Teymur Mustafa oğlu - şair.
Həyatı
Teymur Atəşli 1923-cü ildə Bakı şəhərində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin alman filologiyası şöbəsinə daxil olmuşdur (1939). İkinci Dünya müharibəsi başlananda ikinci kursda ikən səfərbərliyə alınıb cəbhəyə göndərilmişdir. Əsir düşmüş, bir müddət hərbi düşərgələrdə qalmışdır. Azad ediləndən sonra Türkiyəyə gedib Anadoluda Adapazarı şəhərində məskən salmışdır. Bura gəldiyi ilk gün "Aç qoynunu, ana Vətən" adlı şerini yazır. Adapazarı şəhər bələdiyyəsində çalışır, məhkəmələrdə tərcüməçilik, məhəlli qəzetlərində əməkdaşlıq edir. Bu dövrdə "Stalinqrad cəhənnəmində 95 gün çarpışan türk" adlı döyüş xatirələrini qələmə alır. "Arşın mal alan", "Məşədi İbad" əsərlərini tamaşaya qoyur, özü də aktyor kimi çıxış edir. Azərbaycanlıların milli mübarizə orqanı olan "Azərbaycan" dərgisində şeirlərlə çıxış edir. "Axşam xəbərlər qəzetəsi" redaksiyasında müdir vəzifəsində çalışır.
1976-cı il noyabrın 7-də ürək xəstəliyindən vəfat etmişdir.
Tarix: 19.01.2013 / 15:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 176 Bölmə: Şairlər və Yazıçılar