Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SaglamliqSağlam Qidalanma Piramidası

İdman və çəkiyə nəzarət həmçinin enerji balansının sadə qanunu ilə də əlaqələnir: Çəki dəyişimi = qəbul olunan kalori - atılan kalori. Əgər siz hər gün qəbul etdiyiniz qədər də kalori israf edə bilirsinizsə, piy hüceyrələrində toplanmağa heç nə qalmır və bədən çəkisi eyni qalır. Atdığınız kaloridən çox yemək isə piy toplamaq və çəkini artırmaqla nəticələnir. Müntəzəm idman bədən kütlənizə nəzarət etməyə kömək edər.

Sağlam Qidalanma Piramidasına aşağıdakılar aiddir:
Emal olunmamış dənlilər. Orqanizmin karbohidratlara xüsusən enerjiyə görə ehtiyacı var. Karbohidaratların ən yaxşı mənbələri yulaf unu, ağ çörək və təmizlənmiş düyü kimi emal olunmamış dənlilərdir. Onlar enerji ilə zəngin nişasta ilə birgə xarici (kəpək) və Ardı »

SaglamliqMiqren hava dəyişikliyi ilə sıx əlaqəlidir

ABŞ tədqiqatçıları araşdırmışlar ki, kəskin baş ağrısına səbəb olan miqren hava dəyişikliyi ilə sıx əlaqəlidir. Bostondakı Bet İsrail Diaqnostik Tibb Mərkəzinin həkimi Kenneth Mukamal bu araşdırması haqqında məlumatı 10 martda nəşr olunan Neurology jurnalında dərc etdirmişdir.
ABŞ-da təxminən 18% qadınlar və 6% kişilər miqrendən əziyyət çəkir. Xüsusi ilə gənc və orta yaşlı nəsillərdə bu özünü daha da qabarıq şəkildə göstərir.
Qısa müddətli bir araşdırma sonunda məlum olmuşdur ki, havanın tez-tez dəyişməsi və eyni zamanda hava çirklənməsi baş agrılarına başqa sözlə desək miqrenə səbəb olur.
Dr.K.Mukamal öz əməkdaşları ilə birgə 2000-ci ilin may ayından 2007-ci ilin dekabr ayına kimi baş ağrısı şikayəti ilə tibb mərkəzinə Ardı »

SaglamliqUşaqları qripdən necə qoruyaq?

Qış aylarında qrip və digər infeksion xəstəliklərin daha çox yayılması danılmaz faktdır. Xüsusilə də uşaqlar qış fəslində tez-tez soyuqdəymə və ya qripə yaxalanırlar. Məktəbəqədər təhsil müəsissələri və məktəblərdə uşaqlar digər həmyaşıdları ilə ünsiyyətdə olduqları üçün xəstəliyə yoluxma halları da artır. Bəs uşaqlarınızı xəstəlikdən qorumaq üçün nə etməlisiniz?
Uşaqlarınızın qripə yaxalanmaması üçün aşağıdakılara diqqət etməlisiniz:
- Qripdən qorunmağın ən təsirli yolu qripə qarşı peyvənddir. Uşaqlar və onların valideynləri hər il qripə qarşı peyvənd etdirməlidirlər.
- Əllərinizi tez-tez yuyun. Uşaqlarınızın su və sabunla əllərini yaxşıca yuması üçün onlara tələsmədən və barmaqların arası da daxil olmaqla əlləri necə yumağı öyrətməlisiniz. Əgər yanınızda su və ya sabun yoxdursa, Ardı »

SaglamliqArtıq çəki və onun həlli yolları

Məlumata görə artıq çəkidən azad olmağa böyümə hormonu (HGH) həbləri, tozları və iynəsi kömək edir. Bu istiqamətdə müxtəlif fikirlərin olmasına baxmayaraq prosedurları bilmək və ona riayət etmək ən düzgün yoldur.
Bildiyimiz kimi çəki problemləri müxtəlif səbəblərdən olur. Həmin səbəblərə hormonal səbəblər, qidalanma problemləri, hərəkətsizlik, stress, lazımsız dərman qəbulu və s. aiddir.
Hormonal tarazlıq
Hormonal tarazlıqda olan problemlər artıq çəkiyə şərait yaradır. Uyğun pəhriz seçilmədən əvvəl, hormonal testlər aparılmalı və problem dəqiq müəyyənləşdirilməlidir. Hormonal tarazlıq daha çox qadınlar üçün əhəmiyyətlidir.
Balanssız qidalanma
İnsanların tez-tez etdiyi səhvlərdən biri çox yeməkdir. Bu həqiqətən ciddi problemdir. Çünki, alınan kalorilər xərcləndiyəndən çox olduqda artıq çəki problemi olur. Bu daha Ardı »

