Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şadılı xalçaları

Şadılı xalçaları – Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu xalçalar.Mündəricat
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Mənbə
5 Xarici keçidlər


Ümumi məlumat

"Şadılı xalçaları" Kiçik Qafqaz sıra dağlarının ətəyində, indiki Goranboy rayonunun inzibati ərazi vahidində, Gəncə şəhərindən 25 km məsafədə yerləşən Şadılı kəndinin sakinləri tərəfindən toxunmuşdur. Bu kənddə yaşayan şadılı tayfası maldarlıqla məşğul olduğundan kənddə toxuculuqda yaxşı inkişaf etmişdir.Bir müddət sonra "Şadılı xalçaları"nı Gəncə şəhərində, Şəmkir şəhərində, Çaylı, Qaradağlı kəndlərində və Qazax rayonunda da toxumağa başlayırlar. Xalçaçılar bu xalçanı "Qazax xalçaları" və ya "Ağstafa xalçaları" adlandırır, xarici ədəbiyyatda və bəzi digər mənbələrdə isə "Gəncə xalçaları" və ya "Qafqaz xalçaları" adlarına rast gəlmək olar.



Bədii analiz

"Şadılı xalçaları"nda "Qab-qabı" adlanan orta haşiyənin enli zolaqları mürəkkəb quruluşu ilə fərqlənir ki, bu cür köbə naxışları Azərbaycandan başqa Yaxın Şərqdə də toxunmuşdur. Türkiyənin qərbində, Berqamda olan xalçaçılıq məntəqələrində də bu cür naxışlı xalçalar toxunur. Həmçinin Orta Asiyanın orta əsrlərə aid bir çox sənət əsərlərində də bu naxışları tapmaq mümkündür.

"Şadılı xalçaları"nın mərkəzi boş sahəsinə kiçik ölçülü kvadratlar yerləşdirlmiş və sıraya düzülmüş üç kvadrat göldən (medalyondan) ibarətdir. Bu göllərin (medalyonların) daxilindəki kiçik kvadratların daxilinə isə şimal-qərbi Azərbaycan xalçalarında "qoşaquyrum" ("qoşabuynuz") adlanan naxışlarla bəzədilmişdir. "Şadılı xalçaları"nın sahəsi nə qədər böyük olsa, bu hissələrin sahəsi və "qoşaquyrum" ("qoşabuynuz") adlanan naxışların sayı çox olur. "Qoşaquyrum" ("qoşabuynuz") adlanan naxışlara qədim keçə məmulatlarında, Türkmənistan xalçalarında isə "qoçak" adlanan və həmçinin qırğız basmalarında da bu naxışlara rast gəlmək olar.

Texniki xüsusiyyətlər

"Şadılı xalçaları"nın ölçüləri 130x130 sm-dən 150x200 sm-ə qədər ölçülər arasında dəyişir.

"Şadılı xalçaları"da bir kvadrat desimetrdə ilmələrin sıxlığı 32x32 ilmədən 38x38 ilməyə qədər yerləşir. Bir kvadrat metrdə isə 102 min ilmədən 144 min ilməyə təsadüf edilir.

"Şadılı xalçaları"nda xovun hündürlüyü 6-8 mm-dir.


Tarix: 24.03.2013 / 16:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 325 Bölmə: Toxuculuq
loading...