beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gəncə xalçaları

Gəncə xalçaları – Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu xalçalar.Mündəricat
1 Ümumi məlumat
2 Xalça naxışlarında fərqləndirici cəhətlər
3 Şəkillər
4 İstinadlar
5 Xarici keçidlər


Ümumi məlumat

Gəncə şəhəri əsrlər boyu yüksək keyfiyyətli xalçaların hazınlandığı məkan kimi tanınır. Gəncə xalçaçılıq məktəbi ətraf rayonların xalçaçılıq sənətinə, xüsusən Qazax, Tovuz, Göycə, Zəngəzur ərazilərində xalçaçılıq sənətinə böyük təsir göstərmişdir. Gəncə xalçaları müxtəlif formatda olurlar. Əsas xarakterik cəhəti çox da böyük olmayan uzunsov formaya malik olmasıdır. İlmələrin sıxlığı: hər kvadrat desimetrdə 35x35 ilmədən 40x40 ilməyə qədər yerləşir. (hər bir kvadrat metrdə 120 min ilmədən 160 min ilməyə qədər). Xovun hündürlüyü 6-8 mm-dir.[1]

Xalça naxışlarında fərqləndirici cəhətlər

Gəncə xalçaları təkcə şəhərin özündə deyil, Qarabağlı, Borsunlu, Şadıllı, Qaradağlı, Şəmkir və bir sıra digər xalçaçılıq məntəqələrində də istehsal olunurdu.

"Gəncə" adı ilə tanınan xalçalar kompozisiyasına, rəng seçiminə, xonçaların düzümünə görə müxtəlif cür olurlar. Lakin bu xalçanın özünəməxsus xüsusiyyəti var ki, bu xüsusiyyətinə görə Gəncə xalçası digər xalçalardan fərqlənir. Ara sahəsi diaqonal xətlər əmələ gətirən və bu xətlər üzərində sıra ilə çevrilmiş butalar olan xalça yalnız Gəncə xalçasına məxsusdur. XIX əsrdə həmin naxışlar Qarabağ xalçalarında da müşahidə olunmağa başladı.

Gəncə xalçalarına məxsus digər naxış – ara sahə bir neçə göllə bəzədilmişdir. Bu göllər əksər hallarda xaçabənzər və səkkizbucaqlı formada olur. Ulduzabənzər formada olub strukturu formalaşdıran səkkizbucaqlı göllər "Muğan" xalçasından götürülmüşdür. Gəncə xalçalarında qarmağabənzər elementlərlə "Köhnənaxış", "Muğan" xalçaları da istehsal olunurdu. Bu naxışlar Orta Asiyada, xüsusən Türkmənistanda istehsal olunan xalçalarda da təsadüf edilir.

Əvvəllər Gəncədə və onun ətraflarında istehsal olunan bütün xalçalar regionun adı ilə "Gəncə-basar" adlanırdı. "Gəncə-basar"a aşağıdakı xalçaçılıq məntəqələri daxil idi, baxmayaraq ki, onların hər birinin özünün xüsusi xalça tipi vardır: Samux, Fəxralı, Kürd, Zeyvə, Çaylı, Alıuşağı, Sarısu, Mollabazı, Balçılı, Qaracəmirli, Şəmkir, Gədəbəy.


Tarix: 24.03.2013 / 15:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 335 Bölmə: Toxuculuq