Reklam — insanların hər hansı bir məhsulu almağına, xidmətdən istifadə etməyinə və ya hər hansı bir siyasi namizədi və ya onun ideyasını dəstəkləməsinə təsir etməkdə istifadə olunan məlumatlandırma vasitəsi.
Reklam qəzet, websaytlar, radio, bilbord və s. kimi vasitələrlə ötürülə bilər. Bir qayda olaraq reklam məhsulun və ya xidmətin adı və bu məhsul və ya xidmətin alıcıya necə faydalı olacağı barədə məlumatları özündə saxlayır. Reklam bir çox hallarda potensial alıcıları hər hansı bir markanın məhsul və ya xidmətlərindən istifadə etməyə inandırmağa cəhd göstərir. Müasir reklam kütləvi istehalın artdığı 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində inkişaf etmişdir.
"Coca-cola" şirkətinin reklamı (1890)
Ticarət məqsədli reklamverənlər öz məhsul və ya xidmətlərinin istehlakını məhsulun təsvirini və ya adını özündə ehtiva etməklə istehlakçının yaddaşında məhsulun müvafiq xüsusiyyətləri ilə brend arasında əlaqə yaratmağa yönəldilmiş brendləşdirmə yolu ilə artırmağa çalışırlar. Reklam məlumatları ənənəvi qəzet, jurnal, radio, televiziya, bilbord kimi vasitələr də daxil olmaqla bir çox müxtəlif informasiya vasitələri ilə çatdırıla bilər. Reklam şirkət və ya təşilat adından reklam agentliyi tərəfindən də yerləşdirilə bilər.
Reklama vəsait xərcləyən müxtəlif təşkilatlar yalnız istehlakçılar üçün nəzərdə tutulan mal və ya xidmətləri deyil həm də siyasi partiyaları, dini təşkilatları və dövlət agentliklərini də təbliğ edə bilərlər.
Reklam xərcləri son illərdə artmaqdadır. 2007-ci ildə reklam xərcləri ABŞ-da 150 milyon dünya miqyasında isə 385 milyon USD olaraq hesablanmışdır və sonuncunun 2010-cu ildə 450 milyonu aşacağı gözlənilir. Hazırda bir çox insanlar daha ucuz, lakin eyni zamanda daha effektli reklam metodları axtarmaqdadır. Nisbətən daha ucuz olan reklam növlərinə direkt marketinq və təşviqedici reklam məhsullarını aid etmək olar. Direkt marketing hansısa tədbirlərdə və ya sadəcə kampaniyanın tərkib hissəsi olaraq təşviqedici reklam məhsullarının da verilə bilindiyi insanlara üzbəüz, birbaşa təsiri nəzərdə tutan bir vasitədir. Təşviqedici reklam məhsulları bir qayda olaraq kütləvi şəkildə satın alındığından daha ucuz bir üsuldur. Direkt marketinqlə birlikdə təşviqedici reklam məhsulları kiçik vəsaitlə olduqca effektli bir marketinq kampaniyası təmin edir.Mündəricat
1 Tarix
2 İctimai fəaliyyət reklamı
3 Reklamın növləri
4 Televiziya
5 İnfomercials(Reklam çarxları)
6 Radio reklamı
7 Çap reklamı
8 Onlayn reklam
9 Bilbord reklamı
10 Mobil bilbord reklamı
11 Mağazadaxili reklam
12 Gizli reklam
13 Məşhur insanların iştirakı ilə reklam
14 Media və reklam yanaşmaları
15 Reklama qarşı tənqidlər
Tarix
Qədim Misirdə papiruslardan satışla bağlı məlumatlar və divar afişaları hazırlamaq üçün istifadə edirdilər. Kommersiya və siyasi təşviqat xarakterli məlumatlara qədim Pompey şəhərinin dağıntıları arasında rast gəlinmişdir. Günümüzədək Asiya, Afrika və Cənubi Amerikanın bir çox hissələrində rast gəlinən divar və qaya üzərindəki ticari reklam xarakterli rəsmlər qədim reklam formalarının başqa bir ifadə formasıdır. Divar rəngləmə ənənəsinin tarixi isə eradan 4000 il əvvəl Hindistanda daş rəngləmə sənətinə dayandığı güman edilir. Tarixi mənbələrə əsasən bilbordlar ən qədim reklam formalarından olmuşdur. Orta əsrlərdə şəhərlərin böyüməyə başlaması ilə əhalinin böyük bir hissəsi oxuma bilmədiyindən insanlar öz ticarətləriylə əlaqəli bugün çəkməçi,dəyirmançı,dərzi və dəmirçini təmsil edə biləcək ayaqqabı,kostyum,papaq,saat ,brilliant,nal,şam və hətta un torbası kimi simvollardan istifadə edirdilər. Meyvə və tərəvəz adətən şəhər meydanlarında arabaların arxasında və ya furqonlarda satılırdı və satıcılar alıcıların rahatlığı üçün onların harda olduqlarını elan edən küçə carçılarından istifadə edirdilər.
