Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zaqatala qalası

Ümumi məlumat
Zaqatala qalası — 1830-cu ildə Zaqatala şəhəri ərazisində tikilmişdir. Qalada toplarla təchiz edilmiş güclü qarnizon saxlanılırdı. Zaqatala qalası Çar hakimiyyətinə qarşı bir sıra kəndli çıxışlarının yatırılmasında əsas dayaq məntəqəsi olmuşdur. Çar hakimiyyəti Potyomkin zirehli gəmisinin inqılabçı matroslarını Zaqatalaya sürgün etmiş və onlar Zaqatala qalasında yerləşdirilmişdi.

Zaqatala qalası tarixi abidə kimi dövlət tərəfindən qorunur. Zaqatala qalasında saxlanılan matrosların inqilabi fəaliyyəti barədə yazıçı Qılman İlkin "Qalada üsyan" romanını yazmış və həmin əsər əsasında "Yenilməz batalyon" bədii filmi çəkilmişdir.


Tarix: 12.02.2015 / 19:11 Müəllif: Feriska Baxılıb: 88 Bölmə: Ümumi
loading...