Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

ToxuculuqUçan xalça

Uçan xalça — fantastik hava nəqliyyatı vasitəsi.Mündəricat [gizlə]
1 Tarixi
2 "Uçan xalça"nın bu günü
3 Uçan xalça dünya mədəniyyətində
4 İstinadlar

[redaktə]
Tarixi

Dünya nağılları içində sehrli nağıllara daha çox önə verilir. İnsanların mifik təsəvvürləri əks olunan sehrli nağıllarda sehrli qüvvələr – uçan xalça, sehirli güzgü, sehrli tütək, sehrli papaq, sehrli çıraq, divlər, yeddibaşlı əjdahalar, əfsanəvi quşlar və s. iştirak edirlər. Hərçənd bu ideyaya Yaxın Şərq ədəbiyyatında, həmçinin Azərbaycan şifahi xalq ədəbiyyatında daha çox rast gəlmək olur.
[redaktə]
"Uçan xalça"nın bu günü

Dünya nağıllarındakı uçan xalça gerçəkləşə bilər. Prinston Universitetinin alimləri tərəfindən plastik materialdan hazırlanmış "sehrli xalça" sınaqdan keçirilib. ABŞ-ın Prinston Universitetində bu istiqamətdə tədqiqat aparılır. Aspirant Noa Ardı »

ToxuculuqŞirvan xalçaçılıq məktəbi

Şirvan xalçaçılıq məktəbi — Azərbaycan xalçaçılıq məktəblərindən biri.

Şirvan məktəbi gözəl xalçaları ilə məşhurdur. Şirvan Azərbaycanın qədim tarixi bölgələrindən biridir. Bütün mümkün xalçaların toxunması yerli əhalinin həm oturaq, həm də köçəri hissəsi tərəfindən geniş yayılmışdır. Şirvan məktəbinə Şirvan rayonunun Şamaxı, Mərəzə, Ağsu, Kürdəmir kimi şəhər və rayonlarında toxunan xalçalar aiddir. Bu məktəb özündə 25 kompozisiya cəmləşdirir. Bura həmçinn öz bədii və texniki xüsusiyyətləri ilə oxşar olan Səlyan xalçaları da daxildir. Şirvan xalçaları mürəkkəb təsvirləriylə və çoxlu miqdarda insan, quş, məişət təsvirləri ilə xarakterizə olunur.

Şirvan xalçaçılıq məktəbi Şamaxı, Mərəzə, Ağsu, Kürdəmir, Qazıməmməd (Hacıqabul), Göyçay və onların ətraf kəndlərini əhatə edir. Şirvan qrupuna "Mərəzə Ardı »

ToxuculuqÇıraqlı xalçaları

Çıraqlı xalçaları – Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu xalçalar.Mündəricat [gizlə]
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Mənbə
5 Xarici keçidlər

[redaktə]
Ümumi məlumat

Çıraqlı xalçaları əvvəlcə Gəncə şəhərindən 35 km cənubda, hal-hazırda Daşkəsən rayonunun ərazisində yerləşən Çıraqlı kəndində istehsal olunmağa başlamışdır. "Çıraqlı xalçaları" bir müddət sonra Gəncə zonasının bütün xalçaçılıq məntəqələrində istehsal olunmağa başlayır. Bu xalçalar bəzən "Qazaxça xalçası", "Gəncə xalçası", "Fəxralı xalçası", "Şamxor xalçası" və digər adlarla adlandırılmışdır. Buna səbəb isə xalçanın digər ərazilərdə istehsal olunmağa başlanması olmuşdur.
[redaktə]
Bədii analiz

Ara sahənin yerliyi göy rəngdədir və ara sahədə bir-birinin ardınca yerləşmiş altıbucaqlı göllərin yerliyi isə qırmızı rəngdədir. Göllərin daxilindəki elementlər qədim Ardı »

ToxuculuqCecim

Cecim – xovsuz xalçalar növünə aid olan xalça. Cecim toxuculuğu qadın əməyi tətbiq edilən ev sənətlərinin ən arxaik növlərindən biridir.Mündəricat [gizlə]
1 Ümumi məlumat
2 Bədi analiz
3 Texniki xüsusiyyətlər
4 Mənbə
5 Xarici keçidlər

[redaktə]
Ümumi məlumat

Cecimlər eni 30-35 sm, uzunluğu 15-20 metr olan ensiz üfüqi zolaqlara iplik dəzgahın üzərində tikilir. Bu zaman divar xalçası, yataq örtükləri, pərdə qismində istifadə olunan parça alınır. Cecimlərin eni toxucunun ayaqları arasındakı məsafənin eninə bərabər olur, belə ki, parçanın hazırlanması zamanı cecimin eni onun onun ayaqları arasından keçməlidir.

