Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şorbalar ve HelimlerNoxudlu şorba resepti

Tərkibi:
350 q noxud
1 iri baş soğan
150 ml zeytun yağı (yaxud başqa bitki yağı)
2 x.q. un
cəfəri
0,5 limon
duz
istiot
Noxudu gecədən suda isladın

Hazırlanması:
Səhəri gün suyu süzün, noxudu bir neçə dəfə soyuq axar suyun altında yuyun. Aşsüzənə qoyub azca qurudun. Soğanı xırda doğrayıb dərin tavada zeytun yağında qızılı rəng alanadək qovurun. Noxudu əlavə edin, birlikdə bir neçə dəqiqə qovurun, qoz iyi gələndə ocaqdan götürün.

Noxudu qazana tökün, üstünə 2 barmaq çıxana qədər su tökün, qaynara düşəndə qazanın qapağını örtün, vam odda 1-1,2 saat bişirin (noxud yumşalanadək).
Bişənə yaxın limonun yarısının şirəsini sıxın (bütöv limondan da istifadə etmək olar), 2 x.q. unla eynicinsli kütlə alınanadək qarışdırın.
Noxudun bir hissəsini qazandan Ardı »

Şorbalar ve HelimlerƏtli ispanaq

Tərkibi:

4 qalın dəst ispanaq (qoca olmasın)
5 yemək qaşığı Westgold kərə yağı
200-250 qram çəkilmiş mal əti
1 iri baş soğan
2 xörək qaşığı tomat pastası
Duz
İstiot
3-4 xörək qaşığı yumru düyü

Hazırlanma Qaydası:

İspanağı yaxşıca yuyun. Sonra iri-iri doğrayıb, bir ləyənə yığın. Təmizliyindən əmin deyilsinizsə, üstünə su doldurub, bir az duz səpin və 5 dəqiqəlik kənara qoyun. Bu müddət ərzində ispanağın üstündə qalmış ola bilən torpaq aşağı süzülməlidir. İspanağı süzüb yenidən yuyun. Kənara qoyun. Tomat pastası, duz və istiotu əlavə edib qarışdırın. İspanağı əlavə edib bir qədər yumuşalanadək bişirin. Sonra isə düyünü əlavə edib 2-3 dəqiqə qovurun. Üstünə ispanağı tam örtməyənə qədər su töküb bişirin. Ardı »

Şorbalar ve HelimlerKıtır Çörəkli Pomidor Şorbası

İÇİ:

Soğanı piyazlık doğrayırıq. Qazana duru yağını və kərə yağını alırıq. Soğanı qovururuq, arxasınca unu əlavə edirik və qovurmaya davam edirik. Dəfnə yarpağını və dənə istiot əlavə edirik.

Abqora-sını qoyuruq, qarışdırırıq. Qırmızı istiotu seçirik və küp doğrayaraq qazana qoyuruq. Soyuq su qoyaraq konsistensiyanı açırıq. Pomidorları soyuruq və doğrayaraq qazana atırıq. Duzunu atırıq və qapağını örtərək bişməyə qoyuruq. Xörəyimiz bişəndə blendırdan keçiririk.

Tost çörəyi xırda kub şəklində doğrayırıq və sobaya veririk. Şorbanı süfrəyə verərkən üzərinə qızarmış çörəkləri atırıq.

KITIR ÇÖRƏKLİ POMİDOR ŞORBASI

3 pomidor
1 qırmızı istiot
1 soğan
2 budaq dəfnə yarpağı
1 çay q. Dənə Ardı »

Şorbalar ve HelimlerTomatlı makaron şorbası

Tərkibi:
8 su stəkanı ət suyu
3 ədəd orta boy pomidor
1 xörək qaşığı duru yağ
4 xörək qaşığı makaron
1 xörək qaşığı un
1 ədəd limonun suyu
Damaq dadınıza görə duz, qara bibər

Hazırlanması:
Pomidorların qabığını soyub rəndələyin. Yemək qazanına duru yağ əlavə edib qızdırın. Üzərinə unu əlavə edərək, qoxusu çıxana qədər qovurun. Yavaş-yavaş ət suyunu qazana əlavə edərək, sürətlə qarışdırın. Rəndələnmiş pomidoru əlavə edib qarışdırmağa davam edin. Orta odda ət suyu qaynayana qədər bişirməyə davam edin. Ət suyu qaynadıqdan sonra makaronları əlavə edin. Odun dərəcəsini azaldıb arada bir qarışdıraraq makaronlar incələnə qədər bişirin. Duz, qara bibər və limon suyunu əlavə edib qarışdırın. Qazanı oddan götürün. Kasada bölüb, daha Ardı »

Şorbalar ve HelimlerQarğıdalı şorbası

Ləvazimatlar

Qarğıdalı dənələri – 300 q

Toyuq əti – 200 q

Kərə yağı – 100 q

Baş soğan – 3 ədəd

Pomidor – 2-3 ədəd

Un – 2 x.q.

