beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gəncə xalçaçılıq məktəbi

Gəncə xalçaçılıq məktəbi - Azərbaycan xalçaçılıq məktəblərindən biri.

Gəncə xalçaçılıq məktəbi Gəncə şəhəri və onun ətraf kəndlərini, Gədəbəy və Goranboy, Şəmkir, Samux rayonlarının ərazisini əhatə edir. Bu məktəbin mərkəzi Gəncə şəhəridir. Qədim şəhərlərdən olan Gəncə Azərbaycanın şimal qərbində yerləşir. Gəncə hələ X-XI yüzilliklərdə ipək, yun parçaların, ipək xalçalarını istehsal mərkəzi kimi tanınmışdır. Əsrlər boyu yüksək keyfiyyətli xalça istehsalı mərkəzi olan Gəncədə xüsusi xalça emalatxanaları olmuşdur. Gəncə xalçaçılıq məktəbi Gəncə ətrafında olan rayonların xalçaçılığına müsbət təsir göstərmişdir.

Gəncə xalça məktəbinə "Gəncə xalçası", "Qədim Gəncə xalçası", "Gölkənd xalçası", "Fəxralı xalçası", "Çaykənd xalçası", "Çaylı xalçası", "Şadılı xalçası", "Çıraqlı xalçası", "Samux xalçası" və s. kompozisiyalar daxildir. Gəncə qrupuna daxil olan "Fəxralı" namazlıq xalçası öz yüksək bədii xüsusiyyətinə, toxunuşuna görə digər xalça kompozisiyalarından fərqlənir.Mündəricat
1 Gəncə
2 Fəxralı
3 Həmçinin bax
4 Xarici keçidlər


Gəncə

Azərbajanın qədim şəhərlərindən biri olan Gəncə öz coğrafi mövqeyi görə hələ orta əsrlərdə ən böyük ticarət və sənətkarlıq mərkəzi hesab olunurdu. "Gəncə" xalçaları yalnız şəhərin özündə deyil, həmçinin Qarabağlı, Borsunlu, Şaddıllı, Qaradağlı, Şəmkir və digər xalçatoxuma məntəqələrində istehsal olunurdu. Gəncə şəhərinin ticarət məntəqələrində istehsal olunan xalçalar "Gəncə şəhər" adlanırdı. "Gəncə" adı ilə tanınan xalçalar quruluş və kompozisiyasına görə müxtəlif variantlarda olur. Orta sahəsi dioqonal xətt əmələ gətirən xalçalar Gəncə şəhərində istehsal olunur. XIX əsrdə Qarabağda, o cümlədən Şuşada toxunan xalçaların orta sahəsi dioqanal xətlərin üzərində həkk olunan üslublaşdırılmış "buta" təsviri Gəncə xalçaçılıq məktəbinin təsiri altında yaranıb.

Fəxralı

Fəxrəli xalçasının adı eyniadlı kənddən götürüb. Bu kənddə istehsal olunan xalçalar Gəncə zonasında ta qədim zamanlardan ən yaxşı xalça kimi tanınır. qocaman xalçaçılar indiyə kimi bu xalçanı "Gəncə fəxri", yəni Gəncənin fəxri adlandırırlar. Bu xalçalar təkcə Fəxrəli kəndində deyil, həmçinin Şadlı, Baxçadakürd, Çaylı, Borsonlu, Mollabazı kimi xalçatoxuma məntəqələrində istehsal olunur. Təhlil olunan xalçanın orta sahəsinin kompozisiyası sadə və ya mürəkkəb olur. Sadə kompozisiyanın orta sahəsinin mərkəzində düzbucaqlı formada böyük medalyon, mürəkkəb kompozisiyada isə orta sahədə kvadrat və ya səkkizguşəli medalyon yerləşir. "Kərpic", böyük və kiçik "gədəbəyi", dörd üçbucaqlı "manqal", mərkəzi medalyonun yuxarı və aşağı hissəsində yerləşən "sırğa" (sırğalar) xalçanını əsas naxışlarına aiddir. Onların özünəməxsusluğu "çanaqlıbağa" - tısbağa təsviri təşkil edir.


Tarix: 24.03.2013 / 15:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 292 Bölmə: Toxuculuq