Cecimlərin ornament dekoru müxtəlif və zəngindir. Cecimi bəzəyən müxtəlif şaquli zolaqlar qeyri-adi effektiv, parlaq və dekorativdir. Əksər hallarda toxucular zolaqları məişət əşyalarının Ardı »

ToxuculuqLəcədi xalçaları

Ləcədi xalçaları - Azərbaycanın Quba-Şirvan xalçaçılıq mərkəzinin Quba qrupuna aid olan Ləcədi xalçaları qədim və zəngin tarixə malikdir.
İstehsalı

"Ləcədi" xalçaları Dəvəçi rayon mərkəzindən 10km şimal - qərb istiqamətində yerləşən eyni adlı kəndin şərəfinə adlandırılmışdır. Belə xalçalar həm də Dağıstanın xalçaçılıq məntəqələrində, o cümlədən Dərbəndin, Tabasaranın və Axtının xalçaçılıq məntəqələrində toxunduğuna görə bəzən onlara "Dağıstan" da deyirlər. Xalça ustaları arasında isə bu xalçalar "Samovar çeşni" kimi məşhurdur.
[redaktə]
Bədii xüsusiyyətləri

"Ləcədi" xalçasının ara sahəsinin mürəkkəb kompozisiyası ardıcıl şəkildə təkrarlanan düzbucaqlı formada orta ölçülü rapportlardan ibarətdir. Kompozisiya aydın şəkildə ifadə olunmuş şaquli oxa malikdir. Bu ox özünün mövcud eni ilə mərkəzi sahənin bütün quruluşunu formalaşdırır. Qalmış sahə Ardı »

ToxuculuqBağçadagüllər xalçası

Bağçadagüllər – Qarabağ tipinin Şuşa qrupuna aid olan xovlu xalça,Mündəricat [gizlə]
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Həmçinin bax
5 Mənbə
6 Xarici keçidlər

[redaktə]
Ümumi məlumat

Qarabağ tipinin Şuşa qrupuna aid olan bu xalçalar XIX əsrin II yarısından Şuşada istehsal olunur. Əvvəllər onu "Gül yaylıq" ("Güllü yaylıq") adlandırırdılar, lakin onlar Qarabağın digər xalçaçılıq məntəqələrində toxunmağa başlandıqdan sonra "Bağçadagüllər" adlanmağa başladı. Lakin Şuşada toxunan xalçalar, digər xalçaçılıq yerlərində istehsal olunan xalçalardan dəfələrlə yaxşı idi. Xalça ticarətinin inkişaf etməsi fərdi işləyən xalçaçıların rəqabətinə səbəb oldu. Lakin bu, bədii yaradıcılıqla əlaqəli deyil, xalça satışı ilə əlaqəli rəqabət idi, buna görə də bu rəqabət xalçanın bədii dəyərinə Ardı »

ToxuculuqŞərq xalçaları

Tarixi

İnsanlar hələ qədim dövrlərdən xalça toxumağı bacarırdılar. Bizim günlərə qədər qorunub-saxlanmış ən qədim şərq xalçasının yaşı, ekspertlər tərəfindən belə müəyyənləşdirilib. Pazırıq kurqanlarından tapılmış toxuculuq nəsnələri içində "Pazırıq xalısı" adı ilə məşhur olan 4,5x6,5 m ölçülü qırmızı rəngli keçə üzərində incə yun ipindən toxunan xalçanın yaşı təxminən 2500 ildir.[1]

Bu gün toxunan müasir xalçalarda tək qədim dövrün motivləri deyil, eyni zamanda müasir dövrün motivləri və çağdaş tərzlər də öz yerini tapır. Şərq xalçasının əllə toxunmuş naxışları heç vaxt təsadüfi olmur. Hər ornamentin arxasında sirli-sehrli bir məna durur. Əllə toxunulmuş şərq xalçalarının büsatının sirri xammalın seçimində, rənglərin ahəngində, dizaynın gözəlliyində və məhsulun mükəmməl keyfiyyətindədir. Ardı »

ToxuculuqQaymaqlı xalçası

Qaymaqlı xalçaları – Qazax xalçaçılıq məktəbinin Qazax qrupuna daxil olan xovlu xalçalar.Mündəricat [gizlə]
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Mənbə
5 Həmçinin bax
6 Xarici keçidlər

[redaktə]
Ümumi məlumat

Qaymaqlı xalçası öz adını Gəncə-Qazax düzənliyində, Qazax rayonunun ərazisindəki İncəsu çayının (Kürün qolu) sahilində, Qazax şəhərindən 32 km şimal-qərbdə yerləşən Qaymaqlı kəndinin adından götürülmüşdür. "Qaymaqlı xalçaları"nı xalçaçılarımızın bir çoxu "Ləmbəli xalçası" və ya "Borçalı xalçası" hesab edirlər.
[redaktə]
Bədii analiz

Qaymaqlı xalçalarının orta sahəsi ritmik təkrarlanan rombşəkilli naxışlarla doldurulmuş bir göldən, şaquli istiqamətdə uzanmış altıbucaqlı medalyondan ibarətdir. Gölün daxilindəki sərbəst sahələrə isə kiçik ulduzşəkilli naxışlar yerləşdirilmişdir. Bayram görkəmində olan bu xalaçaya gücləndirilmiş müxtəlif rənglər xüsusi görkəm verir.

Qaymaqlı xalçalarının Ardı »