Tarixçə
1995-ci ildə təsis olunduğu andan etibarən Bank Standard öz fəaliyyətini əsasən fiziki şəxslərə xidmətlərlə ixtisaslaşmış kiçik bank kimi həyata keçirirdi. 2004-cü ildən etibarən, adının dəyişdirilməsi ilə yanaşı, Bank Standard öz inkişaf konsepsiyasına yenidən nəzər saldı və bu gün artıq seçkin kommersiya bankı kimi Azərbaycanın maliyyə bazarında özünəməxsus yer tutur; bank həm fiziki şəxslərlə iş birliyi aparır, həm də real iqtisadi sektora xidmətə və öz müştərilərinə bütün növ maliyyə xidmətlərini təqdim etməyə diqqət yetirir.
Bu gün bank səmərəli inkişaf yolunu tutmuşdur və yeni xidmət texnologiyasını öz fəaliyyətinə daxil edir. Xüsusi və korporativ müştərilərə - ödəniş xidməti, kreditlərin müxtəlif növləri, nağd vəsaitlərlə əməliyyatlar, plastik kartların xidməti, əhalinin müddətli əmanətləri və hüquqi şəxslərin depozitləri, köçürmələr, eyni zamanda beynəlxalq təcili pul köçürmələri sistemləri üzrə köçürmələr, qiymətli kağızlarla əməliyyatlar, ticarət maliyyələşdirilməsi və sənədləşdirmə əməliyyatları, kreditlərin və zəmanətlərin verilməsi, faktorinq əməliyyatları, konsultasiyalar və diqər növ xidmətlər təklif olunur.
Bankın inkişaf potensialı onun ölkənin ən böyük özəl kommersiya bankı kımı nüfuzuna, müştəri ehtiyyatına və xidmətlərinin yüksək keyfiyyətinə bağlıdır. Bankın müştəri ehtiyyatı bu gün 1300-dən artıq korporativ və sahibkar hesabları, eyni zamanda 25000-dən artıq fiziki şəxsin xüsusi hesabı ilə təmsil olunur. Bank Standard-ı seçən insanlar onlara xidmət edən bankdan yüksək etibarlılıq, təklif olunan xidmətlərdən və məhsullardan yüksək keyfiyyət və geniş seçim, xidmətdə rahatlıq tələb edirlər. Bununla yanaşı, bank real iqtisadi sektor və kiçik biznes müəssisələri ilə əməkdaşlıq münasibətlərini möhkəmləndirir.
Bankın müştəri ehtiyatının analizi göstərir ki, yeni müştərilərin böyük bir hissəsini sahibkarlıq fəalliyyəti ilə məşğul olan fiziki şəxslər və artıq Bank Standard-ın müştərisi olan iş partnyorlarının məsləhətlərinə görə xidmətdən yararlanmaq qərarına gəlmiş müəssisələr təşkil edir. Bu faktlar bankın öndə gedən nüfuzunu təsdiqləməklə bərabər, onun gələcək intensiv inkişafının və öz institutsional bazasını təkmilləşdirmək, məhsul xəttini genişləndirmək, müasir texnologiyadan yararlanmaq, filial şəbəkəsini inkişaf etdirmək və kompleks bank xidmətlərində servis səviyyəsini yüksəltmək hesabına bazarda öz rəqiblərini daim arxada qoymağın perspektivliliyini göstərir.
Bank Standard təqdim etdiyi xidmətlərin təkmilləşdirilməsi üçün zəruri olan bütün addımları atır, yüksək standartlara uyğun xidmətə, eyni zamanda hər bir müştərinin istəklərinə təcrübəli və səmərəli yanaşmaya zəmanət verir.
Tarix: 19.03.2013 / 20:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 226 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari