Nağıllar → Nar qızı
Biri var imiş, biri yox imiş, bir padişahın bir oğlı varimiş. Bu oğlan bir gecə yuxuda Nar qızına aşiq olur. Sübh olanda vəzirin çağırub yuxusunu söyləyüb buna deyir ki, gərək gedib Nar qızını mana alasan. Vəzir ərz edir ki, başqa hər nə əmrin varsa yerinə yetirim. Amma onı gətirmək mənim üçün mümkün deyil, çünkü o devlərin içindədir. Padişahın oğlu cavab verir ki, hökman gərək gedəsən! Yoxsa boynuvi vuraram.
Vəzirin əlacı kəsilib qəbul edir. Şahzadə buna xeyli pul verüb yola salır. Vəzir də gedəndə bazardan bir xeyli qır-saqqız alır. Bir müddət yol gedəndən sora gəlüb bir evə çıxır. İçəri girəndə baxıb görür ki, Ardı »