beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qədim Gəncə xalçaları

Qədim Gəncə xalçaları – Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu xalçalar.Mündəricat
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Mənbə
5 Xarici keçidlər


Ümumi məlumat

Sənətşünaslar bu xalçaları tərəfindən "Gəncə xaıçaları", "Gəncə-şəhər xaıçaları", həmçinin "Gəncə-buta xaıçaları" və ya "Butalı Gəncə xaıçaları" adlandırılan "Qədim Gəncə xaıçaları" Gəncə şəhərindən 40 km şimal-qərb istiqamətində yerləşən Şəmkir rayonunda, həmçinin Gəncə şəhərində və ətraf xalçaçılıq məntəqələrində istehsal olunmuşdur.

Bədii analiz

Adətən, "Qədim Gəncə xalçaları"nın orta sahəsinin kompozisiyası "Gəncə-buta" adlanan sıraya düzülmüş butalardan ibarət olur. Sadə forması və rəgarəngliyi ilə Bakı, Sarab, Şirvan butalarından fərqlən "Gəncə-buta" adlanan butalarla toxunmuş xalçalar daha çox tanınır. Gəncə xalçaçılıq məktəbinə xarakterik olan "Gəncə-buta" adlanan bu elementlər bəzi hallarda diaqonal üzrə düzülür. Orta sahənin sol və sağ tərəflərində "pəncə" adlanan təsvir olan xalçalarda istehsal edilirdi. "Pəncə" adlanan təsvir dini xarakter daşıyır.

Orijinal xüsusiyyətləri olan "Qədim Gəncə xaıçaları"nın orta sahəsinin kompozisiyası düzbucaqlı elementlərdən, yaxud müxtəlif enli və ensiz zolaqlardan ibarət idi. "Qədim Gəncə xaıçaları"nın köbə haşiyəsi Gəncə xalçaçılıq məktəbinin xalçalarına xarakterik olan köbə zolaqlarından ibarətdir.

"Namazlıq xalçalar" adı ilə tanınan "Qədim Gəncə" xalçalarının bəzilərinin orta sahəsinin yuxarı hissəsində butanın üzərində "mehrab" – həndəsi formada haşiyəli tağ yerləşdirilir. Ona görə də qocaman xalçaçılar "Namazlıq xalçalar"a "Mehrablı xalçalar" və "Mehrabsız xalçalar" adı veriblər.

Texniki xüsusiyyətlər

Orta ölçülü "Qədim Gəncə xaıçaları" daha çox istehsal olunurdu. Bu xalçaların ölçüsü əsas etibarilə çox da böyük olmur. XIX əsrin ikinci yarısında və XX əsrin əvvəlidə uzunsov formalı "Qədim Gəncə xaıçaları" da istehsal olunurdu.

"Qədim Gəncə xaıçaları"nın ölçüləri 100x150 sm-dən 150x220 sm-ə qədər ölçülər arasında dəyişir.

"Qədim Gəncə xaıçaları"da bir kvadrat desimetrdə ilmələrin sıxlığı 32x32 ilmədən 38x38 ilməyə qədər yerləşir. Bir kvadrat metrdə isə 102 ilmədən 144 min ilməyə təsadüf edilir.

"Qədim Gəncə xaıçaları"nda xovun hündürlüyü 6-8 mm-dir.


Tarix: 24.03.2013 / 16:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 287 Bölmə: Toxuculuq