Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çələbi xalçaları

Çələbi xalçası və ya Çələbirt xalçası — Qarabağ tipinə aid olan xovlu xalça.Mündəricat
1 Ümumi məlumat
2 Bədii analizi
3 Texniki xüsusiyyətlər
4 Mənbə


Ümumi məlumat

Qarabağ tipinə aid olan qədim xovlu xalçaları yaçlı xalçaçılar "Çələbi" adlandırsalarda həmin xalçaları çox vaxt "Çələbirt" adlandırırdılar. Əslində isə xalçanın adı "Çələbi"dir – sonralar xalça alıcıları və tacirlər tərəfindən təhrif olunmuş və Avropada xalça sənətşünasları "Çelabirt" kimi tanınmışdır. Bu xalçanın ilk dəfə hazırlandığı yer Bərdədən 10 km şərqdə yerləşən Çələbilər kəndi olmuşdur. "Çələbi" xalçalarının kompozisiyası və quruluşu məhz bu kənddə yaranmış və təkmilləşmişdir; daha sonra Dağlıq Qarabağda, Aranda və xüsusilə, XIX əsrdən Qazax əyalətində və digər xalçaçılıq məntəqələrində yayılmaqla, onlar müxtəlf adlar altında məşhurluq qazanmışlar.

Bədii analizi


"Çələbi" xalçasının orta sahəsinin kompozisiyası bir böyük naxışdan (göldən) və ya bir sıraya düzülmüş bir neçə böyük naxışdan (göldən) ibarətdir. Onlar, adətən 80 sm-dən 150 sm-lik ölçüdə olur. 16 ləçəkdən ibarət olan bu göllər XIV – XVI əsrlərin peşəkar rəssamlarının yaratdıqları əyrixətli medalyonları təlqin edir. Əvvəllər bu təlqin etmə qırıq xətlərlə edilirdi, lakin sonralar texnoloji proseslər nəticəsində, o, öz ilkin görünüşü itirməyə başladı, yerli stilə uyğun olaraq görünüşündə dəyişiklik baş verdi. Əvvəllər Bakıda, Bibiheybət məscidində saxlanılan XVIII əsr xalçası üçün də bu təlqin etmə və bənzətmə xarakterikdir. Tədqiqatlar sübut edir ki, orta sahəsində bir böyük naxışın olduğu xalçalar, orta sahəsində bir neçə böyük naxışın olduğu xalçalardan daha gözəl görünür. Təsdiq edici fakt olaraq, XIX əsrə aid olan belə bir xalçanın Londonda, Viktoriya və Albert muzeyində saxlanmasına əsaslanmaq olar.


Tarix: 24.03.2013 / 16:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 240 Bölmə: Toxuculuq
loading...