Təhsilin aşkar bir ehtiyaca çevrilməsi oxuma və çapın da inkişafı ilə reklam yazılı formada genişlənməyə başladı. 17-ci əsrdə İngiltərədə həftəlik qəzetlərdə artıq reklama rast gəlinirdi. İlk çap reklamı nümunələri əsasən çap maşınındakı irəliləyişlərlə əlaqəli inkişafına zəmin yaranan kitab və qəzetlərə və xəstəlik Avropanı talan etdikdən sonra axtarılan dərmanlara həsr olunmuşdu. Bununla bele reklam məzmununun tənzimlənməsi ehtiyacını yaradan saxta reklamlar problemə çevrilmişdi.
19-cu əsrdə iqtisadiyyatın inkişafı ilə yanaşı reklam da inkişaf edirdi. ABŞ-da bu məzmunda reklamın uğuru nəticədə poçtla sifariş reklamının inkişafına gətirib çıxardı.
1836-cı ilin iyununda Fransanın La Presse qəzeti öz səhifələrində pullu reklama yer ayıran ilk qəzet olaraq xərclərini aşağı salaraq oxucu sayını və mənfəətliyini yuxarı qaldırdı. 1840-cı illərdə Volney Palmer Bostondakı reklam agentliklərinin ilk sələfinin əsasını qoydu. Təxminən həmin vaxtlarda Fransada Charles-Louis Havas öz xəbər agentliyinin xidmət sayını artırdı:Havas reklam maklerliyi də daxil olmaqla Fransada təşkil edilən ilk grup oldu.İlk vaxtlar agentliklər qəzetlərdəki boş reklam yerləri üzrə fəaliyyət göstərən brokerlər idi. N. W. Ayer & Son reklam üzrə bütün məsuliyyəti öz üzərinə götürərək tam xidmət göstərən ilk agentlik oldu. 1869-cu ildə açılmışdı və Filadelfiyada yerləşirdi.
Yeni əsrin əvvəllərində iş sahəsində qadınlar üçün olduqca az seçim var idi və reklam bunlardan biri idi.Qadınlar ev təsərrüfatında alışverişlərin böyük bir hissəsi üçün məsuliyyət daşıdığından reklamçılar və agentliklər tərəfindən yaradıcılıq prosesində qadınların fikirlərinə dəyər verməyə başlanıldı.Faktiki olaraq ABŞ-də seksual elementlərdən istifadə olunan ilk reklam bir qadın tərəfindən bir sabun məhsulu üçün hazırlanmışdı.Bugünkü standardlardan baxıldığında adi görünən bu reklam "Toxunmağı sevdiyin dəri"ismarıcının müşayəti ilə bir çütlüyü ekranda təsvir edirdi.
