Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zəka Vilayətoğlu

Allahverdiyev Zəka Vilayət oğlu (Zəka Vilayətoğlu) - yazıçı-nasir, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı

Zəka Vilayətoğlu Gədəbəy rayonunun Arabaçı kəndində, ziyalı ailəsində doğulmuşdur. Arabaçı kənd orta məktəbini və Əlibəy Hüseynzadə adına Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir.

Bədii yaradıcılığa orta məktəbdə oxuduğu illərdən başlayan Zəka Vilayətoğlunun ilk hekayələri, 1994-cü ildən etibarən, "Ulduz" jurnalında, daha sonra "Azərbaycan", "Çıraq", "Ulu Xudafərin" jurnallarında və digər mətbu orqanlarda dərc olunmuşdur.

2004-cü ildən nəşr olunan "Ulu Xudafərin" jurnalının şöbə müdiri vəzifəsində çalışmışdır.

Zəka Vilayətoğlu "Şah ölüm" "Küsmüş Ay" və "Güllələnmiş qaranlıqlar" adlı nəsr kitablarının müəllifidir. 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ailəlidir, iki oğlu var.

Əsərləri
1. Şah ölüm. Bakı: Şərq-Qərb 265 səh.
2. Küsmüş ay. Bakı: Adiloğlu
3. Daş qəfəsə salınmış şərqiçi.
4. Güllələnmiş qaranlıqlar. "VƏTƏN" nəşriyyatı 2010
5. Qəribə kənd.
6. Bəxtsiz adam.
7. Nurkazımın Leylası.
8. Keçi südü.
9. Təzələşən dünya.
10.Moskva axşamları.
11.Şəki pitisi.
12.Qoca tutun qisası.
13.Meşin çanta
14.Bir küpə bal
15. Mütərcimin etirafı
16.Gürcü qızı Maiko
17. "Şah ölüm", təkrar nəşr "VƏTƏN" nəşriyyatı, 2010


Tarix: 20.01.2013 / 15:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 358 Bölmə: Şairlər və Yazıçılar
loading...