Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şihabəddin Ömər Sührəvərdi - "Biliklərin töfhələri"

"Biliklərin töhfələri" Şihabəddin Sührəvərdinin ən böyük və ən məşhur əsəridir. Zakir Məmmədov qeyd edir ki, müəllifin öz sağlığında belə yüksək qiymətləndirilən bu traktat təsəvvüfə dair əsərlər içərisində mühüm yer tutur, Fuad Köprülünün "Türk ədəbiyyatında ilk mütəsəvviflər" əsərində "Biliklərin töhfələri" əsəri "mükəmməl bir əxlaqi–sufiyyə məcmusu" adlandırılır.

Dünyanın bir çox kitabxanalarında, o cümlədən Özbəkistan EA Biruni adına Şərqşünaslıq İnstitutunun Əlyazmaları Fondunda "Biliklərin töhfələri" əsərinin müxtəlif əlyazmaları saxlanılır. Onlardan biri 1658–ci, digəri 1817–ci ildə nəsx–nəstəliq xətti ilə köçürülmüşdür. Başqa bir nüsxənin köçürülmə tarixi isə naməlumdur. "Biliklərin töhfələri" traktatının məlumm olan ən qədim (1297–1298–ci illərdə Dəməşqdə köçürülmüş) nüsxəsi Sankt-Peterburqda saxlanılır.

Əbuhəfs Sührəvərdinin bu əsərini Arifi türk dilinə, İsmayıl ibn Əbdülmömün ibn İsmayıl (...–1266) fars dilinə çevirimişlər. Zakir Məmmədov əsərin orijinal ərəbcədən alman dilinə tərcüməsinin çap olunduğunu, əsərdə mötədil sufizmin bütün məsələləri müfəssəl surətdə araşdırıldığını bildirmişdir. Alim yazır ki, sufiliyin mənşəyi və mahiyyəti, sufi sözünün təfsiri, sufi adlanan bəzi təriqətlərin – məlamətilyin, qələndəriliyin və s. tənqdi, şeyxlik rütbəsinin müəyyən edilməsi, insanın özünü dərk etməsi, mükaşiflər (haqqı görmə), hallar, məqamlar, hal ilə məqam arasında fərqlərin izahı və digər məsələlər "Biliklərin töhfələri" əsərində geniş işıqlandırılmışdır. Əbuhəfs Sührəvərdi altmış üç fəsildən (bab) ibarət mündəricə təqdim etdikdən sonra yazır: "Bu fəsillər sufilərin elmlərindən bəzisini – onların hallarını, məqamlarını, davranışlarını, vəcdə gəlmələrinin qəribəliklərini, biliklərini və tovhidlərinin həqiqətlərini, işarələrinin dəqiqini, istilahlarının incəsini əhatə edir."(mənbə Zakir Məmmədov. Əbuhəfs Sührəvərdinin həyatı və əsərlərinə dair.


Tarix: 09.02.2015 / 16:34 Müəllif: Feriska Baxılıb: 42 Bölmə: Ümumi
loading...