beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abşeron xalçaçılıq məktəbi

Abşeron xalçaçılıq məktəbi

Bakı xalçaçılıq məktəbi özündə Novxanı, Fatmai, Nardaran, Bülbülə, Mərdəkan, Qaadi kəndlərini cəmləşdirir. Onlar parçanını yumşaqlığı, intensiv rəngləri, yüksək rəssamlıq zövqü və işlənmənin füsunkarlığı ilə fərqlənir. Bu məktəbdə 10 komrozisiya jəmlənib. Xalçaların üzərindəki tarixi mənbələr və yazılar ona dəlalət edir ki, bu kəndlərdə xalçaçılıq geniş inkişaf etmiş və xalça məmulatları ölkənin hüdudlarından kənara ixrac olunurdu. Xalçanın kompozisiyasında medalyonlara tez-tez rast gəlinir. Onlar müxtəlif motivlərlə, adətən həndəsi emaldan sonra ilkin obyekti ilə oxşarlığını itirmiş bitkilərin üslublaşdırılmış təsvirləriylə doldurulur. Bakı məktəbi Abşeronun kəndlərini - Görədil, Novxanı, Nardaran, Bülbülə, Fatmayı, Mərdəkan, Qala, Xilə və digər kəndləri, həmçinin Abşerondan kənarda yerləşən Xızı rayonu və ona daxil olan Qədi, Hil, Keş, Fındığan və s. xalça məntəqələrini əhatə edir. Bakı xalçaları daha yumşaq olması, rənglərinin intensivliyi, bədii elementlərinin orijinallığı və naxışlarının incəliyi ilə seçilir. Xalçaların bəzəklərində həndəsi formalı göllər, əyri xətli nəbati elementlər üstünlük təşkil edir. Bakı qrupuna aid xalçaların rəng koloritində ara sahə yerliyi üçün, əsasən tünd göy, nadir hallarda isə qırmızı və sarı rənglərdən istifadə edilir. Bu xalçaların əksəriyyəti toxunduğu kəndin adını daşıyır. Bakı qrupuna "Xilə-buta xalçaları", "Xilə-əfşan xalçaları", "Novxanı xalçaları", "Suraxanı xalçaları", "Qala xalçaları", "Bakı xalçaları", "Görədil xalçaları", "Fatmayı xalçaları", "Fındığan xalçaları", "Qədi xalçaları" və s. çeşnilər daxildir.

Bakı xalçaları

"Bakı xalçaları"nın orta sahəsinin kompozisiyasını bir-birinin ardınja şaquli yerləşmiş bir neçə böyük dördbucaqlı gel təşkil edir. XVIII əsrin sonuna kimi bu xalçanın orta sahəsində 4 və yaxud 5 gel yerləşirdi, Ancaq 150 il qabaq o, «Bakı» adını alandan sonra, onun orta sahə kompozisiyasında dəyişiklər baş verdi (uğradı). Gellər cüt yerləşdirilirdi. Gellərin üzəri məişət əşyalarını təsvir edən bir sıra elementlərlə bəzədilmişdir. Məsələn: «quyu çarxı» (baraban), «kərtənkələ», «kürək» (qədim kürək). Eyni formalı gellərin fonu hər bir geldən bir dəyişir. Gellərin ətrafında doldurucu elementlər yerləşir. Həmçinin yağ qabı, yanar məhlullu lampanı təsvir edən elementlərə də rast gəlinir. Bunlar qədim insanların adət və ənənələri, həmçinin möhtəşəm və dini ayinləri ilə bağlıdır.
Əsas məqalə: Bakı xalçaları

Xilə-buta xalçaları

Xilə-buta xalçaları öz adını Bakının şərqində yerləşən Hilə kəndindən götürmüşdür. Əsasən Abşeron yarmadasının Hilə, Suraxanı, Bülbülə kəndlərində toxunur. Xalça kompozisiyasının əsasını müstəqil element olan «buta» təşkil edir, ona görə də xalça «Hilə-buta» adlanır. Bir çox Xarici alimlərin elmi tədqiqatlarında bu xalçanı «Şirvan» adlandırırlar. Yaxın Şərqdə bu kompozisiyaya bütün dekorotiv tətbiqi incəsənətin bütün növlərində rast gəlmək olar. Qeyd etmək lazımdır ki, «Hilə-buta» xalçası İntibah dövrünün rəssamı olan Lorenso Lottonun (1480-1556) «Ailə» əsərində təsvir olunmuşdr. Orta sahənin əsası mərkəzi medalyondan və «buta»nın simmetrik təsvirinin təkrarlanmasından ibarətdir. Xalq arasında ən sevimli ornament olan od təsviri olan «Buta» müstəqil element kimi Azərbaycan incəsənətində xüsüsi yer tutur. «Hilə-buta» xalçaları quruluşuna görə bölünürlər: sadə quruluşlu xalçalar, mürəkkəb quruluşlu xalçalar, künjlü xalçalar. Künjlü və mürəkkəb quruluşa malik xalçalardan fərqli olaraq, sadə quruluşa malik «Hilə-buta» xalçaları daha qədim tarixə malikdirlər.
Əsas məqalə: Xilə-buta xalçaları