Su – 1 lt

Zəfəran

Duz, istiot


Hazırlanma qaydası

1.Axşamdan qarğıdalı dənələri (konservləşdirilmiş qarğıdalı da istifadə etmək olar) isladılır və bişirilir.
2.Soğan xırda doğranılır və kərə yağında qovrulur.
3.Toyuq əti kubvarı doğranılır və qovrulan soğana əlavə edilib yenidən qovrulur.
4.Qovrulan ərzaqlara un əlavə edilir və ərzaqlar yağa düşəndən sonra duz, istiot və su əlavə edilib qaynamağa qoyulur.
5.Qaynayan şorbaya zəfəran və bütöv pomidor əlavə edilir və 5-10 dəq. sonra odun üzərindən götürülür.
6.Şorba süfrəyə üzərində bütöv pomidorla verilir (pomidor şorba yeyildikdə içində əzilir). Ardı »

Şorbalar ve HelimlerTərəvəzli Göbələk Şorbası

İÇİ:

Kartofu soyuruq. Qırmızı istiotu təmizləyirik. Kartofu, istiotu və göbələkləri küp küp doğrayırıq. Qazanda kərə yağını əridirik, unu əlavə edib qovururuq.

Tavaya duru yağ tökürük. Göbələyi, kartofu və biberi tavaya alıb qovururuq. Qazanda un qovrulanda soyuq suyla konsistensiyanı açırıq. İsti su əlavə edirik. Çırpma teliylə qarışdırırıq. Südünü tökürük və qarışdırırıq. Tavada yaxşıca qovrulan tərəvəzləri şorba qazanına köçürürük və duzunu atırıq. Birlikdə 5 dəqiqə daha bişirdikdən sonra altını bağlayırıq. Üstünə doğranmış cəfəri səpərək süfrəyə veririk.

TƏRƏVƏZLİ GÖBƏLƏK ŞORBASI

1 kasa göbələk
1 kartof
1 qırmızı istiot
1 çay s. Süd
3 şorba q. Kərə yağı
3 şorba q. Ardı »

Şorbalar ve HelimlerToyuq Suyunda Əriştə Şorbası

MATERİAL SİYAHISI:

1 su s Arpa əriştə
2 şorba q. Kərə yağı
3 pomidor
1 yerkökü
1 dəstə cəfəri
1 limon
Toyuq suyu
Su
Duz

İÇİ:

Qazana duru yağ tökürük və arpa əriştəni qovururuq. Kərə yağını əlavə edirik. Yerkökünu soyub xırda doğrayırıq. Pomidorları soyuruq və doğrayıcıdan keçirib püre halına gətiririk. Arpa əriştəni bişirdikdən sonra yerkökünu qoyub qovurmaya davam edirik. Pomidor püresini əlavə edirik və qarışdırırıq. Toyuq suyunu axıdırıq, qarışdırırıq. İsti suyla konsistensiyanı açırıq. Duzunu da ataraq bişiririk. Lazım gəlsə yenə də isti su qoyuruq. Cəfərini incə nazik doğrayırıq. Şorbanın üzərinə cəfəri səpirik və limon sıxaraq xidmət edirik. Ardı »

Şorbalar ve HelimlerMərci Şorbası.

MATERİAL SİYAHISI:

1 su s. Mərci
1 soğan
2 kiçik yerkökü
2 şorba q. Un
Duz
Zeytun yağı
Su

SOSU ÜÇÜN:

2 şorba q. Kərə yağı
1 şirin q. Pomidor tomatı

ÜZƏRİ ÜÇÜN:

4 dilim tost çörəyi

İÇİ:

Soğanı və kökləri nazik nazik doğrayırıq. Qazana zeytun yağı tökürük. Soğan və yerkökü inadı keçənə qədər qovururuq. Mərcini dağıdırıq və əlavə edib qovurmaya davam edirik. Çiy qoxusu çıxanda qazana qaynar su əlavə edirik və qapağını örtərək bişməyə qoyuruq. Materiallari tamamilə pörtüb əl blendırıyla püre halına gətiririk. İsti suyla konsistensiyanı açırıq. Unu ayrı bir tavaya alırıq. Kərə Ardı »