beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəhmənli xalçası

Bəhmənli xalçası – Qarabağ tipinin Cəbrayıl qrupuna daxil olan xovlu xalça.Mündəricat
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Həmçinin bax
5 Mənbə
6 Xarici keçidlər


Ümumi məlumat

Qarabağ tipinin Cəbrayıl qrupuna daxil olan bu xalçaların adlanması indiki Füzuli rayonun Böyük Bəhmənli kəndinin adı ilə bağlıdır. Son zamanlar "Bəhmənli" xalçalarına yeni ad verilmişdir – "Xan Qarabağ" və ya "Xanlıq", lakin "Bəhmənli"yə bu adları xalçaçılar deyil, bu sahədə daha az biliyə malik olan xalça tacirləri vermişlər. Qarabağın bütün xalçaçılıq müəssisələrində toxunan "Bəhmənli xalçası" Lənkəranda və hətta Qazax rayonunda da istehsal olunurdu. Lakin Qarabağ tipinin xalçaları Lənkəranda toxunan xalçalardan həm texniki, həm də bədii nöqteyi – nəzərdən çox fərqlənir. Avropa xalçaçılarının təsvirlərində "Bəhmənli" xalçasının müxtəlif ad və ünvanlarda göstərilməsi heç də təsadüfi deyil. Tamamilə aydındır ki, avropalı xalçaçılar xalçanın bədii analizini deyil, onun istehsal olunduğu yeri əsas kimi götürürlər.

Bədii analiz

"Bəhmənli" xalçalarının orta sahəsinin kompozisiyasını bir – birinin ardınca eyni sırada yerləşdirilmiş orijinal formalı fiqurlar təşkil edir. Bu xalçanın əsas düyünləri haqda müxtəlif fərziyyə və fikirlər irəli sürülürdü, qeyd olunan fiqurların mənşəyi və mənası haqda fikirlər daha böyük maraq kəsb edirdi. Bəziləri israr edirdi ki, bu fiqurlar "heykəl", "manqal" və ya "çanq" (pəncə) təsvir edir, digərləri isə fiqurların tısbağa təsviri yaratdığını bildirirdilər. Lənkəranın xalçaçıları isə bu fiqurlarda xərçəngin təsvirini görürlər. Belə bir nəticəyə gəlmək olar ki, heyvan təsvirinə bənzəyən bu fiqurlar müəyyən tayfanın totemi olan tısbağanın təsviri ilə əlaqədar olmuşdur. "Bəhmənli"nin orta sahəsində bir fiqur yerləşir. Lakin Lənkəranda və bütün Muğanda toxunan "Bəhmənli" xalçalarının orta sahəsində iki fiqur vardır.

Texniki xüsusiyyətlər

"Bəhmənli"nin ölçüsü, təxminən 100X150-dən 125X180 sm-dək olur. XVIII əsrdən etibarən bir qədər uzadılmış "Bəhmənli" kompozisiyalı gəvələr istehsal olunmağa başladı. Düyünlərin sıxlığı: hər kvadrat desimetrdə 35X35-dən 40X40-dək düyün yerləşdirilir (hər kvadrat metrdə 12 000 – 16 000 düyün). Xovun uzunluğu 6 – 8 mm-dir. XIX əsrin sonlarınadək toxunan "Bəhmənli" xalçaları yüksək keyfiyyət malik idi, daha sonralar isə tənəzzül edərək, o, bədii dəyərini itirməyə başladı.


Tarix: 22.03.2013 / 16:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 320 Bölmə: Toxuculuq