beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şabalıdbuta xalçası

Şabalıdbuta xalçası – Qarabağ tipinə aid olan xovlu xalça.

Mündəricat
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Mənbə
5 Xarici keçidlər


Ümumi məlumat

Qarabağ tipinə aid olan “Şabalıdbuta xalçaları”nın əsas istehsal mərkəzləri Ağdam, Cəbrayıl və Muğandır. Daha qədim zamanlarda Cənubi Azərbaycanın Araz çayının sağ sahili hissəsində yerləşən xalçaçılıq mərkəzlərində belə təsvirli xalçalar toxunurdu, lakin həmin xalçalar Qarabağ xalçalarından daha kobud olurdu. Cəbrayılda ipəkdən toxunan “Şabalıdbuta xalçaları” çox məşhur idi.

Bədii analiz

Xalçanın orta sahəsini sağ və sol tərəflərə “baxan” buta bəzəyir. Xalçanın bədii keyfiyyəti orta sahədəki həmin butanın arasındakı məsafə ilə müəyyən olunur. Daha sıx yerləşmiş buta daha gözəl görünüşə malik olur. Orta sahəsini “qotazlı buta”nın və ya “əyri buta”nın bəzədiyi “Şabalıdbuta xalçaları”na da rast gəlinir.

Texniki xüsusiyyətlər

“Şabalıdbuta xalçaları” müxtəlif ölçülərdə istehsal olunurdu. Son zamanlar daha uzunsov formalı xalçalar toxunur. Düyünlərin sıxlığı: hər kvadrat desimetrdə 40X40 düyün yerləşir (hər kvadrat metrdə 160 000 düyün). Xovun uzunluğu 6 – 8 mm-dir.

“Şabalıdbuta xalçası” Qarabağ tipinin mürəkkəb kompozisiyalı xalçalarına aiddir.


Tarix: 24.03.2013 / 16:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 188 Bölmə: Toxuculuq