Yelizavetpol quberniyasının Yelizavetpol dairə məhkəməsinin tərkibində Yelizavetpol şəhəri üzrə 5, Göyçay şəhəri üzrə 2, Nuxa (Şəki) şəhəri üzrə 1, Şuşa şəhəri üzrə 4 notarius fəaliyyət göstərmişdir. Notariuslar olmayan yerlərdə bu vəzifələri barışdırıcı hakimlər, onlar olmayanda isə həmin hakimlərin köməkçiləri yerinə yetirirdi.
1870-ci ildə Yelizavetpol quberniyasında 6 cəza yeri vardı. Həcminə görə həmin binalar 365 nəfərdən ötrü nəzərdə tutulmuşdur. Buna baxmayaraq 1870-ci il ərzində burada saxlanılanların sayı 743 idi. 1870-ci ildə Yelizavetpol qəsrinə 640, Şuşa qəsrinə 640 və Nuxa qəsrinə 528 nəfər gətirilmişdir. Yelizavetpol dairə həbs evində saxlanılanların sayı 162 nəfər, Qazax həbs evində 555 nəfər, Zəngəzur həbs evində isə 207 nəfər olmuşdur. Quberniya, qəsr və həbs evlərinə 1870-ci ildə gətirilənlərin sayı 2551 nəfərə çatmışdır.
Tarix: 11.02.2015 / 18:05 Müəllif: Feriska Baxılıb: 36 Bölmə: Ümumi