beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Diş əti qanaması

Məlumata görə Fransada edilən araşdırma, diş müayinəsində bəzi əlamətləri üzə çıxarıb. Tədqiqat nəticələrindən aydın olub ki, qan damarlarındakı struktur dəyişiklikləri də diş ətində görülür.

Diş əti qanaması isə hüceyrələrdə belə yarana bilər. 60 yaş sonrası xəstələrə diş müayinəsi zamanı diaqnoz qoyularkən bu xəstəlik nəzərə alınmalıdır.
Əks təqdirdə pis fəsadları ola bilər.

Onuda qeyd etmək lazımdır ki, diş ətində qanlı toxumalar da var. Bu toxumalar qanı yığmağa kömək edir. Qan damarlarındakı dəyişikliklər isə son nəticədə diş ətlərində yaranaraq qanda laxtalanma, qanama pozuqluğuna da səbəb olur. Bunlar diş ətinə müdaxilədən sonra da meydana gəlir.

Məlumatda oda bildirilir ki, qanda yığılan pis hüceyrələr və bənzəri şiş hüceyrələr diş ətinə yayılır. Edilən müdaxilədən sonra bədənin normal hüceyrələrindən fərqli olduğu üçün diş ətlərində qanama dayanmaya bilər.

Bəzi xəstələrdə xəstənin laxtalanma sistemləri pozulduğundan edilən testlərdə hemofiliya, laxtalanma pozğunluqları və bir çox xəstəliyin diaqnozu diş müalicəsi əsnasında ortaya çıxa bilər.

Ağız xəstəliklərində bu nahiyə bir çox sistemik xəstəliyin əlamət göstərdiyi yer hesab olunur. Bu baxımdan 6 aydan bir diş müayinəsində olmaq məsləhət görülür.


Tarix: 19.01.2015 / 13:01 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Stomatologiya