beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fındığan xalçaları

Fındığan xalçasıAzərbaycan Xalçaları
Fındığan xalçaları



Fındığan xalçaları
Xalça Haqqında Məlumat
Tam adı:Fındığan xalçaları
Digər adı:"Bakı" və ya "Çaylı" xalçası
Məktəbi:Abşeron xalçaçılıq məktəbi
Növü:Xovlu xalça
Ölkə:Azərbaycan
Toxunması Haqqında Məlumat
Digər Məlumatlar


Fındığan xalçaları – Abşeron xalçaçılıq məktəbinin Bakı qrupuna daxil olan xovlu xalçalar.Mündəricat
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Mənbə
5 Xarici keçidlər


Ümumi məlumat

Fındığan xalçalarının adı Bakıdan 70 km şimal - qərbdə yerləşən Fındığan kəndinin adı ilə bağlıdır. Bu xalçalar ilk dəfə bu kənddə istehsal edilmişdir. Bu xalçalar yaxınlıqda yerləşən kənd və qəsəbələrdə istehsal olunduqdan sonra bəzi mənbələrdə Fındığan xalçası "Bakı xalçası" və ya "Çaylı xalçası" adı ilə göstərilmişdir.

Bədii analiz

Fındığan xalçalarında ara sahənin kənarları digər xalçalardan fərqli olaraq sayca daha çox müxtəlif növ haşiyələrdən istifadə edilmişdir.

Xalçanın ara sahəsinin kompozisiyası bir neçə böyük altıbucaqlı uzunsov göllərdən ibarətdir. Bu göllərin aşağı və yuxarı mərkəzi bucaqları digər bucaqlara nisbətən şaquli ox boyunca uzanmışdır. Qeyd edək ki, əvvəllər beləgöllər "Qobustan" xalçaları üçün xarakterik olmuşdur. Bu gölləri xalça toxucuları "manqal" adlandırmışlar. Hər bir gölün mərkəzində düzbucaqlı şəkilində olan həndəsi element var. Düzbucaqlının içərisinə kiçik bəzəklər salınmışdır. "Sini" adlanan bu kiçik, dairəvi bəzəklərin üstündə sol və sağ tərəfdən qapalı çoxbucaqlı element - "çörək" təsvirləri yerləşir. Sininin üstündə daha bir səkkizguşəli element - «kabab tikəsi» və gətəbədən keçən şaquli ox - "kabab şişi" var. Altıbucaqlı uzunsov göllərin ətrafını qarmaqvari motivlər bəzəyir. Aşağı və yuxarı mərkəzi bucaqların ətrafında qarmaqvari naxışlar yoxdur.

Bəzən ara sahəsi yalnız göllərlə, kiçik gətəbəsiz bəzədilən "Fındığan" xalçaları da olur. Bu xalçanın köbə zolağında digər xalçaların köbələriin qurulma qanunlarına zidd olaraq iki ara haşiyə var. Ağ fonlu olan birinci naxış qırıq xətlərlə yerinə yetirilmiş nəbati elementlərlə bəzədilmişdir. Birinci ara haşiyə qırıq xətlərlə yerinə yetirilmiş iki çarpaz budaqlı kompozisiyasıdan ibarətdir. Onların kəsişmə nöqtəsində "Zülflü aləm" adlandırılan dişli ləçəklərlə dövrələnmiş dörd dairəvi haşiyə elementi yerləşdirilir. Tünd - qırmızı fonda olan ikinci ara haşiyə ara sahəyəolduqca yaxın yerləşir və səkkiz ləçəkli dairəvi elementlərlə "alma haşiyə" adlandırılan naxışlarla doldurulur. Xalçanın kənarları boyunca "qaysıbişah" adlanan göy zəncirə bənzər naxış yerləşir. Ağ fonlu haşiyənin sol və sağ tərəfində müxtəlif naxışlı iki mədahil yerləşdirilir. Xalçanın ümumi sahəsini bəzəyən elementlər zili kimi xovsuz xalçalar üçün xarakterik olub, "zəncir" mədahillə əhatə olunmuşdur.

Texniki xüsusiyyətlər

Uzunsov formada olan "Fındığan xalçaları"nın ölçüləri 100x250 sm-dən 120x300 sm-ə qədər ölçülər arasında dəyişir. "Fındığan xalçaları"nın orta sahəsində iki göl olan xalçalara nadir hallarda rast gəlindiyi halda, 3 və daha artıq göllər olan xalçalar daha çox toxunmuşdur.

"Fındığan xalçaları"nda bir kvadrat desimetrdə ilmələrin sıxlığı 38x38 ilmədən 42x42 ilməyə qədər yerləşir. Bir kvadrat metrdə isə 145 min ilmədən 176 min ilməyə təsadüf edilir.

Fındığan xalçalarında xovun hündürlüyü 3-5 mm-dir.


Tarix: 24.03.2013 / 15:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 318 Bölmə: Toxuculuq