20-ci illərin əvvəllərində radio avadanlıqları istehsalçıları və daha çox radio satmaq üçün istehlakçılara programlar təklif edən pərakəndə satıcılar tərəfindən ilk radio stansiyalar quruldu.Vaxt keçdikcə bir çox qeyri-kommersiya təşkilatları öz radio stansiyalarını açdılar.Sponsorlaşdırma təcrübəsi populyarlaşdırıldıqdan sonra hər bir radio proqramı proqramın əvvəlində və sonunda adı çəkilməklə müxtəlif şirkətlər tərəfindən sponsorlaşdırılmağa başlanıldı.Bununla belə,radio stansiyası sahibləri tezliklə hər proqram üçün bir sponsor yerinə radio verilişlərində sponsorluq hüquqlarının çoxsaylı şirkətlərə kiçik vaxt ayırmaqla satılmasılə daha çox pul qazanmağın mümkün olduğunu başa düşdülər.
40-ci illərin sonu 50-ci illərin əvvəllərində bu təcrübə televiziyalarda da tətbiq olunmağa başladı.Radioları kommersiyalaşdırmağa çalışanlar və onların yalnız qeyri-kommersiya və ictimaiyyətin maraqları üçün fəaliyyət göstərməsi fikrini müdafiə edənlər arasında sərt mübarizə gedirdi.Birləşmiş Krallıq BBC üçün dövlət maliyyələşdirmə modelindən istifadə etdi.Analoji olaraq Kanadada Graham Spry kimi vəkillər hökümətə Kanada Yayım Korporasiyası yaratmaqla dövlət maliyyələşdirmə modelini qəbul etdirməyi bacardı.Bununla belə, ABŞ-də Kommunikasiya aktının 1934-cü ildə qəbul olunması ilə kapitalist modeli üstünlük əldə etdi.Sosialistləri sakitləşdirmək məqsədilə ABŞ konqresi kommersiya məqsədli fəaliyyət göstərən yayımçılara qarşı "cəmiyyətin maraq,rahatlıq və ehtiyaclarına uyğun davranma" tələbini irəli sürdü.Hal-hazırda ABŞ-də İctimai Yayımlanma Xidməti və Milli İctimai radionun da yaranmasına gətirib çıxaran 1967 –ci il İctimai Yayımlanma Aktına əsasən ictimai yayımlanma anlayışı hələ də mövcuddur.
50-ci illərin əvvəllərində DuMont Televiziya Şəbəkəsi müasir bir ənənə olan reklam vaxtını bir neçə sponsora satmaq üsulunu başlatdı.Daha əvvəllər DuMont proqramlar üçün sponsor tapmaqda çətinlik çəkirdi lakin kiçik vaxt kəsiklərini müxtəlif sponsorlara ayırmaqla o öz vəziyyətini yaxşılaşdırdı.Nəticə olaraq bu ABŞ-da kommersiya məqsədli televiziya sənayesində ümumi təcrübəyə çevrildi.Bununla belə The United States Steel Hour kimi tək sponsoru olan proqramlar da hələ də qalmaqdadır.Bəzi hallarda sponsorlar proqram üzərində böyük nəzarətə sahib olurlar və bu hətta onun məzmununun hazırlanmasına qədər gələ bilir.
