Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Burğaç

Burğaç alət çilingər aləti olub, yivli bərkidici hissələrin bağlanması və açılması üçün yerinə yetirilən burma hərəkətini icra etmək üçün tətbiq edilir.

İlk dəfə burğaçın tətbiqinə 17-ci əsrdə rast gəlinir. Metal burğaçların 19-cu əsrdə metaləksən dəzgahların ixtirası ilə əlaqədar olaraq əhəmiyyəti artmağa başlamışdır. Ona görə ki, metalların emalı ona qədər çətin olduğundan vintlərin istehsalı da məhdud idi. Vintlər əllə bülövlənirdilər.

Burğaç dəstəkdən və tildən ibarətdir. Dəstək adətən ağac və ya rezindən, til olan hissə isə metaldan hazırlanır. Dəstəyin diametri 10-40 mm civarında yerləşir. Bu ölçü yivli hissəyə tətbiq olunan fırladıcı momentin qiymətindən asılı olaraq seçilir. Kiçik hissələrin bərkidilməsində dəstəyi kiçik olan burğaçlardan istifadə edilir ki, tətbiq olunan qüvvə hissəni zədələməsin. İş zamanı tilin yeyilməsinin qarşısını almaq üçün o çox zaman yeyilməyə davamlı materiallardan düzəldilir.

Xaçformalö tilä malik burğaç

Burğaçların tili vintlərin başlarına uyğun olaraq hazırlanırlar. Yarıqli vintlər üzün düz tilli, kəsişən yarıqli vintlər üzün xaçfırmalı tilə malik burğaçlar mövcuddurlar. Phillips firması iki müxtəlif burucu növü işləmişdir: Phillips — xaçformalı yarığa mlik burğaçlar üçündür. Hal-hazırda köhnəlsə də elektronikada geniş tətbiq olunur, çünki az yer tutur. Pozidriv — Phillips başlığının təkmilləşdirilmiş formasıdır. Yarıq çox dərin olduğundan yalnız başlığı böyük olan burğaçlarda tətbiq olunur. Altıüzlü yarıqlı- böyük fırlanma momenti əldə etməyə imkan verir. Torks (Torx) böyük fırlanma momenti tətbiq etməyə imkan verir. Maşınqayırmada geniş tətbiq olunur.


Tarix: 21.03.2013 / 19:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 113 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...