Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ərdəbil civarında döyüş

Ərdəbil civarında döyüş, ərəblərlə xəzərlər arasında ən böyük vuruşma. 730-ci il 6-8 dekabrda Ərdəbil həndəvərində baş verib, və ərəb ordusunun tamamilə darmadağın edilməsi ilə bitib. Xəzər-ərəb müharibələrinin döyüşlərindən biri.
Hərbi əməliyatların gedişi
730\731-ci ildə xəzər və türklərin 300 minlik ordusu Barçikin komandası altında ərəblərə qarşı əks-hücüma başlayıb Dərbənd, Daryal və digər keçidlərlə Arran ərazisinə soxuldu. Əl-Cərrah öz qoşunlarını Bərdə yolu ilə Ərdəbilə çəkdi və orada hadisələrin inkişafını gözləməyə başladı. Xəzərlər ərəb qoşunlarının harada yerləşdiyini bir gürcü knyazından öyrəndilər. İki ordu Araz sahilindəki Varsanda qarşılaşdı. Ərəblər xəzərlərin üstün qüvvələrinin təzyiqi altında Ərdəbilə tərəf çəkildilər; burada Savalan dağı yaxınlığında onların arasında bir gecə-gündüz davam edən böyük vuruşma oldu. Ərəblər tamamilə məğlub edildilər, Əl-Cərrah öldürüldü. Xəzərlər uzun mühasirədən sonra Ərdəbili aldılar, şəhərin kişi əhalisini qırdılar, qadın və uşaqları isə aəsir apardılar. Sonra xəzər ordusu Azərbaycanı viran etdi, ölkənin şəhərlərini bir birinin ardınca tutub Diyarbəkir və Mosula çatdı. Gevond xəzərlərin basqını barədə belə məlumat verir:

Onlar "Hunlar torpağından, Çor keçidindən, Maskutlar torpağından keçərək Paytakaran ölkəsinə basqın etdilər; Araz çayından keçib Azərbaycana getdilər, Artaveti, Qandzak-Şahastani, Atşi-Baquan adlanan vilayəti, Sparat-Perozu və Ormizd-Perozu dağıtdıları"

Xəzərlərin belə surətli hücumu xəlifəni və onun saray əhlini çox çaşdırdı. Hişam ərəb qoşunlarının baş komandanı vəzifəsinə Səid ibn Əmr ül-Həraşini təyin etdi və o dərhal 30 minlik orduyla xəzərlərə qarşı yola çıxdı.

Xəzərlərin sonrakı hərəkətləri
Xəzərlər ölkəni yağmalamaq üçün dörd tərəfə dağılır. Xəzər qoşunları yürüşü davam edərək Diyarbəkir və Mosula qədər gedib çıxır. Xəzərlərin bu qələbəsi bizanslı, erməni və gürcü mənbələrində öz təstiqini tapır. Çox güman ki bu hadisə 732-ci ildə Bizans imperatoru Konstantinlə Xəzər xaqanının qızı Virxor Çiçək arasında nigahın bağlanmasıyla əlqaəsi var. Buna baxmayaraq xəzərlərin hətta belə uzağa getmələri müharibənin gedişini dəyişdirə bilmir.

Xəzərlərin geri çəkilməsi
731-ci ilin yanvarına ərəblər yeni ordu yığaraq Səid əl Həraşinin başçılığı altında xəzərləri aldıqları mövqelərdən sıxışdıra bilirlər. Aaltı il sonra 737-ci ildə ərəb sərkərdəsi, gələcək xəlifə, Mərvan ibn Məhəmməd Xəzər xaqanlığının içərilərinə genişmiqyaslı yürüş təşkil edir ki bunun nəticəsində Xəzərlərin Xilafət ərazisinə yürüşlərinə uzun müddətə dayandırılır.


Tarix: 12.02.2015 / 18:21 Müəllif: Feriska Baxılıb: 119 Bölmə: Ümumi
loading...