Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SaglamliqSuda əriyən həblərə diqqət edin

Məlumata görə suda əriyən həblər natrium baxımından zəngin olduğundan az duz istifadə edənlərdə infarkt və iflic riskini artır.
İngiltərənin Dundee Universitetindən Jacob Corc və tədqiqat qrupu reseptsiz satılan suda əriyən dərmanların bir çoxunda biokarbonat olduğunu aşkar ediblər. Mütəmadi olaraq bu dərmanlardan və ya vitaminlərdən istifadə edənlərdə infarkt və iflic keçirmə riski 5 qat artıq olurmuş.
Tədqiqatda bu xəstələrin yüksək təzyiq riskinin 7 qat artdığı müşahidə olunub.
7 il boyunca çoxlu sayda xəstənin məlumatlarını araşdıran tədqiqatçılar, həmin dərman və vitaminlərdən çoxlu istifadə edənlərdə ölüm riskinin 28 % çox olduğunu bildiriblər.
Reseptsiz satılan bu dərmanlardan gündəlik istifadə etməyənlərdə həmin problemlərin az olduğu bildirilir.
Tədqiqatın nəticələri İngilis Ardı »

SaglamliqAyağınız tərliyir? Müalicəyə başlayın…

[color=#039b80]Ayaqların tərləməsi istər qadın, istər isə kişiyə diskomfort hissini yaşatdırır. Lakin bir çox zamanlar kişinin ayaqları tərləyəndə, bunu gülüş ilə qarşılayırlarsa, qadın ayaqlarının tərləməsini pintilik kimi də qiymətləndirənlər olur.

Bu yazımızda sizlərə ayaq tərləməsinin qarşısını almaq üçün müxtəlif vannaların hazırlanma üsullarından danışacayıq. İlk öncə qısa qeyd edək ki, çox tərləyən insanlar, çoxlu maye qəbulundan uzaq olmalıdırlar. Ayaqlarınızın tərləməsinin qarşısını almaq üçün müxtəlif prisıpkalardan istifadə məsləhət görülür. Ev şəraitində prisıpkanı kartof kraxmalı da əvəz edə bilər.

Şam ağacından vanna

Lazımdır: 500 qr şam ağacının iynələri, 5 litr su…

İynələri xırdaladıqdan sonra qaynar suyu əlavə etmək. 2 saat saxladıqdan sonra süzmək, balaca tazda ayaq vannası düzəltmək lazımdır. Ardı »

SaglamliqFol turşusunun əhəmiyyəti

Fol turşusu, körpənin beyin və sinir sisteminin inkişafı üçün olduqca əhəmiyyətlidir. Buna daha çox yaşıl yarpaqlı tərəvəzlərdə rast gəlinir.
Çünki, həmin bitkilərin tərkibində bol miqdarda B qrupu vitaminləri var. Bundan əlavə yumurtada, bəzi taxıllarda, müxtəlif çərəzlərdə (qoz, badam, fındıq, fıstıq) mərciməkdə, quru paxlalılarda, ispanaqda, cəfəridə, nanədə və toxumlu qidalarda tapılır.
Doğum mütəxəssisləri uşaq sahibi olmaq istəyən qadınların, hamilə qalmadan ən az 3 ay əvvəl gündəlik 400 mikrogram fol turşusu istifadə etmələrini məsləhət görür. Hamilə qadınlar hamiləliyin 3 ayının sonuna qədər bu turşudan istifadə etməlidirlər. Onuda qeyd etmək lazımdır ki, fol turşusu bədəndə yığılmadığı üçün hər gün qəbul edilməlidir.
Fol turşusu əksik olduqda körpənin Ardı »

SaglamliqXroniki yorğunluq

[color=#f82e00]İnsanların ən çox şikayət etdikləri problemlərdən biri də yorğunluqdur. Yorğunluq tədricən xroniki yorğunluğa səbəb olur. Nəticədə, düşünmə qabiliyyəti azalır, yaddaş qabiliyyəti isə zəifləyir.

Bu gün dünyada iş qabiliyyəti olan əhalinin 30 % - indən çoxu xroniki yorğunluqdan əziyyət çəkir. Tədqiqatlar yorğunluq hissinin əsasən günortadan sonra, təqribən saat 15:00 - dan başlayaraq maksimum səviyyəyə çatdığını göstərir. Digər tərəfdən, statistik məlumatlara görə, dünya miqyasında yorğunluqla əlaqədar ildə 30 milyon iş günü bosa gedir. Mütəxəssislərə görə, gərgin iş tempi, nəqliyyat, səs - küy, stress, həmçinin, rejimsiz qidalanma da yorğunluğa səbəb olur. Yorğun adam yavaş hərəkət edir, tez "təslim olur", asan özündən çıxır və s. Təbii Ardı »

SaglamliqHəkimlər xəbərdarlıq edir: Şəkər siqaret və içki qədər təhlükəlidir

Şəkərin tütün və spirtli içkilər qədər zərərli olduğu müəyyənləşdirilib. Mütəxəssislər bununla bağlı şəkərə vergi tətbiq olunmasını və paketlərin üzərində bildirişlərin qeyd edilməsini təklif ediblər.