60-cı illərdə yaradıcılığa daha çox imkan verməklə istehlakçıya daha cazib gələ biləcək gözlənilməz ismarıcların istifadə olunduğu müasir reklam yanaşması ortaya çıxdı. Volkswagenin reklam kampaniyasında istifadə olunan "Kiçik Düşünün" və "Limon"(maşının görünüşünü təsvir etmək üçün istifadə olunmuşdu) kimi başlıqlar oxucu və ya izləyən şəxsin yaddaşında hər hansı bir xüsusi ideyanı brendlə əlaqələndirmək üçün nəzərdə tutulan "nəzər nöqtəsi" və "unikal satış mühakiməsi"-ni irəli çəkməklə yeni reklam erası tarixinə daxil oldu.ABŞ reklam tarixində bu dövr Yaradıcı İnqilab adlanır və digərləri arasında inqilabi sayılan Volkswagen reklam kampaniyasının yaradılmasına kömək edən William Bernbach bu dövrün nümunələrindən idi.Ən yaradıcı və qalıcı amerika reklamlarının bir çoxu məhz bu dövrə aiddir. 80-ci illərin sonu 90-cı illərin əvvəlləri kabel televiziyası və xüsusilə MTV- nin yaranması ilə yadda qaldı.Musiqi videosu konsepsiyasını rəhbər tutaraq MTV yeni növ reklam anlayışı gətirdi:istehlakçı məhz reklam məlumatı almaq üçün kanala köklənirdi və bu halda reklam əlavə ikinci dərəcəli bir məhsul olmaqdan çıxırdı.Kabel və peyk televiziyalarının geniş yayılması ilə bütünlükdə reklama həsr olunmuş QVC, Home Shopping Network, və Shop TV Canada kimi kanallar da daxil olmaqla ixtisaslaşdırılmış kanallar ortaya çıxdı. 90-cı illərdə internet marketinqi reklamçılar üçün yeni imkanlar açdı və "dot.com" ifadəsinin birdən-birə məşhurlaşmasına gətirib çıxardı.Bu dövrdə yalnız reklam gəliri hesabına fəaliyyət göstərən şirkətlər ortaya çıxdı.21-ci əsrə keçərkən axtarış sistemi Google da daxil olmaqla bir çox websaytlar onlayn reklamda dəyişiklik edərək istifadəçilərə kömək etmə məqsədli daha düzgün mətnli və daha ciddi reklamlara üstünlük verməyə başladılar.Bu oxşar cəhdlərin çoxalmasına və interaktiv reklam ənənəsinin genişlənməsinə gətirib çıxardı. Reklamın Ümumi Daxili Məhsuldakı payı mediada müəyyən əhəmiyyətli dəyişikliklər etmişdir.Məsələn,ABŞ-da 1925-ci ildə əsas reklam vasitələri qəzet,jurnal və küçə afişalarıydı.Ümumi Daxili Məhsulda reklamın payı 2,9% olmuşdur. 1998-ci ildə radio və televiziya əsas reklam vasitələri oldu.Buna baxmayaraq Ü.D.M-da reklamın payı biraz azalaraq 2,4% olmuşdur.
Reklam sahəsindəki son yeniliyə ictimai yerlərdə görüşlərin təşkilini, marka məlumatları ilə örtülmüş müxtəlif məhsulların paylanmasını və alıcının reklam məlumatına münasibət bildirməklə onun bir hissəsi ola biləcəyi interaktiv reklam özündə birləşdirən "gerilla marketinq"i aid etmək olar.Gerilla reklam şirkətlər arasında populyarlaşmağa davam etməktədir. Bu tərz reklam alıcının məhsulu almasına səbəb olmaqla gözlənilməz və yenilikçidir.Bu interaktiv reklam ənənəsinin genişlənməsini,internet vasitəsilə müxtəlif məhsullara istehlakçıların fikir bildirmə imkanını əldə etməsini və MySpace kimi sosial şəbəkələrdən istifadə etməklə edilən yenilikləri özündə əks etdirir.
İctimai fəaliyyət reklamı
Ticari məhsul və xidmətləri irəli çəkməkdə istifadə olunan üsullar ictimaiyyəti QİÇS,siyasi ideologiya,enerjiyə qənaət,meşələrin yox olması kimi qeyri-ticari mövzularda məlumatlandırmaqda, öyrətməkdə, motivə etməkdə istifadə oluna bilər.
Qeyri-ticari formasında reklam böyük kütlələrə çatmaq, onları öyrətmə və motivə etmək adına güclü bir vasitədir."Reklam ictimaiyyətin maraqları üçün istifadə olunduqda öz həqiqi mənasini tapir,bu onun sadece ticari məqsədlər üçün istifadə olunmasından daha güclü bir vasitədir"David Ogilvy.
İctimai fəaliyyət reklamı,qeyri-ticari reklam,ictimai maraqlara yönədilmiş reklam və sosial marketinq reklamdan daha həssas bir şəkildə istifadə olunmasına və marketinq kommunikasiya vasitələrinin istifadəsinə görə bir-birindən fərqlənən anlayışlardır.
