beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qoca xalçası

Qoca xalçası – Şuşa şəhərinin əski xalçaçıları Qarabağ tipinə aid olan xovlu xalça.Mündəricat
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Həmçinin bax
5 Mənbə
6 Xarici keçidlər


Ümumi məlumat

Şuşa şəhərinin əski xalçaçıları Qarabağ tipinə aid olan bu xalçalara "Qoca" adını vermişlər. Tədqiqatların nəticələri göstərir ki, əvvəllər onlar "Xocavənd" adlanırdı, XVIII əsrdən onlar "Xocan", XIX əsrdən isə Şuşada geniş yayılaraq, "Qoca" adı ilə məşhurlaşmağa başladı. Qeyd edək ki, Xocavənd əvvəllər Bərdə əyalətinə daxil olan qəsəbə idi, hazırda isə o, Qarabağda ayrıca bir rayondur. Haqqında danışılan xalçanın adlanması bir zamanlar "Xocavənd" kəndinin adı ilə bağlı olmuşdur. Qeyd edək ki, "Xoca" – Təbrizdə xalçaçılıq məntəqələrindən birinin adıdır.

Bədii analiz

"Qoca" xalçasının orta sahəsi məhz bu xalçaya aid olan xeyli sayda böyük əsas elementlərin mürəkkəb kompozisiyasından ibarətdir. Şübhəsiz, inkar etmək olmaz ki, xalça XVII əsrdə Qarabağın Bərdə şəhərində yaranmışdır və XIX əsrdə Şuşanın, Ağdamın və digər şəhərlərin xalçaçılıq məktəblərinə də keçmişdir. Lakin Bərdəni "Qoca"nın yarandığı yer hesab etmək düzgün olmaz. Nə üçün sualına cavab vermək üçün əsrlərə baş vurmaq lazım gəlir: XVI əsrdə Təbriz xalçaçıları "Şahabbası" adlanan yeni tip kompozisiyaya malik olan xalça yaratdılar. XVII əsrin əvvəllərində bu xalça İranın bütün xalça müəssisələrinə yayılmağa başladı. Ornamental – dekorativ incəsənətin inkişafı ilə əlaqədar XVI əsrdə xalçaçılıq sənətinə daxil olan bitki naxışları ilk vaxtlar qırıq xətlərlə təsvir olunurdu. Daha sonralar, Qarabağ xalçaçıları bu kompozisiyanı iqtibas edərkən yerli texnoloji xüsusiyyətlərə müvafiq olaraq, onları punktir xətlərlə toxumağa başladılar. "Qoca" xalçaları öz inkişafının ən yüksək səviyyəsinə XVIII əsrdə Şuşada çatdı. Xüsusi sifarişlə Şuşada toxunan "Qoca" xalçaları digər yerlərdə toxunan xalçalarla müqayisədə daha mürəkkəb və daha yüksək səviyyəli bədii naxışlara malik idi. İlkin olaraq, iqtibas edilmiş bu xalçalar sonralar Qarabağ xalçaçılığının peşəkar nümayəndələri tərəfindən inkişaf etdirilmişdir.

Texniki xüsusiyyətlər

"Qoca xalçaları" adətən böyük ölçüdə toxunur. Uzunsov formalı xalçalara da rast gəlinir. Son zamanlar kiçik ölçülü "Qoca xalçaları" toxunur. Düyünlərin sıxlığı: hər kvadrat desimetrdə 35X35-dən 40X40-dək düyün yerləşdirilir (hər kvadrat metrdə 120 000-dən 160 000-dək düyün). Xovun uzunluğu 6 – 8 mm-dir.


Tarix: 24.03.2013 / 16:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 268 Bölmə: Toxuculuq