Flandriya və ya Flandr vilayəti. Şimal dənizi sahilində yerləşən və tarixi Flandriya qraflığının ərazisini əhatə edən bölgə. Müasir Fransa, Belçika və Hollandiya ərazilərini əhatə etmişdir.
Mənşəyi
Franklar tərəfindən "sel altında qalmış" mənasında Polderler bölgəsinin sonradan yaranmış adı olduğu hesab edilir.
Tarixi
Flandriya qraflığı 843-cü ildə Verden müqaviləsi ilə Orta Frank krallığına, 870-ci ildə isə Meyersen müqaviləsi ilə Qərbi Frank krallığına verilmişdir. Formal olaraq Qərbi Frank kralı Daz Karldan (II Karl) asılı olan Flandriya qraflığının ilk qrafı Qraf Baodin olmuşdur.
1056-cı ildə V Baodinin dövründə Müqəddəs Roma imperiyası tərəfindən Ambaxten əyaləti və Aalst bölgələri feod olaraq alınır.
Tarix: 02.03.2015 / 18:51 Müəllif: Feriska Baxılıb: 140 Bölmə: Ümumi