beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cek xalçaları

"Cek" xalçaları və ya "Cək" xalçaları — Quba xalçalarının ən parlaq kompozisiyalarından biri[4][5][6]. Quba xalçalarının 35 çeşnisindən biri[7].Mündəricat
1 İstehsalı
2 Xüsusiyyətləri
2.1 Bədii xüsusiyyətləri
2.2 Texniki xüsusiyyətləri
3 Mənbə
4 İstinadlar
5 Həmçinin bax


İstehsalı

Quba xalçalarının ən parlaq kompozisiyalarından biri olan "Cek" xalçalarının mərkəzləşmiş məntəqəsi Cek kəndi hesab olunur. "Cek" xalçaları Azərbaycan xalçalarının Quba-Şirvan tipinin Quba qrupunun dağlıq hissəsinə aid edilir. Əsasən ceklilər tərəfindən toxunmuşdur[1].

"Cek" xalçaları Quba şəhərindən 35 km qərb istiqamətində yerləşən Cek kəndinin adını daşıyır. "Cek" xalçaları həm də Qrız, Xınalıq, Söhüb, Buduq və Qalayxudat kəndlərində də istehsal olunmuşdur.

Xüsusiyyətləri

Bədii xüsusiyyətləri

"Cek" xalçaları həm bədii, həm də texniki nöqteyi nəzərdən "Qrız" xalçalarına bənzəyir, lakin "Cek" xalçasının kompozisiyası daha sadədir. Ənənəyə zidd olaraq, ara sahənin və ara haşiyənin fonu eyni rəngdədir. Onun koloriti ciddidir, ara sahənin fonu sürməyi və ya qırmızı olur.

Texniki xüsusiyyətləri

"Cek" xalçaları əsasən uzunsov formada olur. Belə xalçaların ölçüsü 100 x 250 sm-dən 110 x 350 sm-ə qədərdir. Bəzən isə uzunsov formada olmayan "Cek" xalçalarına da rast gəlmək olur.

İlmələrin sıxlığı 50 x 50 ilmədən 55 x 55 ilməyə qədərdir. Bu da bir kvadrat metrdə 250000 ilmədən 30000 ilməyə qədər edir. Xovun hündürlüyü isə 4-5 mm-dir.


Tarix: 24.03.2013 / 15:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 184 Bölmə: Toxuculuq