Xilə-əfşan xalçaları

Xalça adını Bakının yaxınlığında olan Abşeron yarmadasınıda yerləşən Xilə kəndindən götürüb. «Əfşan» sözünün lüğəti mənası – səpmək, xırdalamaq, rəngbərəng deməkdir. Yaxın Şərq ölkələrində müstəqil kompozisiyanı bu cür adlanırlar. «Hilə-Əfşanın»ın orta sahəsi iki cür olur – «Qədim Əfşan» və «Göllu Əfşan». «Kaşi» və ya «Bəşirqızı» orta haşiyələri Quba qrupunun xalçalarında təsdiqlənmişdir, lakin bu orta haşiyələr Bakı xalçalarının da bəzəyirlər. Əsasən də Xilə və Suraxanı xalçalarında istifadə olunur. Burada orta haşiyə «Qədim heykəl» adını daşıyır. Orta sahənin rəngi əksər hallardaə tünd göy, firuzəyi rəngdə olur.
Əsas məqalə: Xilə-əfşan xalçaları

Suraxanı xalçaları

Suraxanı xalçaları Abşeron yarmadasında Bakının şərqində yerləşən Suraxanı qəsəbəsinin adını daşıyır. «Suraxanı» xalçaları müxtəlif kompozisiyalar üzrə toxunur. Orta sahənin kompozisiyası bir neçə hissədən ibarətdir: orta sahələri əhatə edib və içəri keçən kiçik haşiyə sahəni pilləli medolyonların yerləşdirildiyi hissələrə bölür. «Sajayağı» adlanan kompozisiyada orta sahənin gelləri formasına görə «Salyan» xalçasının gellərini xatırladır. «SAncaq» adlanın və sahənin səkkiz küncündə yerləşən «islimi» formalı ağ rəngli element, bu xalçalara xarakterik olan naxışlardan hesab olunur.
Əsas məqalə: Suraxanı xalçaları

Fındığan xalçaları

Fındığan xalçaları öz adını Abşeron yarımadasında yerləşən Fındıqan kəndindən almışdır. Mənbələrə görə «Fındıqan», «Bakı» və ya «Çaylı» adı ilə qeyd olunub. Xalçanın orta sahəsinin kompozisiyası mərkəzi şaquli üçlükdə yerləşən bir neçə böyük uzunsov gellərdən ibarətdir. Xalçalar bu gelləri «manqal» adlandırırlar, onların içərisində yerləşən təsvirlər isə «şişlər» hesab olunur. Bu xalçanın orta haşiyəsində haşiyənin quruluşu qaydalarının əksinə olaraq, 2 orta haşiyə yerləşir. Xalçaçılar bu haşiyəni «zülflü aləm», «zülf» adlandırırlar, bu isə tərjümədə «saç», «aləm» -«haşiyə» mənasını verir. Ancaq bu haşiyədə saça və ya zülfə bənzəyən heç nə yoxdur. Yəqin ki, xalçaçılar bu adı saça gül taxmaq adətini təsvir etmək üçün veriblər.
Əsas məqalə: Fındığan xalçaları

Novxanı xalçaları

Novxanı xalçasının orta sahə kompozisiyası şaquli şəkildə bir-birinini ardınja yerləşən bir neçə geldən (medalyondan) ibarətdir. Fonundan və ya kompozisiyasından asılı olmayaraq medalyonlu xalçaları xalçatoxuyanlar və istənilən xalça ustası «Güllü» adlandırırlar. Novxanı xalçasınını orta sahəsində üç böyük geldən başqa, bağlı künjlü səkkiz balaca gel yerləşir. balaca gellərin mərkəzində səkkizguşəli ulduz təsvir olunub. Böyük və kiçik gellər quş və başqa elementlərlə əhatə olunub, şaquli şəkildə bu qrupa xarakterik (xas) olan «jıqqa-buta» sıralanması yerləşib (jıqqa-taj, qadın baş bəzəyi). Xalçanın orta sahəsi geniş haşiyə zolağını əmələ gətirən iki orta haşiyə, üç mədaxil və iki jaqqayla əhatə olunub.


Tarix: 22.03.2013 / 16:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 658 Bölmə: Toxuculuq