beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zəncan xalçaları

Zəncan xalçaçılıq məktəbi - Qədim Azərbaycan ərazisi olan Zəncanda xalçaçılıq da qədim və zəngin tarixə malikdir.İstehsalı

Digər peşələrlə yanaşı Zəncanda xalçaçılıq da çox inkişaf etmişdir. XVI əsrdə Türkiyəyə köçürülən minlərlə azərbaycanlı sənətkar arasında zəncanlı xalça ustaları da var idi. Türkiyənin "Anadolu" və xüsusilə "Uşaq" adlı xalça kompozisiyalarında Zəncan xalçalarına xas bədii və texniki xüsusiyyətlər aydın nəzərə çarpır.

Bədii xüsusiyyətləri

"Zəncan" adı ilə tanınan xalçalar Qarabağın "Dəryanur" xalçasını çox xatırladır. Həm ara sahənin, həm də köbə zolağının bədii quruluşu əyrixətli nəbati naxışları olan müəyyən xalça nümunəsindən götürülmüşdür. Qarabağın "Dəryanur" xalçaları "Zəncan" xalçaları ilə müqyisədə daha zəngin rəng qammasına malikdirlər. Son dövlər "Zəncan" xalçaları kimyəvi vasitələrlə boyanan iplikdən toxunur. Onların keyfiyyəti də bir qədər aşağı düşmüşdür.

Texniki xüsusiyyətləri

"Zəncan" adı ilə tanınan xalçalar əsasən kiçik ölçülü, bəzən uzunsov olur. Onların toxunuşu sıx olmur. İşlənməsi kobud olsa da, rənglərinin zənginliyi və harmonik uyğunluğu ilə fərqlənir. Bu, xüsusilə dəvə yunundan toxunan xalçalara aiddir. Belə xalçalar yüksək keyfiyyətli xalça nümunələri hesab olunur. Yaxın vaxtlara qədər Zəncan palaslarına və kilimlərinə, həmçinin mürəkkəb toxunuşlu xurcunlara və çuvallara Rusiya bazarlarında böyük tələbat var idi


Tarix: 24.03.2013 / 16:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 151 Bölmə: Toxuculuq