Nağıllar → İtkin qız (nağıl)
Məhəmməd adlı bir kişi vardı. Bunun bir arvadı, Əhməd adlı bir oğlu, Güllü adlı bir qızı varıdı. Bir gün Məhəmməd kişi Məkkəyə gedəsi olur. Arvadı, oğlu dedilər ki, biz də gedəcəyik. Məhəmməd kişi onların getməsinə razı oldu. Məhəmmədin bir yaxşı qardaşlığı varıdı. Özü də qazı idi. Məhəmməd kişi qardaşlığının yanına gəlib dedi:
– Mən Məkkəyə gedəcəyəm. Ev-eşiyimi, qızım Güllünü sənə tapşırıram.
Qazı dedi:
– Arxayın ol, özündən yaxşı muğayat olaram.
Məhəmməd kişi arvadını, oğlu Əhmədi götürüb Məkkəyə yola düşdü. Onlar Məkkəyə getməkdə olsun. Sizə qazı ağadan xəbər verim. Qazı ağa gündə ət, xuşkəbər alıb nökəriynən Güllüyə göndərirdi. Bir gün də özü ət, şey-şüy alıb Güllü Ardı »