SaglamliqDepressiyadan qurtulun

Depresiyya nədir? Psixoloji olaraq insanın sarsılması, əhvalının pisliyə doğru dəyişməsidir. Günümüzdə bir çox insanlar bu xəstəlikdən əziyyət çəkir. Çox zaman işdə uğursuzluq, həyatda uğursuzluq, münasibətdə uğursuzluq hamısı depressiyaya yol açır. İnsan həyatdan küsür. Hər şey ona qara rəngdə görsənir. Tənhalıq, qaranlıq bir növ onun üçün qurtuluş olur. Lakin bu hal insanı daha da yoxuşa aparır.

Bəs depressiyadan çıxmaq üçün nə etmək olar? Bildiyimiz kimi, qida insan orqanizminə böyük təsir edir, insanı gümrah tutur. Beləliklə depresiyyadan xilas olmağın yolu YEMƏYİ sevin. Amma çoxda yeməyin çünki bu sizdə ağırlıq yara dilər. Çalışın yüngül yeməklərə üstünlük verin. Meyvələr çox önəmlidir. Gündə maye qəbulunu unutmayın. Soyuq Ardı »

SaglamliqÇox oturmaq sümük zəifliyinə səbəb olur

Günün çox hissəsini oturaq tərzdə keçirən insanların qan-damar sistemi daralır, əzələlərin elastikliyi azalır.
Araşdırmalara görə, günün çox hissəsini oturaq tərzdə keçirən insanların sümükləri zəifləyir, qan-damar sistemi daralır, əzələlərin elastikliyi azalır, beldə, boyunda ağrılar, oynaqlarda şəkil pozuqluğu meydana çıxır. Bunun qarşısını almaq üçün tez-tez qalxıb gəzinmək, əzələləri, oynaqları hərəkət etdirmək lazımdır. Saatlarla oturmaqla yanaşı, dirsəklənmək də orqanizmə xoş vədlər vermir. Bütün bunların qarşısını almaq üçün deyildiyi kimi, tez-tez durub gəzinmək, oturanda kürəyi dik tutmaq, masa arxasında çalışarkən əyilməyəcək tərzdə oturmaq, yəni oturuş qaydasını pozmamaq, masa ilə vücud arasında qolları sərbəst tərpətmək üçün ara məsafəni saxlamaq lazımdır. Bir saatdan bir qalxıb 5-10 dəqiqə gəzərkən Ardı »

SaglamliqUlduz Pəhrizi

Vera Brejneva

Mənim formada qalmaq üçün verilən suallara bir cavabım var: çoxlu yemək olan yerdə ağzını qıfılla. Mən bunu həyat formuluma çevirmişəm. Doyana kimi yemək arıqlamağa qoymur.

Gündə 2 litr təmiz su içirəm. Menyudan tort, pirojna, şokolad, qəhvəni və şəkəri çıxartmışam. Nadir halda ürəyim istəsə kartof qızartması yeyirəm. Hər səhər mütləq sıyıq, günorta buxarda bişmiş tərəvəz yeyirəm. Dəniz məhsullarını çox sevirəm. Axşamlar saat 8-dən sonra yemirəm.

Bir qızıl qayda var: yatmazdan 4 saat əvvəl yeməyi saxlayın. Əgər çox acmışamsa, bir banan və ya alma yeyirəm. Ardı »

SaglamliqAzərbaycanlı mütəxəssis kartof çipslərinin zərərindən danışır

Azərbaycan Səhiyyə Nazirliyi yanında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev açıqlamasında çoxlarının sevimli qidası olan çipsin insan orqanizminə təsiri haqda bunları deyib: "Çipsin həddindən artıq çox qəbulu həzm sisteminin fəaliyyətini pozulmasına, artıq çəkiyə, xolesterinin miqdarının artmasına, damarların tıxanmasına və sairəyə səbəb ola bilər".

Mütəxəssis kartof çipslərinin həddindən artıq qəbulunun hətta infarkt və diabetə də yol aça biləcəyini söyləyib: "Azərbaycanda kartof çipslərini əsasən yeniyetmələr və gənclər yeyir".

İ.Abdullayev bildirib ki, Bakıda kartof çipsləri Nizami rayonu və Abşeron rayonunda istehsal olunur. Onlar Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş normalar əsasında istehsal edilir: "Bu normalara əməl olunmaması müxtəlif xəstəliklərə yol aça bilər". Ardı »