ABŞ-da radio və televiziyalara FCC (Federal Rabitə Komissiyası) tərəfindən lisenziya verilməsi onların müəyyən miqdarda ictimai fəaliyyət reklamı yayımlamasından asılıdır.Bu tələbi qarşılamaq üçün ABŞ-da bir çox radiostansiyalara günün daha çox hissəsini və daha çox izləyici olan vaxtları yüksək məbləğ ödəyən reklam verənlər üçün saxlamaqla ictimai fəaliyyətlə bağlı elanların böyük bir hissəsini tamaşaçıların və ya dinləyicilərin daha az olduğu gecə və ya səhər saatlarında yayımlayırlar. İctimai fəaliyyət reklamı bəzi ölkələrin rəhbərliyi altında I və II Dünya Müharibələri vaxtında özünün ən yüksək nöqtəsinə çatmışdı.
Reklamın növləri
Faktiki olaraq reklam üçün hər bir vasitə istifadə oluna bilər.Kommersiya məqsədli reklam vasitələrinə divar rəsmləri,bilbordlar, küçələrdə yerləşdirilən müxtəlif predmetlər(skamya,avtobus dayanacaqları, kücə işıqları və.s),radio,kino, televiziya, web bannerlər ,mobil telefon ekranları,alışveriş kartları, web pop-up, kiçik təyyarələrin istifadə olunduğu səma yazıları, avtobus dayanacaqlarındakı oturacaqlar,insan bilbordları(reklam xarakterli lövhə və ya geyimlərin geyinilməsi ilə),jurnallar, qəzetlər, şəhər carçıları,təyyarələrin üzərinə və ya yanlarına banner yapışdırma(logojetlər), uçuş zamanı oturacaqların arxasındakı yemək stolu, taksi qapıları, ,musiqili səhnə tamaşaları,metro platformaları və qatarlar, ,vanna otağı kabinalarının qapıları,supermarketlərdə almaların üzərindəki etiketlər,afişalar,supermarket çekləri və ya müxtəlif bilətlərin arxası aid edilə bilər.Müəyyən bir yerdə təyin olunmuş sponsorun müəyyən məbləğ ödəməklə hansi bir vasitə ilə məlumat çatdırması reklamdır.
Televiziya
Populyar televiziya proqramlarının efir vaxtında göstərilən reklamlar üçün ödənilən yüksək məbləğlərdən də göründüyü kimi televiziya reklamları kütləvi istehlak malları bazarı üçün ən effektiv reklam formatıdır.ABŞ-da illik Super Bowl Football oyunu televiziyada ən görkəmli reklam hadisəsi hesab olunur. Bu proqram müddətində sadəcə 30 saniyəlik reklam vaxtının orta qiyməti 3 milyon USD-yə qədər çatmışdır(2009-cu il üzrə). Bir çox reklamlar istehlakçıya tez bir vaxtda məhsulu xatırlada biləcək mahnılarla və ya sloganla musiqinin birləşməsindən ibarət olan "jingle"la xarakterizə olunur.
İnfomercials(Reklam çarxları)
Reklam çarxı əsasən 5 dəqiqə və daha uzun müddətli uzun televiziya reklamı formatıdır. "İnformercial" "information" və "commercial"sözlərinin birləşməsindən yaranan bir termindir.Reklam çarxlarının əsas məqsədi istehlakçılarda ani alma istəyi,alış impulsu yaratmaqdır: beləliklə alıcı təqdimatı görür və dərhal göstərilən ödənişsiz telefon nömrələri və ya websayt vasitəsilə məhsulu alır.İnfomercial adətən məhsulları və ya onların xüsusiyyətlərini təsvir edir, göstərir və ya nümayiş etdirir və ümumi olaraq istehlakçı və ya mütəxəssislərdən şəhadət gətirir.
Radio reklamı
Radio reklamı radio vasitəsilə edilən reklam növüdür. Reklamların yayımlanması qarşılığında efir vaxtı stansiyadan və ya şəbəkədən alınır. Radio reklamının açıq aşkar görünən yalnız səslə məhdudlaşma çatışmazlığına baxmayaraq radio reklamının tərəfdarları bunu tez tez bir üstünlük olaraq dəyərləndirirlər.