Belə ki, Kaliforniya universitetinin dietoloqları xəbərdarlıq edirlər ki, şəkərin artıq miqdarda istifadəsi kökəlmə ilə yanaşı, qaraciyəri yorur və qan təzyiqinin artmasına səbəb olur.

Son 50 il ərzində şəkərin istehlakının 3 dəfə artdığını açıqlayan mütəxəssislər, paralel şəkildə kökəlmə, yüksək qan təzyiqi və şəkər xəstəliyinin də yayıldığını qeyd edirlər. Ardı »

Saglamliqİdmandan sonra bu yeməklərdən uzaq durun

Məşqdən maksimum yararlanmaq və məşq sonrasında itirdiyiniz enerjini sağlam bir şəkildə yığmaq üçün idman sonrası düzgün qidalanmaq vacibdir.
Başqa sözlə idmandan sonra qida qəbuluna ciddi fikir vermək lazımdır.
İdmandan sonra çiy tərəvəzlərdən, qazlı içkilərdən, duzlu cipslərdən, şirniyyatlardan uzaq durmaq məsləhətdir.
Çiy tərəvəzlər
Çiy tərəvəzlər hər nə qədər sağlam yeməklər olsa da, idman əsnasında itirdiyiniz enerjini tam təmin etmir. İtirilən enerjinin tam bərpası və bədən müqavimətinin düşməməsi üçün çiy tərəvəzləri zülallı məhsullarla əvəzləmək olar.
Qazlı içkilər
Qazlı içkilərin maddələr mübadiləsini yavaşladacaq səviyyədə olması və şəkər saxlaması zərərli hesab olunur. Bunun yerinə mineral suyu seçim etmək olar.
Duzlu cipslər
Kartof cipsi nə qədər cəlbedici görünürsə, tərkibində olan Ardı »

SaglamliqSağlamlığımız üçün faydalı bitkilər

Böyürtkənin tərkibindəki “ellagic” adlı turşu xərçəng xəstəliyinin, bədənin müxtəlif nahiyələrində meydana gələn şişlərin, ağrıların, yüksək təzyiqin, tənəffüs yolu xəstəliklərinin yaranmasına mane olur.

Böyürtkəni yaralara sürtdükdə yaranın sağalmasını sürətləndirir, qəbizliyi aradan qaldırır, yarpaqlarını və köklərini qaynadıb içdikdə diş əti iltihablarının qarşısı alınır, böyrək daşlarının düşməsinə kömək edir.

Zəncəfil: beyni oksigenlə qidalandırır, xərçəng xəstəliyi ilə mübarizədə ən təsirli silah sayılır, ürəyin sağlamlığını qoruyur.

Qara kök: antioksidant baxımından zəngindir, iltihabtəmizləyici xassəyə malikdir, qızdırmanı salır. Ardı »

SaglamliqSaat dəyişikliyinin orqanizmə zərəri varmı?

Ölkədə qış və yay vaxtlarına keçid bioritmlərdə müəyyən dəyişikliklərə səbəb olur.

Bu haqqda Milli.Az açıqlamasında həkim-ekspert, professor Adil Qeybulla deyib. Həkim bildirib ki, insanların əvvəlcədən öyrəşdiyi ritmlərdə dəyişikliklər əmələ gəlir. Onun sözlərinə görə, saat və iqlim dəyişikliyinə meylli insanlarda saat qurşağının dəyişməsi ciddi problemlərə səbəb olmur: “Çünki orqanizmin adoptagen reaksiyaları var və onlar orqanizmin xarici mühitə uyğunlaşmasını təmin edir. Bu baxımdan, daha çox xəstə adamlar ritm dəyişikliyinə mənfi reaksiya verir. Amma sağlam orqanizm üçün bunun ciddi təhlükəsi yoxdur”.

Adil Qeybulla hesab edir ki, azyaşlı uşaqlar və orta məktəblərin ibtidai sinif şagirdləri üçün də saat dəyişikliyi ciddi problem yaratmır: “Uşaqlarda da adoptagen reaksiyalar onların Ardı »