə etməmək və özünü soyuğa vermək pis təsir göstərir. Bu baxımdan qış aylarında soyuqdan qorunmaq üçün təsirli üsulları bilmək və ona riayət etmək lazımdır. Üşümə xəstəliyi olan insanlar xalq arasında "vicks" kimi tanınan mentollu losiyondan ayaq nahiyəsinin altına çəkə bilərlər. Bu mentol sayəsində yeriyərkən üşümədən qorunmaq olar.
İnsan bədəni daha çox ayaqdan üşüməyə başladığı üçün bazası yüksək, su keçirməyən ayaqqabılardan istifadə uyğundur.
Lazımi miqdarda yuxu isə soyuqdan qorunmağa təsirlidir.
Boyun Ardı »