Çap reklamı
Çap reklamı reklamın qəzet,jurnal,kataloq kimi yazılı vasitələrlə ifadə şəklidir. Bu növ reklam geniş oxucu bazasına malik olmaqla başlıca ümummilli qəzet ve jurnallardan daha kiçik sayda oxucusu olan müxtlif yerli qəzetlər və ya ixtisaslaşmış kataloqlara qədər geniş sahəni əhatə edir. Rubrika reklamı çap reklamının bir növü olmaqla məhsul və ya xidmətləri daha aşağı qiymətlə reklam etmək üçün ayrı-ayrı şəxs və ya şirkətlərə daha kiçik və ya daha az hədəf kütləsi olan kiçik reklam yerləri almaqla reklam etmə imkanı yaradır.
Onlayn reklam
Onlayn reklam İnternet və World Wide Web istifadə etməklə istehlakçıları cəlb etmək üçün marketinq ismarıcını çatdıran reklam növüdür. Onlayn reklama axtarış sistemi nəticə səhifələrindəki kontekst reklamları,banner reklamları, sosial şəbəkə reklamlarını,onlayn rubrika reklamlarını, reklam şəbəkələrini və spam mailler də daxil olmaqla e-poçt vasitəsilə marketinqi misal göstərmək olar.
Bilbord reklamı
Bilbordlar ictimai yerlərdə reklam məlumatını keçən piyada və avtomobillə hərəkət edən insanlara nümayiş etdirən iri strukturlardır.Bir çox hallarda onlar çoxlu sayda piyada və avtomobillərin keçdiyi əsas yolların yaxınlığında yerləşdirilir. Bununla belə, onlar izləyənlərin çox ola biləcəyi ictimai nəqliyyat vasitələrinin üzəri ticarət mərkəzi,ofis binaları və stadion kimi hər hansı bir yerdə də yerləşdirilə bilər.
Mobil bilbord reklamı
Mobil bilbordlar yük maşını və ya rəqəmli ekran ola bilər. Bu əvvəlcədən müştəri tərəfindən təyin olunmuş marşrut üzrə hərəkət edən və yalnız reklam daşımaq üçün nəzərdə tutulan bir nəqliyyat vasitəsi və ya xüsusi olaraq təchiz edilmiş yük maşınlarıdır.Bilbordlar əksər hallarda işıqlıdır və müxtəlif növ isıqlandırıcı vasitələrdən istifadə edilir.Bəzi bilbord ekranları statik olduğu halda bəziləri periodik və ya davamlı olaraq bir neçə reklamı dəyişdirərək verən ekranlara sahibdir.
Mobil bilbordlar bütün dünyada metropolitenlərdə müxtəlif məqsədlərdə istifadə olunur.Buraya daxildir:
Bir günlük və uzunmüddətli kampaniyalar;
Qurultay,görüş xarakterli tədbirlər;
İdman hadisələri;
Mağaza açılışları və bənzər tədbirlər;
Daha kiçik şirkətlərin böyük reklam kampaniyaları;
Digərləri;
Mağazadaxili reklam
Mağazadaxili reklam hər hansı pərakəndə satış mağazası daxilindəki reklamdır. Buraya kassanın yanı və ya keçidlərin sonu kimi yerlərdə məhsulların yerləşdirilməsi ,müəyyən bir məhsulun diqqət çəkici nümayişi, alış-veriş kartındakı reklamlar və mağaza daxili video nümayişləri aiddir.
