Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şeyx Həsən (Kiçik) Sulduz

Şeyx Həsən Sulduz(?-1343)— Əmir Dəmirdaş Sulduzun oğlu, Çobanlılar sülaləsindən sərkərdə.
Həyatı
O, Şeyx Həsən Kiçik kimi də tanınır.

Fəaliyyəti
Çobanlılar hakimiyət uğrunda mübarizəyə qoşulan ən qüdrətli feodal qruplarından idi. Əmir Çoban Sulduz nəvəsi Şeyx Həsən Çobani 1338-ciildə cəlayırlara qalib gələrək Olcaytu (Məhəmməd Xudabəndə) xanın qızı Satıbəy Xatunu padşah elan edib dövləti onun adından idarə eməyə başladı. 1340-cı ildə ildə Şeyx Həsən Satıbəyi hakimiyyətdən kənarlaşdırıb Süleyman xanı (1340-1344) padşah elan etdi.

1344-cü ildə hakimiyyət Məlik Əşrəfin əlinə keçir. Əşrəfin qəddarlığından cana doyan əhali Qazı Məhiyəddin Bərdəinin başçılığı ilə üsyan etdilər. Hətta onlar Qızıl Orda xanı Cani Bəyi köməyə çağırdılar. 1357-ci ildə Cani bəy Azərbaycana gəlir və hakimiyyəti ələ keçirir. Məlik Əşrəf Sulduz isə ələ keçirilərək edam edildi. Beləliklə, həm də Hülakülər dövlətinin varlığına son qoyuldu.


Tarix: 09.02.2015 / 16:26 Müəllif: Feriska Baxılıb: 37 Bölmə: Ümumi
loading...