Nağıllar → Keçəllə tacir (nağıl)
Günlərin bir günündə bir nəfər kasıb kişi olur. Bu kişinin gözünün ağı-qarası keçəl bir oğlu varmış. Keçəl bayırda başqa uşaqlar kimi oynamağı çox sevirdi, amma tacir uşaqları keçəli öz aralarına buraxmırdılar. Bir gün keçəlin atası səhər tezdən işə getmişdi. Novruz qabağı idi, havalar da qızmışdı. Keçəl əvdən bayra çıxıb görgi ki, uşaqlar ələlvan geyinib oynayırlar. Keçəl bulara qoşuldu, amma uşaqlar qoymayıb, bir ağızdan dedilər:
Keçəl-keçəl daz eylər,
Yuvada pərvaz eylər.
Minər qamış altına,
Sağsağana göz eylər.
Keçəlin acığı dutub evə gəldi, gördü ki, anası evdə təkdi.
Keçəl dedi:
– Ana, nə bişirirsən?
Anası dedi:
– İki ovuc arpa unumuz qalmışdı, umac bişirirəm.
Keçəl bərk acmışdı, dinməz oturub əvin Ardı »