Gizli reklam
Gizli reklam gerilla marketinqin bir növü hesab olunmaqla məhsul və ya brendin mediada və ya əylənəcə xarakterli hər hansı bir yerdə yerləşdirilməsidir.Məsələn, Minority Report filmində Tom Cruise-un canlandırdığı filmin baş xarakteri Jon Andertonun açıq aydın görünən Nokia logolu telefon istifadə etməsi və üzərində Bulgari yazılı saat taxmasinda olduğu kimi hər hansı bir filmdə baş rol oyunçusu hər hansı bir əşyanı və ya brendi istifadə edə bilər.Filmlərdəki reklamın başqa bir nümunəsi I,Robot filmində Will Smith-in oynadığı baş qəhrəmanın Converse ayaqqabısını bir neçə dəfə xatırladaraq onları klassika olaraq adlandırmasıdır.I,Robot və Spaceballs filmləri həmçinin ön hissələrində logoları açıq seçilən Audi və Mercedes-Benz avtomobilləri üçün vitrin olmuşdur.Cadillac firması reklam üçün Cadillac markalı avtomobillərin bir çox səhnələrdə istifadə olunduğu Matrix Reloaded filmini seçmişdir.Analoji olaraq Omega Watches, Ford, VAIO, BMW və Aston Martin kimi avtomobillər sonuncu James Bond filmlərində daha qabarıq şəkildə isə Casino Royale filmində göstərilmişdir.Blade Runner filmi reklamın ən bariz nümunələrindən biri olmuşdur. Belə ki, bütün film koka-kola reklam lövhəsini göstərmək üçün dondurulmuşdur.
Məşhur insanların iştirakı ilə reklam
Bu növ reklam malları tanıtmaq və ya müxtəlif mağaza və onların mallarını tanıtmaq üçün məşhur insanların gücündən.şöhrətindən və populyarlığından istifadə edilməsini nəzərdə tutur. Reklam verənlər əksərən öz mallarını məşhur bir insanın öz sevimli mallarınının adını insanlarla bölüşməsi və ya hər hansı bir brend və ya dizaynerə aid geyimlərdən istifadə etməsi yolu ilə tanıdırlar. Məşhurlar daha çox televiziya və ya hər hansı ümumi və spesifik bir məhsulun reklam edildiyi yazılı reklam kampaniyalarına cəlb olunurlar. Bununla belə, reklamda məşhurlardan istifadə etməyin öz mənfi tərəfləri də var. Məşhur bir insanın hər hansı bir səhvi brendin ictimaiyyətlə əlaqələrinə mənfi təsir göstərə bilər. Məsələn,2008 Çin Olimpiya oyunlarında 8 qızıl medal qazanmasının ardından üzgüçü Michael Phelp-in Kellog şirkəti ilə olan müqaviləsi şirkətin üzgüçünün marixuana çəkərkən şəklinin çəkilməsiylə əlaqədar olaraq onunla əlaqələrinin davam etməsini istəməməsi səbəbindən bitmişdir.
Media və reklam yanaşmaları
İstehlakçıların xəbər almaq və musiqi üçün İnternetdən istifadəsində baş verən dəyişiklər nəticəsində digər media kanallarının televiziya,radio,qəzet kimi ənənəvi vasitələr üzərində üstünlük əldə etməsi meyli getdikcə genişlənməktədir.
World Wide Web reklamda son yeniliklərdən sayıla bilər. Web əsaslı reklamların qiyməti məzmunun "uyğunluğundan" və saytı ziyarət edənlərin sayından asılı olaraq dəyişir.
Rəqəmli afişalar daha az vəsaitlə daha çox auditoriyaya çatmaq özəlliyi səbəbindən başlıca kütləvi media vasitəsi olmaq məqsədilə yaradılmışdır. Texnoloji irəliləyişlər ekrandakı reklam məlumatını dəqiqliklə idarə etmə imkanı yaradır ki, bununla da reklamı istənilən zaman və məkanda hədəf auditoriyaya münasib hala gətirilməklə reklamdan daha çox səmərə əldə etmək şansı yaradır. Rəqəmli afişalar supermarketlərdə uğurla istifadə olunmaqdadır.Rəqəmli afişaların uğurla istifadə olunduğu digər yerlərə restoran və ticarət obyektlərini misal göstərmək olar.
