Çingizqala - Azərbaycanın Zaqatala rayonu ərazisində qala. Xalq arasında daha çox Cingözqala adı ilə tanınıb. İlkin görünüşünü saxlayan qala dördkünc planda inşa edilib. İnşa tarixi naməlum olan qalanın gözətçi məntəqəsi olduğu güman edilir.
Yerli əhali tərəfindən Çingizqala adlanan bu abidə Zaqatala rayonun Car kəndinin bir neçə km-də yerləşmişdir. Bərk daşlardan tikilmiş bu qalanın planı daxildən və xaricdən düzbucaqlıdır. Qala 3 mərtəbədən ibarət olmuşdur. İndi mərtəbələrin arxası taxta döşəmələr ilə kəsilmişdir. Hər mərtəbədə yuxarıda olan mağazalar qalanın müdafiə xarakterinə mailk olduğunu göstərir. Kitabənin xəttinə əsaslanaraq qalanın tikilmə tarixini XIII əsrə aid etmək olar. Qala bərk daşdan tikilmiş hasarla əhatə olunmuşdur.
Kitabələrin biri belədir: "Doğurdan da bu qalanın tikilməsinə qadir Allahın rəhmətinə möhtac olan Çingiz oğlu Murtuza Əli 1175-ci ilin əvvəlində başladı".
Qala hasarlarının birinin üzərində yazılan kitabənin mətni belədir: "Bu qala hasarını Hüseyn oğlu Hacı və ev sahibi İbrahim oğlu Tuba tikmişdir. Allah onların günahlarını bağışlasın".
Çingizqalanın XIII əsrdə təmir edilməsi təsadüfi deyildir. Belə istehkamlar orta əsrlərdə feodallara bir-birinin hücumundan, kəndli üsyanından, xarici iğtişaşlardan qorunmaq üçün lazım idi. Nadirin Azərbaycana yürüşü zamanı Car və Tala əhalisinin istehkamlarının məhz Cingiz qala olduğu güman edilir.
Tarix: 12.02.2015 / 19:14 Müəllif: Feriska Baxılıb: 400 Bölmə: Ümumi