Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Presian yazısı

Presian yazısı — Yunanıstanın Filippi antik şəhərində tapılmış, I Presian xan tərəfindən qoydurulan abidə.

Hadisələr
İmperator Feofilə qarşı 837-ci ildə Saloniki şəhərində üsyan başlamışdı. Xana kömək üçün müraciət edən imperator eyni zamanda gizli-gizli xanlıqdan əsir yunanları qaytarmağa başlamışdı. Buna qəzəblənən kovxan, hücuma keçərək Salonikinin özünü ələ keçirmişdi. Presian yazısı bu dövrdə xan tərəfindən qoydurulmuşdur.

Mətni
Orijinal mətn:

Το]ν πολων Βου(λ)γα-
ρον [ο] εκ θεου αρχον ο Π-
ερσιανος απεστιλεν
Ι[σ]βουλον τον καυχανον δοσας αθτον φοσα-

τα κ(ε) τοω ητξιργου βοιλ-
αν κ(ε) τον κανα βοιλα κολοβρον κ(ε) ο καυχανοσ
επι τουσ Σμολεανους ο-
ν......Η [τησ] την αληθηναν γ-
υρευη, ο θ(εος) θεορι.κ(ε), η τησ ψ-
ευδετε, ο θ(εος) θεορι. Τουσ
Χριστηανους οι βουλγαρι-
σ πολα αγαθα επυισα[ν]

κ(ε) οι Χριστηανοι ελησμον-
ησαν, αλλα ο θ(εο)ς θεορι.
Tərcümə:

Bir çox bulqarların hökmdarı, Tanrı tərəfindən qoyulmuş Presian, kovxan İsbula ordular verərək, içirqu-boyul və xanboyul kolobronu Smolyanlara qarşı göndərdi...Əgər kimsə gerçəyi axtarırsa Tanrı baxır. Əgər kimsə yalan deyirsə, Tanrı baxır. Bulqarlar xristianlara çox yaxşılıqlar etdilər və xristianlar unutdu, amma Tanrı baxır..."


Tarix: 02.03.2015 / 18:59 Müəllif: Feriska Baxılıb: 124 Bölmə: Ümumi
loading...