Elektron poçt reklamı isə digər yeniliklərdəndir. İstənməyən kütləvi e-poçt vasitəsilə reklam "spam"adıyla tanınmaqdadır. Spam e-poçt istifadəçiləri üçün illərdir problem olmaqdadır.Lakin hal-hazırda alınan e-poçtlara nisbətən daha asan bir şəkildə nəzarət etməyə imkan yaradan vasitələr vardır.
Bəzi şirkətlər daşıyıcı roketlərin və Beynəlxalq Kosmik Stansiyaların üzərində ismarıc və logoların yerləşdirilməyini təklif etmişdir. Təhtəlşüur reklamın effektivliyi və kütləvi ismarıcların yayılması ilə bağlı isə fikir ayrılıqları mövcuddur.
Ödənişsiz reklamlaşdırma minimal xərclərlə yaxşı tanınma təmin edə bilər. Şəxsi tövsiyələr ,söhbətlərin insanlar arasında yayılması, brendin ümumi isimlərlə eyni adlandırılması(ABŞ-da "Xerox"="fotosurətçıxarma aparatı""Kleenex="toxuma","Vaseline=vazelin,"Hoover="vakumlu təmizləyici","Nintendo"="video oyunları")hər hansı bir reklam kampaniyasının ən uğurlu elementləri sayıla bilər.Bununla belə,bəzi firmalar brend adlarının hansısa əşyalarla eyniləşməsinə qarşıdırlar. Brend adının ümumi isimlərlə eyniləşdirilməsi onun əmtəə nişanı kimi hüquqi müdafiəsinin itməsi mənasına gələn ümumi terminə çevrilməsi riskini daşıyır.
1998-ci ildə mobil telefonların kütləvi media kanalına çevrildiyi zaman Finlandiyada ilk ödənişli yüklənə bilən məzmunun telefonlarda görünməsindən az sonra mobil telefon reklamı yarandı və həmçinin bu ilk dəfə 2000-ci ildə Finlandiyada baş verdi. 2007-ci ildə mobil telefon reklamının dəyəri 2,2 milyon USD-yə çatdı və AdMob kimi təchizatçılar günümüzədək milyonlarla reklam ismarıcı çatdırmışdır. Daha qabaqcıl mobil reklamlara banner reklamlarını,kuponları, MMS vasitəsilə şəkilli və ya video ismarıcları və müxtəlif təmayüllü marketinq kampaniyalarını misal göstərmək olar. Müasir telefonların kameraya sahib olma özəlliyindən istifadə etməklə web məzmunların tez bir şəkildə əldə edilməsi imkanı yaradan 2DBarcode xüsusiyyəti mobil reklam sahəsində inkişaf edən bir sahədir.Yaponiyada mobil telefon istifadıçilərinin 83 faizi artiq 2DBarcode-un aktiv istifadəçiləridir.
Reklamın surətlə inkişaf edən digər bir növü də sosial şəbəkə reklamıdır. Bu sosial şəbəkə saytların üzərində mərkəzləşən onlayn reklam növüdür. Bu nisbətən inkişaf etməmiş bir bazar olmağına baxmayaraq reklamverənlərin istifadəçilərin sosial şəbəkə saytlarında yerləşdirdiyi demoqrafik məlumatlardan istifadə edə bilmə üstünlüyünə görə gələcək vəd edən bir sahədir.
Reklama qarşı tənqidlər
Reklam iqtisadi böyümə üçün lazımı olduğu halda sosial nəticələrsiz də ötüşmür. İstənməyən reklam xarakterli e- poçtları və spam bu xidmətin istifadəçilərini narahat edəcək və eləcədə internet xidməti təchizatçılarına maddi yük olacaq dərəcədə geniş yayılmışdır. Reklam davamlı olaraq məktəblər ictimai əraziləri tutur ki, bir çox tənqidçilər bunun uşaq istismarının bir növü olduğunu iddia edirlər. Bundan əlavə reklam hədəf istehlakçılara tez-tez bəzən onlara zərərli ola biləcək psixoloji təzyiqdən istifadə edir.
Tarix: 21.03.2013 / 18:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 966 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari