beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Naxçıvan xalçası

Naxçıvan xalçası – Qarabağ xalçaçılıq məktəbinə aid olan müxtəlif naxışlı, xovlu xalça növü.Mündəricat
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Mənbə
5 Xarici keçidlər


Ümumi məlumat

Qarabağ xalçaçılıq məktəbinə aid olan "Naxçıvan xalçaları", başlıca olaraq, Naxçıvanın bütün xalçaçılıq məntəqələrində və o cümlədən, Şahbuzda, Kolanıda, Şərurda, habelə Culfa və Ordubadda istehsal olunur. Naxçıvan şəhəri – Azərbaycanın qədim şəhərlərindən biridir. O, Araz çayı boyunca Azərbaycanın cənubunda və İran Azərbaycanının şimalında yerləşir. Hələ IX – X əsrlərdə bu şəhər öz xalça və zililəri ilə məşhur idi, X – XII əsrlərdə isə, o, artıq bədii metal qablar istehsalının mərkəzi idi.

Bədii analiz

Naxçıvanın xalçaçılıq məntəqələrində toxunan "Naxçıvan xalçaları" müxtəlif naxışlı xalçalardır və onlar birlikdə "Naxçıvan xalçaları" adını almışlar.[1] "Naxçıvan xalçaları" bədii və texnoloji xüsusiyyətlərinə görə, onları iki qrupa bölmək olar.
Birinci qrup.

Bu qrupa müxtəlif dövrlərdə Naxçıvan ustaları tərəfindən yaradılan həndəsi naxışları olan xalçalar daxildir. Əsrlər boyunca onlar bədii nöqteyi – nəzərdən mükəmməlləşmiş, onların çalarları daha da gözəlləşmişdir. Onların təsviri çox orijinaldır. Orta sahə zərif zolaqlardan – mədaxildən ibarətdir ki, bu da orta əsrlərin kətan parçalarını xatırladır. Fərz etmək olar ki, bu xalçalar vaxtilə Naxçıvanda istehsal olunan parçaların naxışlarından iqtibas etmişdir. Qeyd edilməlidir ki, zolaq naxışları qədim zamanlardan Naxçıvan incəsənəti üçün səciyyəvidir. X əsrdə Naxçıvanda çox məşhur olan tesmalar istehsal olunurdu. Onun bədii quruluşunu zolaqlar təşkil edirdi.
İkinci qrup.

"Naxçıvan xalçaları"nın ikinci qrupuna XVII – XVIII əsrlərdə toxunan böyük xalılar daxildir. Belə xalıların bir neçəsi İstanbulda "Türk və İslam əsərləri muzeyi"ndə saxlanılır. Bu xalçalar xalçaçılıq texnikasını çox yaxşı bilən peşəkar rəssamların eskizləri əsasında XIV – XVI əsrlərdə toxunmuşdur. Əsas istehsal mərkəzləri Naxçıvan, Bərdə, daha sonralar isə Şuşa şəhəri olmuşdur.

Texniki xüsusiyyətlər

"Naxçıvan xalçaları" adını daşıyan xalça və xalılar uzunsov formada daha çox istehsal olunurdu. Bu xalçaların ölçüsü əsas etibarilə böyük olur. Nadir hallarda daha hamar xalçalara da rast gəlmək olar.

"Naxçıvan xalçaları"nın ölçüləri 100X150 sm-dən 160X260 sm-ə qədər ölçülər arasında dəyişir.

"Naxçıvan xalçaları"da bir kvadrat desimetrdə ilmələrin sıxlığı təxminən 35X35 ilmə (düyün)yerləşir. Bir kvadrat metrdə isə 122 min ilməyə təsadüf edilir.[2]

"Naxçıvan xalçaları"nda xovun hündürlüyü 6–8 mm-dir.

"Naxçıvan xalçaları" hələ qədim zamanlardan Azərbaycan xalçaçılıq sənətinin ən yaxşı nümunələri hesab edilir.


Tarix: 24.03.2013 / 15:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 280 Bölmə: Toxuculuq