Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pardaqlama

Pardaqlama metalların və süni materialların mexaniki emal olunmasında tətbiq olunan texnoloji əməliyyat növüdür. Bu əməliyyatı yerinə yetirmək üçün pardaqlama materiallarından istifadə olunur. Buraya dairə formasında olan pardaq dairələrini, pastaları və qranulat şəklində olan abraziv materialları misal çəkmək olar. Proses zamanı alətdə olan hər bir kiçik dənəcik materialla kontakta girərək kiçicik yonqarlar çıxarırlar. Pardaqlama pardaq dəzgahlarında yerinə yetilrir.

Pardaqlanan səthlər başqalarına görə daha dəqiq olur. Bu üsulla bərk materialları belə asanlıqla emal etmək olur. Səthlərin təmizliyi və dalğavarililiyi Rz= 1-3μm həddində yerləşir. Müasir incə pardaqlama üsulları ilə cilamaya bərabər ən təmiz səthlərin alınması mümkün olmuşdur. Pardaqlamanın cilalamadan həm də üstün cəhəti ondan ibarətdir ki, burada daha çox material qatı çıxarmaq mümkündür.

Tətbiq sahələri:
Əşyalara forma vermək (bəzək məmulları),
Alətlərin itilənməsi,(kəski, bıçaq, xəncər, balta, kərənti, frez və s.)
Material hissələrin bir-birindən ayrılması,
Tablandırlmış səthlərin dəqiq emalı (kipləşdirici səthlər, yastıqaltı səthlər, ölçü alətləri və s.),
Profillərin hazırlanması,
Mikroskopik tədqiqatlar üçün şliflərin hazırlanması.

Pardaqlama dəzgahları

Sənayedə tətbiq olunan aşağıdakı pardaqlama dəzgahları mövcuddur:
Eninə verişlə işləyən pardaqlama dəzgahı ,
Lentli pardaqlama dəzgahı,
Müstəvi pardaqlama dəzgahı,
Dairəvi pardaqlama dəzgahı,
Yiv pardaqlama dəzgahı,
Dişli çarx pardaqlama dəzgahı,
Profil pardaqlama dəzgahı,
Kəsici pardaqlama dəzgahı,
Koordinat pardaqlama dəzgahı,
Alət itiləmə dəzgahı.


Pardaq dəzgahlarının əksəriyyəti avtomatlaşdırılmış tsikl əsasında işləyirlər. Burada emal olunan səthin keyfiyyətinə nəzarət sistemləri geniş yayılmışdır.

Pardaq dairələri və onların düzləndirilməsi

Pardaq dairəsi kiçik dənəciklərin bir-biri ilə birləşdirilməsi nəticəsində əldə olunan kütlədən fırlanma səthi formasında hazırlanmış alətdir. Bu alətlə böyük dövrlər sayında (300 m/s-ə yə qədər!) metal, ağac, şüşə və başqa materiallar yonqarçıxramaqla emal olunurlar. Pardaq dairələri təbii və ya sintetik birləşdirici materialların (gil, şpat) və pardaq dənəciklərinin (korund, kvars, almaz, bornitrid və s.) qarışığından hazırlanır.

Yeyilmiş pardaq dairələri düzləndirmə ilə işçi vəziyyətə gətirilirlər. Düzləndirmə dedikdə pardaq dairəsini formaya salma və itiləmə nəzərdə tutulur. Pardaq-pəstah materiallarından asılı olaraq müxtəlif düzləndirmə növləri və parametrləri mövcuddur. Prosesin əvvəlində pardaq dairəsi yonulur, ona düzgün həndəsi forma verilir. Sonra dairədə olan dənəciklərin arası xüsusi daşlarla təmizlənir. Düzləndrmə kimi almaz ucluqlardan və ya bornitrid dairələrdən istifadə edilir.


Tarix: 21.03.2013 / 19:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 381 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...